“Qarabağ”ın ulduzuna Fransadan sürpriz müştəri
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Qarabağ"ın futbolçusu Marko Yankoviçin klubdakı gələcəyi hələ də qeyri-müəyyəndir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə maraqlanan daha bir klubun adına aydınlıq gəlib.
Söhbət Fransanın "Nant" klubundan gedir. Ötən mövsüm Liqa 1-i tərk edən komanda yeni mövsümdə Liqa 2-də iddialı heyət formalaşdırmaq üçün Yankoviçi əsas transfer hədəflərindən biri hesab edir.
Fransa təmsilçisinin yaxın günlərdə futbolçunun transferi ilə bağlı "Qarabağ"a rəsmi təklif göndərməsi gözlənilir.
Qeyd edək ki, Marko Yankoviçin Ağdam klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Monteneqro millisinin üzvü ilə Türkiyənin "Çorum" və "Konyaspor" klubları da maraqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 30 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















