Icma.az
close
up
RU
Tanrıya sevgiylə yazılmış məktublar Fəxrəddin Teyyub yazır

Tanrıya sevgiylə yazılmış məktublar Fəxrəddin Teyyub yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Fəxrəddin TEYYUB

Sözün nəfəsini və hənirini hiss etmək, duymaq hər qələm adamına müyəssər olmur. Şair tanıyıram ki, hıqqana-hıqqana şeir adına nəsə yazır, daha doğrusu, sözə əzab, işgəncə verir. Amma şair də var ki, təbi, ilhamı dağ şəlaləsidi. Şeirlərini oxuyanda ruhuna qəribə bir rahatlıq gətirir. O şairlərdən biri də - titullarını sadalamağa ehtiyac duymadım, çünki onlar çoxdu - Bəhruz Niftəliyevdir. Keçən il "Bakı Mətbəəsi ASC"də nəfis tərtibatla çap olunmuş "Tanrıya məktublar" kitabı masamın üstündədir. Hər dəfə yuxuqabağı o kitabdan mütləq bir şeir oxuyub sonra yatmalıyam. Elə bil ki, oxuduğum şeir anamın laylasını əvəz eləyir mənimçün. Bu kitabda yer almış şeirlərin hər birində Tanrıya sevgi var. Əbəs yerə deyil ki, müəllif kitabın adını "Tanrıya məktublar" qoyub. Mən B.Niftəliyevi "Mədəniyyət" kanalında "O" verilişinin aparıcısı kimi tanımışam. İntellekti, ensiklopedik biliyi, savadı, gözəl nitqi, fəlsəfi düşüncələri məni həmişə heyrətləndirib.

Söhbət etdiyimiz mövzu ürəyimcə olan mövzuydu.

Bir saat ərzində Ulu Tanrının möcüzələrindən danışdıq.

Verdiyi suallar çətiniydi, ancaq Allah özü o mürəkkəb suallara cavab verməkdə mənə yardımçı olurdu. Ona olan sevgimi hiss edirdi, duyurdu Tanrım. İstəmirdi ki, çətin duruma düşüm. Əlbəttə, böyük Allah haqqında hər kəsin özünün düşüncələri və qənaətləri var. Mən həmişə demişəm, yenə də deyirəm, bir insan ömrü Allahın dərki üçün yetərli deyil, azdır. Sonralar sosial şəbəkələrdə paylaşdığı şeirlərə rast gəldim. Sözün doğrusu, hər dəfə təzə yazdığı şeirini oxuyub duyğulanırdım. Təbii ki, oxuyandan sonra münasibətimi bildirirdim. Əsas o idi ki, mənim bu istedadlı şair haqqında artıq müəyyən qənaətlərim varıydı. Hətta arada yaradıcılığı haqqında bir yazı yazmaq fikrinə də düşmüşdüm. Və birdən votsapıma bir dəvətnamə gəldi. Bəhruz Niftəliyev məni özünün "Tanrıya məktublar" kitabının təqdimatına dəvət edirdi. Keçən ilin noyabr ayının 28-də, şəhərin mərkəzində, Üzeyir Hacıbəyli-5 ünvanında yerləşən kitab evində möhtəşəm bir tədbir keçirildi. Çoxdan idi ki, belə izdiham görməmişdim. Hətta tədbir iştirakçılarının əksəriyyəti oturmağa yer tapmadı.

İstedadlı kamança ustası Munislə yanaşı oturmuşduq. İkimizin də ürəyindən bir istək keçdi. Bu tədbir kaş R.Behbudov adına Mahnı Teatrında, ya da ki, Muğam Mərkəzində, yəni daha tutumlu salonda keçiriləydı. Bəlkə heç Bəhruz müəllim təsəvvür etməzdi ki, tədbir belə izdihamlı olacaq. İlahi, bu tədbirdə kimlər yoxuydu! Bütün zümrələri təmsil edənlər oradaydı. Deputatlardan tutmuş, hörmətli akademikimiz Nizami Cəfərova qədər. Bir-bir ad çəkib oxucuların vaxtını almaq istəmirəm. Çıxış edənlərin hər biri bu bənzərsiz şairin yaradıcılığından sitatlar gətirir və şeirlərinin işığına yığışdıqlarını qeyd edirdilər. Hörmətli akademikimiz N.Cəfərov "Tanrıya məktublar" kitabındakı şeirlərin incə bir məqamına toxundu. Qeyd etdi ki, şair hər şeirinin tamamında, yəni sonuncu misrasına nöqtə qoyanda, uşaq anadan doğulan kimi, şeirin də doğum vaxtını, tarixini qeyd edir. İlk baxışdan bu məqam sadə olsa da, əslində Allaha bağlılığın və sevginin təntənəsidir. Mənə elə gəlir ki, ədəbi tənqid və ədəbiyyatşünaslar mütləq bu kitabın izinə düşəcək və dəyərli fikirlərini dövri mətbuatda, ədəbi orqanlarda bildirəcəklər. "Müharibə və məhəbbət" şeirində fikirlərin qısa və lakonik ifadəsi adamı heyrətləndirməyə bilmir. Şair yazır:

Həyat savaş,

Mən yaralı,

Sar yaramı, tibb bacısı.

Və ya "Hələlik" adlı sevgi şeirində şairin iç dünyası təlatümlərlə doludu. Misra-misra hiss edirsən ki, sevginin nə yaşı var, nə də ki ömrü. O, ilğım kimidi, adamı gedər-gəlməzlərə aparır.

Hələ səni öpmədim,

Necə qadın olduğunu hardan

biləsən?

Hələ səndə sönmədim,

odun deyil,

Yadın olduğumu hardan

biləsən?

Şeh bil dodağında məni,

Şah bil yatağında...

Yaşat məni, yaşat getsin,

"Ah..." bil ən gözəl cümləmi.

Sünbül kimi dopdolu şeirlər oxucunu dərin ədəbi qatlara endirir və oxucu heç cür ordan çıxa bilmir.

"Tanrının şərəfinə" adlı şeiri də bir az səmavi ovqata köklənib.

Bir az hissimdən, bir az

duyğumdan qopub gəlsən?!

Fələkdən bir gün, ya ömür

qapıb gəlsən?!

Yarama sarıl, nolar,

Ayrılığın gözlərindən öpüb gəlsən,

Kədəri sevib, dərdimdən ölüb gəlsən?!

"Tanrıya məktublar" kitabı 767 səhifədən ibarətdir.

İllərlə ürəyində poetik hissləri, saf duyğuları gizlədən şairin bu müqəddəs və möhtəşəm kitabı müəllifə bütün zamanlarda baş ucalığı gətirəcəkdir.

Bəzən istedadlı bir qələm adamının keçmişinə, qanına, geninə nəzər salanda bəzi nəsnələr üzə çıxır. Bəhruz Niftəliyev Əməkdar jurnalist, Prezidentin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Flora xanım Xəlilzadənin ədəbiyyatımıza, poeziyamıza bəxş etdiyi ədəbi simadır. Flora xanım kimi bir ananın övladı olmaq, sözün bütün mənalarında fəxarətdir. Əsrlər keçəcək, "Tanrıya məktublar"dakı şeirlər öz təravətini itirməyəcək. Tanrıya xitab olan bu kitabın ömrü Ayın, Günəşin, suyun, havanın ömrü qədər olacaq. Qalır şairə uğurlar diləmək. Eşq olsun gözəl şairimizə, ucaların Adamına!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see209

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see207

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see171

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see151

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri