Icma.az
close
up
RU
“Qarabağ”ın sürpriz transferi, Rəşad Sadıqovun sonsuz inamı... və başqaları YAZI

“Qarabağ”ın sürpriz transferi, Rəşad Sadıqovun sonsuz inamı... və başqaları YAZI

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Fevralın 10-da Misli premyer-liqasında qış “transfer pəncərəsi” bağlandı. Bilindiyi kimi, bəzi komandalar bu müddətdə həm heyətini gücləndirdi, həm də oyunçularla yolları ayırdı.

Bəs, heyətlərin yenilənməsi yönündə hərəkətlilik nə ilə yadda qaldı?
Premyer-liqaya 22 legioner gəldi ki, onlardan ikisi – Kari Borgeslə Əyyub Allaş əvvəl də Azərbaycan çempionatında çıxış edib. Yerli futbolçularla bağlı transfer prosesində isə 8 ad var. Bu sırada ən çox diqqəti çəkən dəyişikliklər bir il futbolsuz qalan Mirabdulla Abbasovun “Səbail”ə, Elvin Camalovun “Sabah”dan “Neftçi”yə, Cəlal Hüseynovun isə Bolqarıstan “Arda”sından “Şamaxıya” gəlişidi. Heç bir transfer etməyən komanda “Zirə”, heç kimlə yolları ayırmayan isə “Araz-Naxçıvan”dı.
Maraqlıdı ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan 5 komandadan yalnız ikisi – “Sabah” və “Turan Tovuz” bir qədər fəal göründü. Elitada qalmaq uğrunda mübarizə aparan üç komandaya gəlincə, “Kəpəz” fürsətlərdən maksimum yararlanmağa çalışdı. “Şamaxı” “ağını çıxardı” desək, yanılmarıq. Ona görə ki, 7 futbolçu alan “şirlər” ən çox transfer edən komandadı. “Səbail” isə fiasko yaşadı. Onsuz da kasad heyətə malik “dənizçilər”, demək olar ki, güclənə bilmədi.
“Transfer pəncərəsi”nin uzun müddət xatırlanacaq hadisələri “Qarabağ”ın başına gəldi. Juninyo və Romao ilə yollarını ayıran “köhlən atlar”ın Kadiylə güclənməsi hamı üçün sürpriz oldu.
Heyətlə bağlı problemi olmayan “Sumqayıt”da elə də ciddi dəyişiklik olmadı. Bununla da “kimyaçılar”ın konkret iddiasının olmaması və ortabablar sırasında qərarlaşmağın komandanı qane etdiyi bilindi. Hərəyə 4 legionerlə anlaşan “Turan Tovuz” və “Şamaxı” ən çox əcnəbi futbolçu ilə güclənən komandalar sırasındadı. Görünür, çoxunun ciddi dəyişikliklərə imza atacağını gözlədiyi “Neftçi” səbirli olmağı seçdi. Yalnız Lebonla Tamaşı yola salan “ağ-qaralar” üç legioner, bir yerli futbolçuyla anlaşdı.
Ümumiyyətlə, bir-iki komanda istisna olmaqla, heyətlərdə ciddi dəyişikliklərə rast gəlmədik. Böyük ehtimalla, turnir cədvəlində formalaşan durum, dəqiq desək, kimin güclü, kimin zəif olmasının bariz görünməsi, aradakı uçurum hər kəsi heyətlə bağlı planlarını növbəti mövsüm üçün qurmağa vadar etdi.
Təbii ki, yay “transfer pəncərəsi” daha maraqlı olacaq!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri