Icma.az
close
up
RU
Qaradağda narazılıq İcra başçısı 60 a yaxın vətəndaşın torpağını əlindən aldı VİDEO

Qaradağda narazılıq İcra başçısı 60 a yaxın vətəndaşın torpağını əlindən aldı VİDEO

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Qaradağ Rayon İcra Hakimiyyəti vaxtilə vətəndaşlara torpaq sahəsi ayrılması barədə verdiyi sərəncamları tanımaq istəmir. Belə ki, illər əvvəl torpaq sahəsi alan və ətrafına hasar çəkən 60-a yaxın vətəndaşa ev tikməyə icazə verilməyib. Bu azmış kimi torpaq sahəsinin ətrafına çəkilmiş hasarlar İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə ekskavatorla tamamilə dağıdılıb. Aldığı torpaq sahəsinə hüquqları tanınmayan vətəndaşlardan biri də Qaradağ rayonu, Qızıldaş qəsəbəsi sakini Rauf Cəfərovdur.

Onun Bakupost.az -a bildirdiyinə görə,1 fevral 2000-ci ildə Qaradağ Rayon İcra Hakimiyyətinin sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ona 6 sot torpaq sahəsi ayrılıb:

“Əlavə pul ödəmədiyim üçün həmin dövrdə mənə Lökbatanın ən ucqar yerində – qayanın dibində, zibillik "gölü"nün üstündə torpaq verdilər. Mən dərhal həmin torpaq sahəsini hasara aldım. Hasarın şəkilləri var. Hətta peyk görüntülərində də açıq-aydın görünür”.

Şikayətçinin sözlərinə görə, son illərdə ətraf torpaq sahələrində ev tikintisi başlayanda o da ev tikmək istəyib. Lakin məlum olub ki, vaxtilə verilmiş sərəncam “unudulub”. Torpaq sahəsi rəsmi xəritədə qeyd edilmədiyindən problem yaranıb. Üstəlik, Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri vətəndaşa məxsus hasarı dağıdıblar:

“Buna qədər düz 15 il İcra Hakimiyyətinə gedib-gəldim, torpaq sahəsinin plan-çizgisini tələb etdim, hər dəfə bir bəhanə ilə məni süründürdülər. O dövrdə ətrafda nə yaşayış var idi, nə də tikinti. Kommunal xətlərin olmaması da tikinti işlərini mümkünsüz etmişdi”.

Rauf Cəfərov bildirib ki, baş verən qanunsuzluqla bağlı Qaradağ rayonu icra başçısı müavininin qəbulunda olanda oxşar problemlə üzləşən digər şəxslərin də olduğunu öyrənib:

“Onlar açıq şəkildə bildirdilər ki, bu cür sənədi olan 58 ərazi sökülüb. Yəni, təkcə mənim deyil, onlarla vətəndaşın haqqı əlindən alınıb. Sual yaranır: Qaradağ rayonunda torpaq sahələri qurtardığı üçün əvvəlki sərəncamlar ləğv edilir və həmin torpaqlar yeni sərəncamlarla başqalarına paylanılır? Əgər belədirsə, bu, vətəndaşın qanuni hüquqlarının açıq-aşkar pozulması deməkdir. Mənim rəsmi sərəncamım var, amma icra orqanları bu sənədi tanımır, üstəlik qanunsuz şəkildə hasarımı sökürlər".

Məsələ ilə bağlı Bakupost.az -a danışan hüquqşünas Ayxan Məmmədli bildirib ki, vətəndaşın Qaradağ rayonunda qarşılaşdığı məsələ uzun illərdir mövcud olan torpaq bölgüsü problemlərinin bir nümunəsidir:

“Azərbaycan qanunvericiliyinə görə, vətəndaşa rəsmi sərəncam əsasında torpaq sahəsi ayrılıbsa, bu sənəd hüquqi qüvvəyə malikdir və icra olunmalıdır. Əgər hər hansı səbəbdən sərəncam ləğv ediləcəksə, bu yalnız qanunla müəyyən edilmiş qaydada və əsaslandırılmış qərarla mümkündür. İcra orqanlarının “xəritədə yoxdur” arqumenti ilə vətəndaşın sənədini tanımaması ciddi suallar doğurur. Çünki xəritələrin dəqiqləşdirilməsi və qeydiyyat işlərinin aparılması dövlətin öhdəliyidir.

Torpaq sahəsinin üzərində illər əvvəl çəkilmiş hasarın xəbərdarlıq edilmədən sökülməsi də narahatlıq yaradır. Mülkiyyət hüququnun qorunması Konstitusiya ilə təsbit olunub və vətəndaşın uzun illər əvvəl əldə etdiyi hüququn birdən-birə tanınmaması ədalətsizlikdir. Bu səbəbdən məsələnin şəffaf və qanuna uyğun şəkildə həll olunması vacibdir”.

Hüquqşünasın sözlərinə görə, belə hallarda vətəndaşın atacağı ilk addım yenidən rəsmi qaydada Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət etmək, sərəncamın qüvvədə olduğunu təsdiqləyən cavab almaqdır:

“Əgər cavab qənaətbəxş olmazsa, Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilə bilər. Daha sonra məsələni inzibati məhkəmədə qaldırmaq mümkündür. Məhkəmə həm sərəncamın tanınması, həm də söküntü nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar çıxara bilər".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğlu Bakupost.az -a bildirdi ki, vaxtilə torpaq sahələrinin xəritəyə salınması ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adlanan qurum məşğul olurdu, artıq həmin qurum ləğv olunub. Hazırda bu işlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məşğul olur:

“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi heç vaxt torpaq sahələrinin xəritəyə salınması istiqamətində çalışmayıb”.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mətbuat katibi Elmar Yaqubov isə Bakupost.az-a açıqlamasında qeyd etdi ki, bu məsələ ilə bağlı suallar yerli icra hakimiyyətinə ünvanlanmalıdır:

“Yəqin ki, icra hakimiyyətinin vətəndaşa verdiyi sərəncamın nüsxəsi arxivlərində yoxdur, yaxud da eskiz layihəsi təqdim edilməyib. Yaxud sənədin orijinallığı ilə bağlı şübhə ola bilər. Amma bu suallara yalnız icra hakimiyyəti cavab verə bilər. Bizlik məsələ yoxdur. Vətəndaş hələ son mərhələyə çatmayıb, çıxarış hüququnu əldə etməyib. Əlindəki sənədlərlə ASAN Xidmətə müraciət etsin, sənədlər yoxlanılacaq. Əgər problem aşkarlanmasa, çıxarış veriləcək”.

Məsələ ilə bağlı Milli Arxiv İdarəsinə də sorğu göndərdik. Qurumdan Bakupost.az -a bildirildi ki, icra hakimiyyətlərinin sərəncam və qərarları əsasən, Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verilir:

“Vətəndaş ASAN Xidmətdə Milli Arxiv pəncərəsində ərizə yazıb cavab ala bilər”.

Göründüyü kimi, əksər dövlət qurumları vətəndaşın üzləşdiyi problemin Qaradağ Rayon İcra Hakimiyyətindən qaynaqlandığını və bütün suallara da onların aydınlıq gətirməli olduğunu deyirlər. Qaradağ Rayon İcra Hakimiyyətindən isə rəsmi sorğumuzun araşdırılacağını və müvafiq qaydada cavab veriləcəyini bildirdilər.

Lalə, BakuPost



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see220

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see216

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see145

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see144

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see142

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see139

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see135

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see134

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see133

Yaşlandıqca cavanlaşan BÜRCLƏR

26 Oktyabr 2025 09:45see130

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see127

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see126

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see125

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see123

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see122

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see122

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see122

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see119

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see119

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri