Icma.az
close
up
RU
Arıqlamağa və çəkini saxlamağa kömək edən 10 məhsul

Arıqlamağa və çəkini saxlamağa kömək edən 10 məhsul

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Yüksək lif tərkibli məhsullar həzmi yaxşılaşdırır və toxluq hissini artırır ki, bu da çəkinin azalmasına kömək edir. Bu məhsullar ümumi sağlamlıq vəziyyətinə də müsbət təsir göstərir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Health" yazır.

1. Mərci - Bir stəkan mərcidə 15,6 qram lif var ki, bu da gündəlik 28 qram normanın 55,7 faizinə bərabərdir. Tədqiqatlara görə, mərci zülalla da zəngindir (bir stəkanda 17,9 qram). Zülal və lif həzmi ləngidir və uzunmüddətli toxluq hissi yaradır.

Araşdırmalar göstərib ki, paxlalı məhsullardan istifadə edən böyüklər 10 il ərzində onları istifadə etməyənlərlə müqayisədə daha az çəki artırıblar.

2. Avokado - 201 qram avokadoda 13,5 qram lif var ki, bu da gündəlik ehtiyacın 48 faizini təşkil edir. Avokadonun qəbulu zamanla çəki artımının qarşısını almağa və "pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir. O, az karbohidratlı və sağlam yağlarla zəngin olduğu üçün uyğun qida sayılır.

3. Kətan toxumu - Bir xörək qaşığında 5,62 qram lif var ki, bu da gündəlik normanın 20 faizidir. Kətan toxumu mis, maqnezium və selen kimi minerallarla zəngindir. Tədqiqatlar göstərir ki, 30 qram üyüdülmüş kətan toxumu qəbul edən insanlarda bel ölçüsü və bel-bud nisbəti azalır.

4. Moruq - Bir stəkan moruqda 8 qram lif var (gündəlik normanın 29 faizi). Moruq antioksidantlarla zəngindir və hüceyrələri zədələnmədən qoruyur. Bu isə ürək-damar xəstəlikləri riskini azalda bilər.

5. Brüssel kələmi - Bir stəkanda 4 qram lif var (14,3 faiz). Araşdırmalar göstərir ki, daha çox tərəvəz yeyən insanlarda piylənmə riski daha azdır. Brüssel kələmi C və K vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.

6. Çia toxumu - 28 qram çia toxumunda 9,75 qram lif var (34,8 faiz). Bu toxumlar bədən yağının, xüsusilə qarın bölgəsində azalmasına kömək edə bilər. Eyni zamanda kalsium, dəmir, maqnezium və selenlə zəngindir.

7. Böyürtkən - Bir stəkan böyürtkəndə 7,63 qram lif var (27,3 faiz). O, C və K vitaminləri, fol turşusu və antioksidantlarla zəngindir.

8. Qara lobya - Bir stəkanda 15 qram lif və 15,2 qram zülal var. Bu, qara lobyanı çox doyurucu qida edir. Lif həzm sistemini dəstəkləyir və sağlam bağırsaq fəaliyyətinə kömək edir.

9. Yulaf yarması - 1/4 stəkanda 5 qram lif var (18 faiz). Minimal emal olunmuş yulaf daha çox lif və zülal ehtiva edir, bu da arıqlama üçün daha faydalı sayılır.

10. Edamame - Bir stəkanda 8 qram lif və 18,5 qram zülal var. Lif və zülal baxımından zəngin qidalar sağlam çəkinin qorunmasına kömək edir. Edamame həmçinin maqnezium və kaliumla zəngindir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 May 2026 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri