Icma.az
close
up
RU
Mircavadov Qarabağ ı məğlub etməyin sirrini dedi Rəşad Sadıqovun diqqətinə!

Mircavadov Qarabağ ı məğlub etməyin sirrini dedi Rəşad Sadıqovun diqqətinə!

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, "Zirə"nin əlinə ciddi fürsət düşüb.

Belə ki, Rəşad Sadıqovun komandası bu gün Misli premyer-liqasının 21-ci turu çərçivəsində "Qarabağ"ı sınağa çəkəcək. O "Qarabağ" ki, evdə keçirilən 20-ci tur matçında "Turan Tovuz"a, Avropa Liqasının 7 və 8-ci turlarında müvafiq olaraq FKSB və "Olimpiakos"a uduzub. Özü də hər üç oyunda qolların əksəriyyəti künc zərbəsindən başlayan hücum cəhdləriylə vurulub. Bu arada "köhlən atlar"ın ağır Yunanıstan səfərindən yorğun qayıtdığını da vurğulamalıyıq.
Bəs, "qartallar" bu məqamlardan maksimum yararlanıb rəqibini tarixində ilk dəfə evdə məğlub edə bilərmi?
"Football-plus.az"ın sualını məşqçi seximizin ağsaqqalı Ağasəlim Mircavadov cavabladı:

"Çempionatımızda dövran dəyişib. İndi bütün komandalar meydana qələbə üçün çıxır. Deyərdim ki, sonuncu pillədə olan komanda birinci sıradakı rəqibini məğlub edə bilər. Maraqlıdı ki, buna çox vaxt İngiltərə çempionatında rast gəlirik. Məncə, "Zirə" çox güclənib. Onlar son oyunlarda ardıcıl xallar qazanır. Bu komandada qol vurmağı bacaran futbolçular var. 4-cü pillədə olan "Turan Tovuz" dünən xal itirdi. Rəşad Sadıqovun komandası buna görə arxayınlaşacaq, yoxsa mövqeyini möhkəmləndirməyə çalışacaq? Əsas məqamlardan biri də budu. Ümumiyyətlə, "Zirə" müdafiə xəttində də çox inamlı oynayır. Bu komandaya bir-iki epizod lazımdı ki, lazım olan qolu vursun. Hesabı qorumağı bacarırlar. "Qarabağ"a gəlincə, belə keyfiyyətli kollektivlər hansısa oyunda uduzanda növbəti matça daha ciddi hazırlaşmağın vacibliyini dərk edir və əksər hallarda məqsədinə çatır. Adətən "qara zolağ"a düşməkdən uzaq olurlar. Düzdü, "Qarabağ" ardıcıl məğlubiyyətlər yaşadı. Yunanıstandan yorğun qayıdıblar. Lakin komanda meydana tam hazır vəziyyətdə çıxacaq. Qurban Qurbanovun heyəti genişdi. O, özünü yaxşı hiss edən futbolçulara şans verməklə istəyinə çata biləcək. Məncə, hər şey "Qarabağ"ın motivasiyalı olub-olmamasından asılıdı. "Zirə" hansı boşluqlardan istifadə edə bilər? "Qarabağ" son oyunlarda həm hücum, həm də müdafiədə çox sadə səhvlərə yol verir. Bu kollektivə onu deyə bilərəm ki, Avropa Liqasında yaşananları unudub irəliyə baxsınlar. "Zirə" isə "Qarabağ"ın xüsusilə standart vəziyyətlərdə buraxdığı səhvlərdən faydalanmalıdı. Bunu çempionatda ən yaxşı bacaran komanda "Turan Tovuz"du. Qolların əksəriyyətini künc zərbəsi sayəsində vurublar. Futbolun qanunlarından istifadə etmək lazımdı".


Xatırladaq ki, "Zirə" - "Qarabağ" oyunu bu gün saat 19.00-da başlayacaq.
KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri