Icma.az
close
up
RU
QARACİYƏRİNİZİ SAĞLAM SAXLAMAĞA KÖMƏK EDƏN 8 QİDA

QARACİYƏRİNİZİ SAĞLAM SAXLAMAĞA KÖMƏK EDƏN 8 QİDA

Icma.az bildirir, Saglamolun portalına istinadən.


QƏHVƏ, ZEYTUN YAĞI, ÇUĞUNDUR SUYU, BROKOLİ….

Alimlər qaraciyərin sağlamlığına dəstək olan 8 qidanın adını açıqlayıb.
1. Qəhvə qaraciyər sağlamlığı üçün ən faydalı içkilərdən biri hesab olunur. Araşdırmalar göstərib ki, qəhvə içmək qaraciyər xəstəlikləri riskini azalda bilər və qaraciyəri siroz kimi xroniki problemlərdən qoruya bilər. Bundan əlavə, qəhvə içmək qaraciyərin iltihabını azaltmağa və qaraciyər xərçənginin qarşısını almağa kömək edir.
2. Çuğundur suyu nitratlarla və betalainlər adlanan antioksidanlarla zəngindir. Tədqiqatlar göstərir ki, çuğundur suyu qaraciyərin iltihabını azaltmaqda, oksidləşdirici zərərin qarşısını almaqda təsirli olur və qaraciyər hüceyrələrində yağ yığılmasını azalda bilər. Bu içkini içmək qaraciyərin fəaliyyətini yaxşılaşdırmağa kömək edir.

3. Yaşıl tərəvəzlər brokoli, brüssel kələmi, kələm və gül kələm yüksək lif tərkibinə və faydalı bitki birləşmələrinə görə qaraciyər üçün əla qidalar kimi tanınır. Bu tərəvəzlər qaraciyərin detoksifikasiya prosesini təşviq edir və onun fəaliyyətinə müsbət təsir göstərir.

4. Qoz-fındıq sağlam yağlar, antioksidantlar və E vitamini ilə zəngin olduğu üçün qaraciyər üçün faydalı qidalardan biridir. Qoz-fındıq yemək immunitet sisteminin gücləndirilməsində, iltihabın azaldılmasında, qaraciyərin sağlamlığının və detoksifikasiyasının dəstəklənməsində mühüm rol oynayır.

5. Tərkibində omeqa-3 yağ turşuları olan qızılbalıq və alabalıq kimi yağlı balıqlar qaraciyərin iltihabını azaltmaqda çox faydalı təsir göstərir. Araşdırmalar göstərib ki, bu balığın müntəzəm istehlakı alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini azaldır və xəstələrdə trigliserid səviyyəsini aşağı salır.
6. Zeytun yağı, xüsusən də iltihab əleyhinə xüsusiyyətlərinə və maddələr mübadiləsinə müsbət təsirinə görə qaraciyərin təmizlənməsi üçün ən yaxşı variantlardan biridir. Bu yağ orqanizmdən toksinləri çıxarmağa və qaraciyərdə zərərli yağların yığılmasının qarşısını almağa qadirdir. Zeytun yağının müntəzəm istifadəsi qaraciyər fermentlərinin səviyyəsini də artıra bilər.
7. Yaşıl çay orqanizmin, xüsusən də qaraciyərin ümumi sağlamlığı üçün ən məşhur və faydalı içkilərdən biri kimi tanınır.
8. Üzümün, xüsusilə, qara və bənövşəyi sortları yemək qaraciyər üçün çox faydalıdır. Bu meyvə iltihabı azaltmağa, zədələnmiş qaraciyər hüceyrələrini bərpa etməyə və antioksidan səviyyəsini artırmağa kömək edən qiymətli bitki birləşmələri ilə zəngindir. Üzüm toxumu ekstraktının istifadəsi də qaraciyərin sağlamlığının yaxşılaşdırılmasında rol oynayır.
Heç bir narahatlıq olmadığı halda belə ÜST protokolları 2-3 ildən bir qaraciyərin rutin yoxlanmanmasını tövsiyə edir. Çünki, bu orqanda olan xəstəliklər adətən ağrısız və simptomsuz inkişaf edir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:384
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 28 Fevral 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri