“Qarabağ”la oyuna getməkdən imtina edib Qalmaqallı qərar
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
Kiyev “Dinamo”sunun futbolçusu Andrey Yarmolenk UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la cavab oyununda (0:2) iştirak etməyib. Onun adı ümumiyyətlə, iştirak ərizəsində olmayıb.
QOL.az Ukrayna mediasına istinadən xəbər verir ki, jurnalist Andrey Piskun klubdakı mənbələrinə istinadən 36 yaşlı yarımmüdafiəçinin komanda ilə birlikdə Bakıya gəldiyini və oynamağa hazır olduğunu bildirib.
Lakin onun sözlərinə görə, Yarmolenko matçöncəsi toplantıda baş məşqçi İqor Kostyukun onu start heyətində oynatmayacağını öyrənib. Futbolçu bu qərardan narazı qalıb və oteldə qalaraq stadiona getməyib.
Qeyd edək ki, “Dinamo” Bakıda “Qarabağ”a 0:2 hesabı ilə uduzaraq (ilk oyun 1:0) Konfrans Liqasında mübarizəni dayandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 15 Avqust 2026 06:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















