Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

Ölümdən sonra insanı nə gözləyir?

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Ötən onilliklərin solmayan kinolentləri

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

“Qarabağ”ın pleyoff şansı möcüzəyə qaldı

“Qarabağ”ın pleyoff şansı möcüzəyə qaldı

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa Liqası, əsas mərhələ, 6-cı tur
Elfsborq (İsveç) – Qarabağ 1:0 (0:0)

31. İsak Pettersson
23. Niklas Hult
2. Terri Yeqbe
8. Sebastyan Holmen (k)
29. İbrahim Buhari
18. Ahmed Qasem
(19. Rami Kaib, 77)
16. Timoti Ouma
27. Besfort Zeneli
15. Simon Hedlund
9. Arber Zeneli
(20. Qottfrid Rapp, 70)
10. Maykl Baydu
(12. Emil Holten, 77)
Ehtiyat oyunçular
1. Melker Uppenberq
30. Markus Sorensen
4. Qustav Henriksson
5. Frode Aronsson
7. Yens Tomasen
13. Yuhan Larsson
14. Calal Abdulai
26. Lüdviq Rixtner
28. Leo Östman
Baş məşqçi: Oskar Hilyemark
99. Mateuş Koxalski
44. Elvin Cəfərquliyev
(90. Nəriman Axundzadə, 86)
2. Mateus Silva
55. Bədavi Hüseynov (k)
29. Marko Veşoviç
(27. Toral Bayramov, 77)
6. Julio Romao
(11. Emmanuel Addai, 78)
8. Marko Yankoviç
(66. Patrik Andrade, 86)
10. Abdulla Zubir
7. Yassin Benzya
21. Aleksey Kaşuk
(15. Leandro Andrade, 66)
18. Olavio Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
97. Fabian Buntiç
20. Riçard Almeyda
22. Musa Qurbanlı
30. Abbas Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
Qol: A.Qasem, 57.
Vərəqələr: B.Hüseynov, 60. O.Juninyo, 79. M.Yankoviç, 86. R.Kaib, 86 – sarı.
Hakimlər: ANTONİO NOBRE, Pedro Ribeyro, Nelson Pereyra, Andre Narçiso (hamısı Portuqaliya).
VAR hakimi: Üqo Migel (Portuqaliya).
VAR hakiminin köməkçisi: Andre Narkiso (Portuqaliya).
Hakim-inspektor: Stefano Podeski (San Marino).
UEFA nümayəndəsi: Yan Atkins (İngiltərə).
12 dekabr. Boros. “Boros Arena”. 6278 tamaşaçı.
Yalnız ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
7 (3) qapıya (“çərçivə”yə) zərbə 8 (2)
2 künc zərbəsi 4
3 ofsayd 0
20 qayda pozuntusu 7
1 (0) sarı (qırmızı) vərəqə 3 (0)
34 topa sahibolma (faizlə) 66

Avropa Liqasının pley-off mərhələsində çıxış edə bilmək üçün sonuncu şans! Bəli-bəli, demək olar ki, hansısa şübhə olmadan “Elfsborq”la matç haqda belə düşünmək mümkündü.

Baxmayaraq ki, “köhlən atlar”ın çox cüzi şansları hələ də qalır. Düzdü, Qurban Qurbanov belə yanaşmaları sevmir. Amma göz var, nizam var, İsveç təmsilçisi “Qarabağ”ın məğlub edə biləcəyi rəqib idi. Elə yuxarıdakı statistika da fikrimizdə yanılmadığımızı sübut edir. Göründüyü kimi, ağdamlılar hesabdan başqa bütün göstəricilərdə rəqibdən üstündü. Amma olanla ölənə çarə yoxdu... Kaş əksi olaydı... Təəssüf ki, olan məğlubiyyətdi, ölən isə ümidlərimiz... “Qarabağ” Borosda nə azarkeşlərin ciddi təzyiqinə məruz qaldı, nə də rəqibin...
Buna rəğmən, ilk 20 dəqiqədə bir dəfə belə rəqibin qapısı önündə təhlükə yaratmaq mümkün olmadı. Halbuki “Qarabağ”, adətən, məhz həmin epizodlardan üzüağ çıxır, nəticədə tarixi qələbələri sıralayırdı. Belədə meydan sahibləri fürsətiləri dəyərləndirməkə yaxın oldu ki, tir “köhlən atlar”ın köməyinə çatdı. Dəqiq desək, 24-cü dəqiqədə Holmen başla tiri “nişan aldı”. Yaxşı ki meydanda qalan topu rəqibdən heç kim tora sala bilmədi. 29-cu dəqiqədə isə bizimkilərin son oyunlarda dəfələrlə üzləşdiyi bəxtsizlik təkrarlandı. Belə ki, Bədavinin uzaqdan ötürməsini qəbul edən Juninyo ona mane olmağa çalışan İbrahimlə Hedlundu sürəti hesabına qabaqlasa da, Petterssonla mübarizədən məğlub ayrıldı. Həmin an topu, sadəcə, qapıçının üzərindən atmaq lazım idi ki, braziliyalı ulduzumuz da bunu bacarmadı. Bir qədər sonra cərimə meydançasına daxil olan Zubir topu Kaşuka çatdırmaq vəzifəsinin öhdəsindən gələ bilmədi. Onun zərbəsi yöndəmsiz alındığından qolkiper “kürə”yə sahib çıxdı.
“Qarabağ” 36-cı dəqiqədə növbəti fürsəti əldən verdi. Daha doğrusu, Benzya ümidləri doğrultmadı. Cərimə zərbəsini yerinə yetirən əlcəzairli topu təxminən 40 metrdən qapıya göndərmək istəsə də, İsak yerində idi. Ardınca qəlbimizin ritmini sürətləndirən epizoda şahidlik etdik. Silvanın başla qeyri-dəqiq zərbəsindən sonra cərimə meydançasına “sızan” Baydu boşluqdan yararlanmağa çalışdı. Xoşbəxtlikdən Koxalski çətin sınaqdan üzüağ çıxdı. Məncə, Silva həmin səhvi üzündən Bədavidən eşitdiyi danlağı haqq etdi! 41-ci dəqiqə yaranan şansı puç edən isim isə Juninyo oldu. Braziliyalı Kaşukun ötürməsini başla “çərçivə”yə yönəltmək istəsə də, ehtiyatsızlıq üzündən topa əllə toxundu. Birinci hissədə sonuncu təhlükəli vəziyyəti 44-cü dəqiqənin tamamında izlədik. Burda Arber Zenelinin hesabı açmaq istəyini Koxalskinin müdaxiləsi puç etdi. Beləliklə, ümdiləri ikinci hissəyə daşıdıq.
Qalan vaxtda bir yolunu tapıb matçın taleyini öz xeyrimizə həll etmək vacib idi ki, Kaşukun yöndəmsiz ötürməsi xəyal qırıqlığı yaratdı. Belə ki, o, 50-cı dəqiqədə topu Romaoya çatdırmaq istəyirdi ki, Qasem “kürə”nin önünə düşdüyünü görüb dərhal irəli atıldı. Xoşbəxtlikdən onun qapıya zərbəsi qeyri-dəqiq alındı. Hətta “köhlən atlar”ın bəxti o həddə gətirdi ki, Hedlundun 55-ci dəqiqədə vurduğu qol ofsayd səbəbindən sayılmadı. Bir qədər sonra Qasemin hesabı açmaq cəhdini Romaonun həlledici müdaxiləsi dayandırdı. Amma 57-ci dəqiqədə “Qarabağ”a nə bəxt kömək etdi, nə də təcrübə... Daha doğrusu, Besfort Zenelinin kornerdən cərimə meydançasına göndərdiyi top uğrunda mübarizədə Juninyoya qalib gələn Qasem tora elə dəqiq zərbə vurdu ki, Elvin də komandasını xilas edə bilmədi.
Ardından “köhlən atlar”ın ən azı hesabı bərabərləşdirməyə hesablanmış hücumlarına şahidlik etdik. Lakin nə Zubirin başla zərbəsi, nə də Veşoviçin bəxtini sınaması işə yaradı. Bu ərəfədə Hilyemarkın müdafiə xəttini gücləndirməsi ümidlərimizi bir qədər də azaltdı. Düzdü, Qurban Qurbanov da hücumların kəsərini artırmaq üçün əvəzləmələr etdi. Lakin meydanın yavaş-yavaş duman altında qalmağa başlaması, rəqibin, demək olar ki, bütün heyətlə müdaxilə olunması işi xeyli çətinləşdirdi...
71-ci dəqiqədə Baydunun tora qovuşdurmaq istədiyi top tirin üstündən keçdi. Ardından Veşoviçin qapıya zərbəsi, Yeqbenin həlledici müdaxiləsi qeydə alındı. Bir qədər sonra Rapp bəxtini sınayanlar sırasına qoşuldu ki, Koxalski fərqin artmasına imkan vermədi. Benzya və Leandronun cəhdləri, sadəcə, fiasko adlandırılacaq qədər qeyri-dəqiq oldu. Dəqiqələrin tükəndiyini nəzərə alsaq, ümid yalnız bir xala idi ki, bu yöndə sonuncu “yağlı” fürsət 88-ci dəqiqədə ələ düşdü. Benzyanın ötürdüyü topa yiyələnən Nəriman “çərçivə”ni nişan almaq istəsə də, zərbəsi yumşaq alındı. Zubir də özünü topa çatdıra bilmədi. Beləliklə, Avropa Liqasında 5-ci məğlubiyyətlə üzləşən “Qarabağ” indi 33-cü pillələdi.
Bundan sonrası üçün ümidlə danışmaq çətindi. Çox çətindi, çox...
Gözdən qaçmadı
// Təxminən 100 nəfərdən ibarət “İmarət Avropa” fanklubu tribunada yerini almışdı.
// Matç 70-ci dəqiqədən sonra getdikcə qatılaşan dumanlı hava şəraitində keçdi.
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see314

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see241

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see221

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see205

Cəmiyyətlə münasibətlərdə həssaslıq və böhranlara hazırlıq PR mütəxəssisi nələri bilməlidir

25 Sentyabr 2026 12:04see200

İdarə sədri: İçərişəhərdə tunellərin başlanğıc nöqtələri bəllidir, bu yaxınlarda yerin altında çox maraqlı tikili aşkarlamışıq MÜSAHİBƏ

25 Sentyabr 2026 20:02see199

Deniz Baysal və Barış Yurtçu 7 illik evliliklərini bitirdilər

25 Sentyabr 2026 23:42see198

Ölümdən sonra insanı nə gözləyir?

25 Sentyabr 2026 19:07see198

Ağıllı iqtisadiyyatın formalaşdırılmasında süni intellektin rolu müzakirə olunub

25 Sentyabr 2026 19:06see197

Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi (Video)

25 Sentyabr 2026 19:40see197

Məcnun Məmmədov panel sessiyada çıxış etdi Fotolar

25 Sentyabr 2026 21:53see196

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see195

Ötən onilliklərin solmayan kinolentləri

25 Sentyabr 2026 13:18see193

ERMƏNİ KİLSƏSİNDƏ “ƏCƏL ZƏNGİ” ÇALINIR Paşinyan Qaregini devirə biləcəkmi?

25 Sentyabr 2026 20:25see193

Azərbaycanda səhiyyə üçün xüsusi mərkəzlər yaradıla bilər

25 Sentyabr 2026 13:48see192

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see191

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see190

Bərpaolunan enerji layihələrinə investisiyaların cəlbi müzakirə olunub

25 Sentyabr 2026 20:43see188

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? Mərkəzi Bankdan AÇIQLAMA

25 Sentyabr 2026 19:30see188

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri