Icma.az
close
up
RU
Qaranlıq dünyaya düşən mərhəmət işığı

Qaranlıq dünyaya düşən mərhəmət işığı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əlilliyi olan şəxslərin sosial müdafiəsi sosial siyasətin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə məqsədyönlü işlər aparılır, bu kateqoriyadan olan vətəndaşlar dövlət qayğısı ilə əhatə olunurlar. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər sosial dövlət modelinin möhkəmlənməsinə və inklüziv cəmiyyətin formalaşmasına mühüm töhfə verir.

Dövlətin sosialyönümlü siyasəti göstərir ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi yalnız sosial yardım mexanizmi deyil, insan kapitalının inkişafına və cəmiyyətin davamlı inkişafına xidmət edən strateji istiqamətdir. Dövlət tərəfindən təqdim olunan müxtəlif texniki reabilitasiya vasitələri – xüsusi proqram təminatı olan kompüterlər, səsli texnologiyalar, brail əlifbası ilə çap olunmuş materiallar və digər yardımçı vasitələr görmə məhdudiyyətli şəxslərin təhsil, məşğulluq və informasiya resurslarına çıxışını genişləndirir.

Həyata keçirilən fəal məşğulluq proqramları çərçivəsində bu kateqoriyadan olan şəxslərin peşə hazırlığı kurslarına cəlb olunması, yeni ixtisaslar üzrə bacarıqlar əldə etməsi və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradılır. Özünüməşğulluq proqramları da görmə məhdudiyyətli şəxslərin iqtisadi fəaliyyətə qoşulmasına, sosial müdafiəsinin gücləndirilməsinə, rifahının yüksəldilməsinə, layiqli həyat şəraitinin təmin olunmasına yardım edir.

Bu kateqoriyalardan olan vətəndaşların İKT vasitəsilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun mühüm sosial layihələrindən biri olaraq Naxçıvan, Gəncə, Yevlax şəhərlərində Regional İnformasiya mərkəzləri istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən gözdən əlilliyi olan şəxslər əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslər və onlara qulluq edənlər Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar. Əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələri növlərinin siyahısı ötən il xeyli genişləndirilib və siyahıya gözdən əlilliyi olan şəxslər üçün ağ əsa, brayl sistemi ilə yazı üçün cihaz, ekran-oxuyucuları da daxil edilib.

Bu barədə XQ-yə məlumat verən Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov bildirdi ki, sosial siyasətin mühüm istiqamətlərindən biri sosial həssas qrupların sosial müdafiəsinin gücləndirilməsidir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında mənzil təminatı proqramı xüsusi yer tutur. Ölkəmizdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə yanaşı, gözdən əlillərin də dövlət tərəfindən mənzillərlə təminatı həyata keçirilir.

Agentliyin tabeliyində olan Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində görmə qabiliyyəti məhdud şəxslərə tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, həmçinin psixoloji və sosial reabilitasiya xidmətləri göstərilir.

Burada brayl əlifbası, əl ağacından istifadə qaydaları, açıq havada, qapalı məkanlarda səs vasitəsilə istiqamətin düzgün təyini öyrədilir. Kompüter və telefondan səsli proqram vasitəsilə istifadə qaydaları aşılanır, sosial adaptasiya yönümlü işlər aparılır. Gözdən əlilliyi olan şəxslərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif fəaliyyətlər, ekskursiyalar da təşkil edilir, maarifləndirici təlimlər keçilir.

Bu kateqoriyadan olan şəxslər Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə öz müraciətləri, valideynləri, qohumları və ya digər qanuni nümayəndələri, həmçinin bələdiyyələr və qeyri-hökumət təşkilatları tərəfindən edilən müraciətlər əsasında qəbul olunurlar. Müraciətlər Sosial Xidmətlər Agentliyinin yerli qurumlarına və ya DOST mərkəzlərinə edilir.

Müsahibimiz daha sonra qeyd etdi ki, Sosial Xidmətlər Agentliyinin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində digər əlilliyi olan şəxslərlə yanaşı, 15-35 yaşlı görmə imkanı məhdud şəxslərin də yeni peşələrə yiyələnmələri üçün işlər aparılır. Bu məqsədlə onların əmək bazarına inteqrasiyasını dəstəkləyən müxtəlif peşə hazırlığı proqramları həyata keçirilir. Benefisiarlar burada kompüter montajı, montajçı operator, dərzilik, toxuculuq, xalçaçılıq, dulusçuluq, aşpaz köməkçisi, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, manikür və rəssamlıq üzrə 3-6 aylıq kurslara cəlb edilirlər. Təlimləri uğurla başa vuran şəxslərə müvafiq sertifikatlar təqdim olunur və onların gələcək məşğulluq imkanlarının artırılması istiqamətində dəstək göstərilir.

Sosial Xidmətlər Agentliyinin göstərdiyi sosial xidmətlər vasitəsilə minlərlə şəxsin evlərində məişət xidmətlərindən yararlandığını söyləyən Pərviz Səfərov dedi ki, bu xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara və əlilliyi olan şəxslərə göstərilir. Onların arasında gözdən əlilliyi olan vətəndaşlarımız da var. Sosial xidmətçilər tərəfindən bu şəxslərə gündəlik məişət işlərində, o cümlədən yemək hazırlanması, evin təmizlənməsi, dərman alınması, kommunal xərclərin ödənilməsi və başqa işlərdə köməklik göstərilir.

Öyrəndik ki, imtiyazlı kateqoriyadan olan şəxslər Sosial Xidmətlər Agentliyinin yerli filialları və DOST mərkəzləri tərəfindən sanatoriya-kurort yollayışları ilə də təmin olunurlar. Bu proses qanunvericiliyə əsasən növbəlilik qaydasında həyata keçirilir. 2020-ci ildən bu günədək 14 mindən çox imtiyazlı şəxs yollayışla təmin olunaraq sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib. Əlbəttə, bu işlər davamlı xarakter daşıyır. Eyni zamanda, görmə imkanları məhdud şəxslərin sosial reabilitasiyası məqsədilə Sosial Xidmətlər Agentliyinin sosial sifarişləri əsasında layihələr də icra olunur.

“Danışan kitab” və “Tiflo TV” saytları və mobil tətbiqləri məhz bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulub. “Danışan kitab” mobil tətbiqindən istifadə edərək yerli və xarici müəlliflərin hekayələrini, Azərbaycan və dünya xalqlarının nağıllarını, sevilən şairlərin şeirlərini dinləmək mümkündür. Burada 400-dən çox səsli material yerləşdirilib.

“Tiflo TV” layihəsində isə bir sıra sənədli və bədii film, eləcə də cizgi filmlər tiflo şərh formatında ssenari halına salınıb. Tətbiqdə gözdən əlilliyi olan şəxslərin maraqlarını əsas götürən və tanınmış aktyorlar tərəfindən səsləndirilən 50 videomaterial yerləşdirilib. Qeyd edilən kateqoriyadan olan vətəndaşların videomaterialları izləməsini asanlaşdırmaq üçün ekrana videoşərh proqramı tətbiq edilib. Tiflotexnologiya görmə imkanları məhdud şəxslərə normal görmə qabiliyyətinə malik istifadəçilərin imkanlarından fərqlənməyən şəkildə texnologiyadan istifadə imkanı verir. Bu texnologiya görmə qabiliyyəti məhdud olan şəxslərin informasiya mübadiləsi probleminin həllinə kömək edir. Bu mobil tətbiqləri həm iOS (Apple Store), həm də Android (Google Play) əməliyyat sistemli smartfonlara yükləyərək istifadə etmək mümkündür.

Göründüyü kimi, ölkəmizdə sağlamlıq imkanları məhdud olan təbəqəyə qayğı və onların problemlərinin yüngülləşdirilməsi daim diqqət mərkəzindədir. Bu sahədə mümkün olan bütün vasitələrdən istifadə edilir, gözdən əlil şəxslərin sosial təminatı ildən-ilə yaxşılaşır.

Mustafa KAMAL
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Mart 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri