Icma.az
close
up
RU
“Qaradağ Lökbatan”ın tarixi uğuruna hakim mane olub? “aşağı liqa klubundan sürpriz nəticə gözlənilirsə...”

“Qaradağ Lökbatan”ın tarixi uğuruna hakim mane olub? “aşağı liqa klubundan sürpriz nəticə gözlənilirsə...”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bizon ölkə kubokunun 2-ci təsnifat mərhələsi sona çatdı.

Maraqlı oyunlardan birinə Qubada şahidlik etdik. Söhbət “Qaradağ Lökbatan” – “İmişli” görüşündən (2:3) gedir. Belə ki, premyer-liqada çıxış edən Aran təmsilçisi 2-ci liqanın iştirakçını çətinliklə məğlub etdi: lökbatanlılar iki dəfə hesabda önə keçdi, “pələnglər” qələbə qolunu 90+6-cı dəqiqədə vurdu.
Bilindiyi kimi, “Qaradağ Lökbatan” qələbə qazansa, bu mövsüm premyer-liqada çıxış edən komandanı mübarizədən kənarlaşdıran ilk aşağı liqa təmsilçisi kimi tarixə düşəcəkdi.
Bəs, buna nə mane oldu?
“Football-plus.az”ın sualını komandanın baş məşqçisi Qəzənfər Abbasov cavabladı:

“Komandam süni meydançaya öyrəşib. Bu səbəbdən təbii ot örtüyündə oynamaq işi çətinləşdirdi. Həmçinin “ İmişli” daha usta futbolçulara sahibdi. Premyer-liqanın oyun tempiylə 2-ci liqa arasında böyük fərq var. Bizdə cəmi 3-4 komandaya qarşı matçlar ağır keçir. Bu da premyer-liqa klubuna “diş göstərmək” üçün yetərli deyil. O başqa məsələ ki, rəqibi təhlil etmiş, boşluqlarını tapmışdıq. Futbolçularım tapşırıqları layiqincə yerinə yetirdi. Komandama təşəkkür edirəm. Meydana ehtiyat oyunçular skamyasından daxil olan futbolçular zəif təsir bağışlamasaydı, oyuna vaxtında uyğunlaşa bilsəydi, başqa cür olacaqdı”.

Baş məşqçi referi Kamranbəy Rəhimovun idarəçiliyi haqda da danışdı:

“Hakimin qapımıza niyə penalti təyin etdiyini anlamadıq. Epizodu incələdik, hansısa qayda pozuntusu görmədik. Həmçinin “İmişli”nin oyunçularına verilməli olan vərəqələr də göstərilmədi. Sanki “İmişli” premyer-liqa klubu olduğuna görə onlara münasibətdə daha diqqətli davrandı. 2-ci liqa komandası kimi meydana rəqiblə başabaş oynamaq üçün çıxmışdıq. Ancaq “İmişli”nin futbolçuları səs çıxaran kimi əleyhimizə cərimə zərbələri təyin edildi. VAR olsaydı, bəlkə qapımıza təyin edilən penalti ləğv olunacaqdı. Bunları hakimin insafına buraxıram. Ancaq aşağı liqa klubundan sürpriz nəticə gözlənilirsə, hakim hər iki komandaya eyni cür yanaşmalıdı”.

KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Oktyabr 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see515

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see213

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see199

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see155

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see145

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see144

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri