Icma.az
close
up
RU
Qarabağın sabiq yarımmüdafiəçisi: Ukrayna millisində oynamaq istədiyimi deyəndə, mənə güldülər

Qarabağın sabiq yarımmüdafiəçisi: Ukrayna millisində oynamaq istədiyimi deyəndə, mənə güldülər

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Sergey Kravçenko ölkəmizdə olduğu müddətdən danışıb.

Sportal.az xəbər verir ki, “UkrFutbol” portalına danışan Kravçenko həm "Qarabağ"dakı vaxtlarını xatırlayıb, həm də milli komandaya yüksəlişini şərh edib: 

"Mənim qohumum və ən yaxşı dostlarımdan biri olan Denis Sokolovski “Qarabağ”da oynayıb. O, bu kluba baxışa getməyi təklif etmişdi. Dərhal deyim ki, o vaxt fərqli “Qarabağ” idi, sadə və təvazökar komanda. Bir yoldaşlıq oyunu keçirdim və demək olar ki, dərhal mənimlə müqavilə imzalandı. Azərbaycandakı karyeram bu cür başlamışdı. 
Bu ölkədə kifayət qədər yaxşı çıxış edirdim və hətta Azərbaycan üçün milliləşdiriləcəyim söz-söhbəti də gəzirdi. Mən bundan imtina etdim və Ukrayna millisində oynamaq istədiyimi bildirdim. O vaxt mənə güldülər ki, 22-23 yaşlı oğlan Azərbaycanda oynayır, Ukrayna millisini xəyal edir, bu nə cəfəngiyyatdır? Mən “Dinamo”ya keçəndə və milliyə çağırılanda Azərbaycanda məni xatırladılar və orada oynadığım üçün fəxr mənimlə etdilər, çox xoş idi.

Azərbaycandakı şəraitim çox sadə idi, çünki o vaxt mən hələ heç kim idim. “Qarabağ”dakı uğurlu altı aydan sonra mənə elə Azərbaycanın daha prestijli klublarına keçməyi təklif etdilər, lakin o vaxt “Vorskla” məni sınaqdan keçirməyə dəvət etdi. Və mən Ukraynaya qayıtmaq qərarına gəldim və heç nəyə görə peşman deyiləm. Baxmayaraq ki, digər Azərbaycan klublarında şərait daha yaxşı, hətta üç dəfə yaxşı idi. “Vorskla”da baxışdan uğurlu keçdim və Allaha şükür edirəm ki, belə oldu. Çünki o vaxt “Dinamo”, “Dnepr”, milli komandada oynadım".


  saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://sportal.az
archiveBu xəbər 12 Yanvar 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see255

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see201

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see148

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see142

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see129

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see128

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see128

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri