Qarabağın rəqibində maliyyə problemi: 6 futbolçunu satacaq
Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.
Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Lion" maliyyə problemləri yaşayır.
Sportal.az xəbər verir ki, komandanın aşağı liqaya düşürülməsi təhlükəsi var. "Lion" vəziyyətdən çıxmaq üçün mövsümün sonuna kimi 100 milyon avro gəlir əldə etməlidir.
Klub rəhbərliyi durumu düzəltmək üçün yanvar ayında 6 futbolçu ilə yollarını ayıracaq. Bunlardan biri "Qalatasaray"dan icarəyə götürülən Vilfred Zahadır. 32 yaşlı vingerin maaşı yüksək olduğu üçün onun göndərilməsi planlaşdırılır.
"Lion" Zahadan başqa 5 futbolçunu satışa çıxaracaq. Belə ki, Fransa klubu Said Benrahma, Gift Orban, Maksans Karke, Ernest Nuama və Sael Kumbedini satıb gəlir əldə etməyə çalışacaq.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqası Liqa fazısının 5-ci turu çərçivəsində noyabrın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda "Lion"u qəbul edəcək.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Noyabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















