Icma.az
close
up
RU
“Qaraciyər sirrozu vaxtında diaqnoz və sağlam həyatla qarşısı alınan təhlükə” ŞƏRH EDİLDİ

“Qaraciyər sirrozu vaxtında diaqnoz və sağlam həyatla qarşısı alınan təhlükə” ŞƏRH EDİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qaraciyər sirrozu, insan orqanizmində həyati əhəmiyyət daşıyan orqanlardan biri olan qaraciyərin toxumasının zədələnməsi və bu zədələnmiş toxumanın yerinin çapıq (fibroz) toxuması ilə əvəz olunması nəticəsində yaranan ciddi bir xəstəlikdir". Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin həkim eskperti Zakir Quliyev deyib.

Onun sözlərinə görə, bu proses qaraciyərin əsas funksiyalarının tədricən zəifləməsinə, orqanizmin ümumi fəaliyyətinə mənfi təsir göstərən ağır fəsadların yaranmasına gətirib çıxarır: "Sirrozun yaranmasına bir çox amillər səbəb ola bilər. Ən geniş yayılmış səbəblər sırasında spirtli içkilərin uzunmüddətli qəbulu, virus mənşəli hepatitlər (xüsusilə hepatit B və C), autoimmun hepatit, bəzi infeksiyalar, ürək çatışmazlığı və qaraciyərin piylənməsi (yağlanması) göstərilir. Bu amillər nəticəsində normal qaraciyər hüceyrələri zədələnir, onların yerini çapıq toxuması tutur və bu, orqanın bərpa olunma qabiliyyətini azaldır.

Xəstəliyin əlamətləri hər bir insanda fərqli şəkildə özünü göstərə bilər. Bəzi hallarda xəstəlik uzun müddət simptomsuz gedir və yalnız irəliləmiş mərhələdə aşkar olunur. Sirrozun ən təhlükəli ağırlaşmalarından biri qanaxmadır, xüsusilə də mədə-bağırsaq sistemindən olan daxili qanaxmalar həyati təhlükə yarada bilər. Digər ağırlaşmalar sırasında hepatoensefalopatiya (qaraciyər funksiyasının pozulması nəticəsində yaranan şüur pozuntuları), assit (qarın boşluğunda maye toplanması) və qaraciyər xərçəngi (hepatosellular karsinoma) qeyd olunur.

Qaraciyər sirrozunun qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər vacibdir. Əvvəla, spirtli içkilərdən tamamilə uzaq durmaq, sağlam qidalanmaq və artıq çəki ilə mübarizə aparmaq lazımdır. Bundan əlavə, hepatit viruslarına qarşı mütəmadi tibbi müayinədən keçmək, vaxtında müalicə almaq və qaraciyər funksiyasını göstərən analizləri (ALT, AST, GGT və s.) periodik şəkildə yoxlatdırmaq tövsiyə olunur. Nəticə etibarilə, qaraciyər sirrozu tədricən inkişaf edən, lakin vaxtında diaqnoz və düzgün müalicə ilə nəzarət altında saxlana bilən xəstəlikdir. Mütəmadi tibbi nəzarət, sağlam həyat tərzi və düzgün profilaktika bu xəstəliyin ağırlaşmalarının qarşısını almaqda əsas rol oynayır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Noyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri