Qarabağın rəqibi əsas oyunçularından birini satacaq? 5 milyonluq təklif edildi
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Avropa Liqasının əsas mərhələsində növbəti turdakı rəqibi olan Rumıniyanın FKSB klubu kapitanı ilə yollarını ayrıla bilər.
Sportal.az xəbər verir ki, söhbət hücumameyilli yarımmüdafiəçi Darius Olarudan gedir. Bu barədə Rumıniyanın “Fanatik” nəşri məlumat yayıb.
FKSB-nin sahibi Gigi Bekalinin sözlərinə görə, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan və ona görə kluba 5 milyon avro təklif edən klublar var.
Bekalinin bu təklifdən razı qaldığı üçün sövdələşmənin baş tutacağı gözlənilir. Olaru bu mövsüm bütün turnirlər daxil olmaqla 15 qol vurub və paytaxt təmsilçisinin əsas oyunçularından hesab edilir.
“Qarabağ” – FKSB oyunu yanvarın 23-də Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















