Icma.az
close
up
RU
Qaradan artıq rəng Suad Qara!

Qaradan artıq rəng Suad Qara!

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rənglər çox olduğu qədər onların insanlara aşıladığı hisslər də fərqlidir. Ümimi olaraq isə xoş, nikbin və pis, bədbin duyğular oyadan rənglərdən bəhs etmək mümkündür. Tarixən bütün yazıçıların, şairlərin, filosofların əsərlərində qara rəng məhz naqis, arzuolunmaz cəhətlərin və keyfiyyətlərin simvolu kimi işlədilib və belə də qəbul olunub. İnsan mentalitetində oturuşub ki, bütün  şər qüvvələr məhz gecənin zülmət qaranlığında fəallaşırlar və qorxu, həyəcan yaradan işlərlə məşğul olurlar. Yəni pislik, ziyankarlıq üçün qaradan o tərəfəsi yoxdur. Bəs adını rejissor, ssenarist qoyan Suad Qaranı hansı rənglər kateqoriyasına aid etmək mümkündür? Onun son “yaradıcılığı” belə bir qənaəti ifadə etməyə əsas verir: Qaradan artıq qara rəng elə Suad Qaradır. Suadın soyadının “Qara” olması da xüsusi məna daşıyan bir mistikadır...

Həqiqətən də, onun ssenari müəllifi və rejissoru olduğu “Məhsəti” filmi barədə ancaq qara rəngin “dilindən” və “fəlsəfəsindən” çıxış etməklə mülahizələr irəli sürmək mümkündür. Bu günlərdə Azərbaycan Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Məsələnin məğzi aydın olsun deyə bildirək ki, ekran işində klassik ədəbi-mədəni irsimizdə öz yaradıcılığı ilə xüsusi yer tutan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik çərçivələrə etinasız yanaşılıb.

Xatırladaq ki, Məhsəti Gəncəvinin həyatı və yaradıcılığı barədə məlumatlar elə də çox deyil. Ancaq məhdud məlumatlar və yaradıcılığından bizə gəlib çatan nümunələr onun parlaq obrazı barədə konkret təsəvvür yaradır. Əsl adı Mənicə (Mənigə, Munijə) olan şairəyə “Məhsəti” təxəllüsünü Səlcuq hökmdarı Sultan Səncərin verdiyi bildirilir. Rəvayətə görə, Mənicənin qəfildən yağan qar barədə bədahətdən söylədiyi rübai Sultanın diqqətindən yayınmır. Rübaidə Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu ifadə edir. Sultan isə rübainin ifadə gözəlliyini və məzmun zənginliyini nəzərə almaqla belə deyir: “To, meh-həsti” (Sən hamıdan böyüksən)”. Bəzi mənbələr isə “Məhsəti” təxəllüsünü “Böyük xanım” və yaxud “Ay xanım” (“Mah” - ay, “Səti” - xanım” yozumu ilə təqdim edirlər. Bir sıra hallarda isə şairənin hərtərəfli biliklərə malik olması nəzərə alınmaqla onu “Məhsəti Dəbir” adlandırıblar. Məhsəti həmçinin Azərbaycanın ilk qadın şahmatçısı, ilk qadın musiqiçisi və ilk qadın bəstəkarı hesab olunur. O, muğamı bilir, çəng, ud və bərbətdə ifanı bacarırdı. Məhsəti barəsində daha bir müsbət ştrix isə ondan ibarətdir ki, Azərbaycanın xalq rəssamı Güllü Mustafayeva şairənin hamıya tanış olan məşhur rəsmini çəkərək onu xoş ovqat oyadan  şair və gözəl Azərbaycan xanımı obrazını canlandırıb. Bütövlükdə, indiyədək Məhsəti barəsində çoxsaylı bədii nümunələr yaradılıb və həmişə də şairə oxuculara müsbət yöndən təqdim olunub.

Və birdən Suad Qaranın “Məhsəti” filmi meydana çıxıb. Bu film isə Məhsətinin parlaq obrazının üstündən sanki qara bir xətt çəkir. Azərbaycan oxucusunun bir sıra nəsillərinin mütaliə etdiyi, dəyərli fikirlər, nəciblik, qadın gözəlliyi kimi duyğular əxz etdiyi Məhsəti Gəncəvi eybəcər, mental dəyərlərimizlə, əxlaq kodeksimizlə bir araya sığmayan, ikrah yaradan bir obrazda təqdim olunur. Bizim qənaətimiz belədir ki, filmdə əlinə siqaret, qədəh verilən, xəyalından əxlaqsızlıq, eyş-işrət məclisləri keçən qadın Məhsətinin yox, elə müəllif Suad Qaranınn prototipidir. Adətən, hər bir yaradıcı şəxs əsərlərində real faktlarla yanaşı, həm də özünü təqdim edir. “Məhsəti” filmində isə nə tarix var,  nə də Şərqin böyük şairəsinin həyatı. Film Suad Qaranın keçirdiyi həyat tərzinin, əhatə olunduğu mühitin, yaşantılarının, hisslərinin və qurduğu xəyalların təqdimatıdır. Suat Qaranın keçirdiyi həyat tərzi barədə xarici mediada çox yazılıb. O, gecə klublarının daimi iştirakçısı, çoxsaylı porno və narko partilərin təşkilatçısı qismində təqdim olunur. Təbii ki, belələri həm də onda maraqlıdırlar ki, keçirdikləri yüngül həyat tərzinin çevrəsi daha da genişlənsin. İkrah doğuran haldır ki, bundan ötrü o, görkəmli şairənin kölgəsinə sığınmağa çalışıb. Ancaq alınmayıb. Soyadı “Qara” olduğu kimi, çəkdiyi film də onun üzünü qara edib. Bu filmin ən geniş auditoriyası elə onun öz çevrəsi ola bilər...

MÜBARİZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Dekabr 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see353

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see295

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see266

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see223

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see205

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see190

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see172

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see168

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see153

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see148

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri