Icma.az
close
up
RU
“Qarabağ”ın qarşısındakı titullu maneə

“Qarabağ”ın qarşısındakı titullu maneə

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”ı son dərəcə zəngin ənənələrə malik, ad-sanlı rəqib gözləyir. Təmsilçimiz Avropa arenasındakı növbəti sınağında Ukrayna futbolunun flaqmanı olan Kiyev “Dinamo”su ilə duelə çıxacaq. Cütün ilk oyunu avqustun 6-da səfərdə, cavab matçı isə avqustun 13-də Bakıda reallaşacaq.

Klubun təməli 1927-ci ildə SSRİ Ümumittifaq “Dinamo” İdman Cəmiyyətinin tərkibində qoyulub. İlkin dövrlərdə Xarkovda yerləşən və birbaşa sovet xüsusi xidmət orqanlarının idman şöbəsi kimi fəaliyyət göstərən komandanın futbolçuları da rütbəli sovet hərbçiləri hesab olunurdu. 1989-cu ildə baş verən sistem dəyişikliyi ilə klub Ukrayna Respublika “Dinamo” Cəmiyyətindən ayrılaraq müstəqil, Qərb modelinə uyğun peşəkar futbol klubuna çevrildi, ittifaqın süqutundan sonra isə yeni yaradılan Ukrayna Premyer Liqasının əsas sütunlarından biri oldu.

Öz azarkeşləri arasında “göy-ağlar” ləqəbi ilə tanınan kollektiv rəqiblərini 16,873 azarkeş tutumuna malik Valeri Lobanovski adına “Dinamo” stadionunda qəbul edir. 1936-cı ildən bəri istər sovet elitasında, istərsə də müstəqil Ukrayna çempionatında kəsintisiz çıxış edən kiyevlilər Avropa futbolunda heç vaxt aşağı diviziona düşməyən nadir tarixi klublar sırasındadır.

Ukrayna futbolunda özünəməxsus izi olan “Dinamo”nun muzeyində çoxsaylı titul var. Sovet dövründə klub böyük üstünlüyə malik olub. Paytaxt təmsilçisi 13 dəfə SSRİ Yüksək Liqasının qalibi olmaqla bu turnirin mütləq rekordçusuna çevrilib. Bundan əlavə, kiyevlilər 9 dəfə SSRİ Kubokuna, 3 dəfə SSRİ Superkubokuna və rekord sayda – 7 dəfə Ukrayna SSR Kubokuna yiyələniblər.

“Dinamo Kiyev” Ukrayna Premyer Liqasının da rekordçusudur. Komanda sonuncusu 2024/25 mövsümündə olmaqla 17 dəfə ölkə çempionluğuna imza atıb, 13 dəfə isə gümüş medallara sahib çıxıb. Kiyev təmsilçisi ölkə kuboklarında da eyni üstünlüyü qoruyub saxlayır. Onlar 14 dəfə Ukrayna Kubokunu, 9 dəfə isə rekord göstərici ilə Ukrayna Superkubokunu muzeylərinə aparıblar. Baş məşqçi İqor Kostyukun keçən mövsüm Ukrayna Premyer Liqasında dördüncü yeri tutan yetirmələri Ukrayna Kubokunun finalında “Çerniqov” klubuna 3:1 hesabı ilə qalib gəldikdən sonra Avropa Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanıblar.

“Dinamo Kiyev”in Avropa arenasında da böyük reputasiyası var. Onlar hələ 1965/66 mövsümündə UEFA Kubok Qalibləri Kubokunda dörddəbir finala qədər irəliləmiş, lakin iki oyunun nəticəsində “Seltik”ə 4:1 hesabıyla məğlub olaraq turnirlə vidalaşmışdılar. 1990-cı ildən bəri bir mövsüm də Avropa yarışlarından kənarda qalmayan klub ümumilikdə qitənin 50-dən çox yarışında iştirak edib, 1973-cü ildən bəri isə cəmi iki dəfə – 1984/85 və 1988/89 mövsümlərində – turnirdən kənarda qalıblar. Tarixində 2 dəfə Kubok Qalibləri Kubokunu (1975, 1986) və 1 dəfə UEFA Superkubokunu (1975) qazanan “Dinamo” həm sovet dövründə, həm də müstəqillik illərində Çempionlar Liqasının yarımfinalına yüksəlməyi bacarıb.

Hazırda 12,500 xalla UEFA reytinqində 124-cü pillədə qərarlaşan Ukrayna təmsilçisinin “Transfermarkt”a görə heyət dəyəri 91,78 milyon avro təşkil edir. Komandanın özəyini yerli futbolçular təşkil etsə də, heyətdə Nigeriya, Surinam, Polşa, Fransa, Rumıniya, Seneqal, Panama və Kolumbiyadan olan səkkiz legioner də çıxış edir.

“Dinamo Kiyev” indiyədək Azərbaycan təmsilçiləri ilə heç vaxt rəsmi turnirlərdə üz-üzə gəlməyib. İki ölkə komandalarının bütün görüşləri yalnız təlim-məşq toplanışları çərçivəsində keçirilən yoldaşlıq oyunlarına təsadüf edib. Kiyevlilər təmsilçilərimizlə ümumilikdə 5 dəfə sınaq matçında güclərini yoxlayıblar.

Müstəqillik dövründə “Dinamo” İspaniyanın Marbelya şəhərində ilk dəfə 2014-cü ilin 24 yanvarında “Bakı” ilə 1:1 hesablı bərabərliyə razılaşıb. Elə həmin ilin 3 iyulunda Avstriyanın Yenbax şəhərində “Neftçi” ilə qarşılaşan Ukrayna nəhəngi bu matçdan da “sülh”lə ayrılıb (2:2). Daha sonra 2017-ci ilin 4 iyulunda Avstriyanın Şvats şəhərində “Qəbələ” ilə üz-üzə gələn “göy-ağlar” 2:1 hesablı qələbə qazanıblar. Kiyevlilər “Qarabağ”la ilk dəfə 4 iyul 2018-ci ildə yoldaşlıq matçında qarşılaşıblar. Görüşün yekununda Ukrayna təmsilçisi 1:0 hesablı üstünlük əldə edib. Nəhayət, komandalarımızın “Dinamo” ilə son sınaq matçı 20 yanvar 2020-ci il tarixində Antalyada baş tutub və bu görüşdə də “Neftçi” rəqibinə minimal hesabla (1:2) məğlub olub.

Ukrayna nəhənginin bu mövsümkü avrokubok macərası kifayət qədər gərgin keçib. Mübarizəyə Avropa Liqasının I təsnifat mərhələsindən başlayan komanda Rumıniyanın “Universitatya” (Kluj) kollektivi ilə keçirdiyi hər iki görüşdə qol buraxmayıb və penaltilər seriyasında daha dəqiq oynayaraq növbəti mərhələyə vəsiqə qazanıb. Lakin II təsnifat mərhələsində Yunanıstanın PAOK klubuna iki oyunun nəticəsinə əsasən 3:5 hesabı ilə məğlub olan kiyevlilər yolunu Konfrans Liqasında davam etdirmək məcburiyyətində qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Avqust 2026 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri