Icma.az
close
up
RU
Qaraciyər sirrozu. SİMPTOMLAR

Qaraciyər sirrozu. SİMPTOMLAR

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qaraciyər sirrozu – qaraciyərin ağır xroniki və proqressivləşən xəstəliyidir.

Sirroz zamanı normal qaraciyər hüceyrələri (hipositlər) birləşdirici toxuma ilə əvəz olunur. Təbii olaraq bunun nəticəsində qaraciyər öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir.

Qaraciyərin öz funksiyasını itirməsi nəticəsində qaraciyər çatışmazlığı yaranır. Qaraciyər sirrozunun bu günə olan yeganə tam müalicə üsulu qaraciyər köçürülməsidir.

Qara ciyər sirrozunun əsas səbəbləri:

- Qara ciyərin kəskin və xroniki virus xəstəlikləri: B, C, D hepatitləri;

- Alkoqol. Alkoqol mənşəli qaraciyər sirrozu - uzun müddət ərzində alkoqollu içkiləri xeyli miqdarda qəbul edən insanlarda əmələ gəlir. Sirrozun bu forması, adətən, əvvəllər mövcud olan alkoqol mənşəli hepatit fonunda inkişaf edir;

- Qaraciyərin medikamentoz zədələnməsi: medikamentoz hepatit;

- Qaraciyərin parazitar (qurdlar tərəfindən törədilən) xəstəlikləri: exinokokkoz və s.;

- Öd ifrazedici sistemin xəstəlikləri;

- Maddələr mübadiləsinin anadangəlmə pozğunluqları: qalaktozemiya, orqanizmdə yağ mübadiləsinin pozulması və s.;

- Autoimmun pozğunluqlar. Qaraciyər sirrozunun bu forması immun sistemi fəaliyyətinin pozulması nəticəsində baş verir. Bu zaman immun sistemi qaraciyər hüceyrələrini yad hüceyrələr kimi qəbul edərək onlara qarşı mübarizə aparır. Nəticədə qaraciyər hüceyrələri məhv olaraq birləşdirici toxuma ilə əvəz olunur;

- Digər orqanların xəstəlikləri: ürək çatışmazlığı və s.

Qaraciyər sirrozu ləng inkişaf edir və ilk dövrlərdə, demək olar, heç bir simptomla özünü büruzə vermir. Sonrakı mərhələlərində qaraciyər sirrozunun aşağıdakı əlamətləri qeyd olunur:

- Yorğunluq, zəiflik, iş qabiliyyətinin azalması, yuxululluq;

- Sağ qabırğaaltı nahiyəsində ağrılar;

- İştahasızlıq, çəkinin azalması;

- Sarılıq - dərinin, göz sklerasının, ağız boşluğunun selikli qişasının saralması;

- Əllərin iç səthinin qızarması;

- Dərinin qaşınması – bəzən qaşınma dözülməz olur, axşamlar artır;

- Kapilyar damar ulduzları – dərinin bəzi sahələrində kapilyar damarlardan ibarət olan ulduz və ya hörümçək toruna bənzər izlər əmələ gəlir. Onlar təzyiq edilərkən itir, təzyiq aradan götürülən kimi yenidən qanla dolurlar.

- Qanaxmalara meyllilik – travmalar zamanı qanaxma uzun müddət ərzində dayanmır, dəridə tez-tez göyərmələ əmələ gəlir;

- Qaraciyər sirrozunun əsas əlamətlərindən biri portal hipertenziya sindromudur. Bu hal qapı venasında (qarın boşluğu üzvlərindən qanı qaraciyərə gətirən vena) təzyiqin artması nəticəsində baş verir. Qapı venasında təzyiqin artması səbəbindən qan qarın boşluğu üzvlərində ləngiməyə başlayır. Nəticədə qarın boşluğunda maye yığılır və qarın şişməyə başlayır. Bu hal "assit" adlanır.

Qaraciyər xəstəlikləri yaşadığımız dövrdə ölüm hadisələrinin ən çox təsadüf edilən səbəblərindən biridir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri