Osimhenin məsələsi qaranlıq qalır
Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Viktor Osimhenin növbəti mövsümə harda başlayacağı hələlik məlum deyil. “Napoli” icarə əsasında “Qalatasaray”da çıxış edən futbolçusu ilə bağlı qısa məlumat yayıb.
Türkiyə klubunun 26 yaşlı hücumçunu birdəfəlik transfer etmək istədiyi məlumdu. Bir müddət əvvəl müxtəlif mənbələr Osimhenlə bir neçə nəhəng klubun maraqlandığını da xəbər vermişdi. Nigeriyalı futbolçunun qarşıdakı qış “transfer pəncərəsi” dövründə “Mançester Yunayted”, PSJ və ya “Yuventus”a yollana biləcəyi iddia edilmişdi. Lakin “Napoli”nin idman direktoru Covanni Manna DAZN-a açıqlamasında bu xəbərlərə mənfi reaksiya verib:
“Bizə heç kim zəng vurmayıb. Hazırda bu məsələdə dəqiq heç nə yoxdu”.
Qeyd edək ki, bəzi mənbələr “Napoli”nin transfer üçün “Qalatasaray”dan 75 milyon avro tələb etdiyini bildirmişdi.
Baxış sayı:86
Bu xəbər 19 Dekabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















