Icma.az
close
up
RU
“Qarayara torpaqda 50 ildən çox qala bilər” Ekspertdən XƏBƏRDARLIQ

“Qarayara torpaqda 50 ildən çox qala bilər” Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Samuxun Alıuşağı kəndində qarayara infeksiyasının aşkarlanması xəstəlikdən qorunma və yoluxma riskləri ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Ərazidə infeksiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiya və digər profilaktik tədbirlər gücləndirilib.

Heyvanlardan insanlara keçə bilən qarayara xüsusilə xəstə heyvanlarla təmas və baytarlıq nəzarətindən keçməmiş heyvan mənşəli məhsulların istifadəsi zamanı ciddi risk yarada bilər.

İnfeksiyanın yayılma yolları, insan sağlamlığı üçün yaratdığı təhlükələr və qorunma tədbirləri ilə bağlı Moderator.az həkim-ekspert Rasif Bağırovun fikirlərini öyrənib. Ekspert qarayara ilə bağlı əsas risklər və əhalinin diqqət etməli olduğu məqamları açıqlayıb.

-Samux Rayonunun Alıuşağı kəndində Qarayara infeksiyasının təsdiqlənməsindən sonra aparılan araşdırmalar xəstəliyin ilkin mənbəyi ilə bağlı nə göstərir? Yoluxmanın heyvan mənşəli olduğu təsdiqlənibmi?


 “Qarayara infeksiyasının Samux rayonunda geniş yayılması ilə bağlı məlumatlar mətbuatda öz təsdiqini tapmışdır. Qarayara infeksiyasının hər hansısa regionda yayılması qeyri-adi hadisə deyil, bu infeksiyaya tez-tez rast gəlmək mümkündür. Yoluxma mənşəyindən danışdıqda isə Qarayara infeksiyasının insana yoluxmasında bilavəsitə heyvandan yoluxur. Belə ki, biz bu qəbildən xəstəliklərə tibb sahəsində zoonos xəstəlikləri deyirik. Yəni, bu tip xəstəliklər insandan insana yox, heyvandan insana yoluxan xəstəlikdir. Bu yoluxma, adətən, insana heyvanın ətindən, yunundan, südündən  istifadə etməsi və ya Qarayara infeksiyalı heyvanla birbaşa təmasda olduqda yoluxma halları qaçınmazdır. Yekun olaraq bunu qeyd edə bilərək ki, bu infeksiya əsasən heyvanlardan insanlara yoluxan infeksiyadır.”

-Qarayara xəstəliyinin insana keçməsində heyvanla birbaşa təmas, ət və süd məhsullarının istifadəsi hansı riskləri yaradır? Alıuşağı sakinləri üçün hazırda hansı məhsullardan uzaq durmaq tövsiyə olunur?


 “Qarayara infeksiyası zoonos xəstəlikləri arasında ən təhlükəli xəstəliklərdən biri kimi hesab etmək olar. Qarayara ilə bağlı əsas risklərdən biri yoluxmuş heyvanlarla təmas və onlardan əldə olunan məhsulların istifadəsidir.Bayaq qeyd etdiyim kimi əsəs yoluxucu vasitələr infeksiyalı heyvanın ətindən, südündən, yunundan istifadə etmək və ya infeksiyalı heyvanla birbaşa təmasda olmaqdır. Sualın ikinci hissəsinə aid cavab olaraq da qeyd edə bilərəm ki, Alıuşağı sakinlərinə hazırda baytarlıq və sanitar nəzarətdən keçməmiş ət və süd məhsullarından, eləcə də şübhəli və ya xəstə heyvanlardan əldə olunan məhsullardan uzaq durmaq tövsiyə olunur. Yoluxmuş heyvanla təmasdan da çəkinmək vacibdir. “

-Kəndə giriş-çıxış yollarında avtomobillərin dezinfeksiya edilməsi və at, süd və digər heyvan mənşəli məhsulların daşınmasına nəzarət hansı müddətə nəzərdə tutulub? 


“Bəli, təkcə Alıuşağı kəndində deyil, bu infeksiyanın müəyyən edildiyi hər bir regionda hansı ərazisində baş veribsə, həmin ərazidə güclü dezinfeksiya işləri aparılır, eyni zamanda həmin ərazidə yaşayan sakinlərə də müəyyən profilaktik peyvəndlərləşdirmə aparılır.Bu proses heyvanlara da şamil edilir. Belə ki, ümumiyyətlə, heyvanlar hər ildə bir dəfə olmaqla müəyyən yoluxucu infeksiyalara qarşı peyvəndlənir. Bu infeksiyanın insanlara yoluxmaması üçün də vacibdir. Qeyd etdiyim kimi bu peyvəndlər həm insanlarda, həm də heyvanlarda Qarayara infeksiyasının inkişafının qarşısını alır.Heyvan mənşəli məhsulların daşınmasına nəzarət isə hazırda Alıuşağı kəndindəki nəzarətin müddəti ilə bağlı dəqiq məlumat, tarix yoxdur, çünki dezinfeksiya işləri və heyvan mənşəli məhsulların daşınmasına nəzarət epidemioloji vəziyyət nəzərə alınmaqla davam etdirilir.”

-Qarayara sporlarının torpaqda uzun müddət qala bildiyi nəzərə alınarsa, kənddə xəstəliyin yenidən ortaya çıxmasının qarşısını almaq üçün hansı uzunmüddətli tədbirlər görüləcək?


 “Bunu bilmək lazımdır ki, Qarayara sporları torpaqda uzun illər öz həyat qabiliyyətini qoruya bildiyindən, xəstəliyin qarşısının alınmasında torpağın zərərsizləşdirilməsi və ərazidə baytarlıq-sanitar nəzarətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.  Bunu da bilməliyik ki, Qarayara infeksiyası insanlarda əsasən üç formada inkişaf edir. Yəni, Bubom(dəri), ağciyər(tənəffüs) və bağırsaq formaları mövcuddur. Dəri forması, əsasən, infeksiyalı heyvan ilə dəri vasitəsi ilə təmasda olmaqla yoluxur. Bu forma ağır forma hesab edilmir, çünki yoluxulan zaman dəridə müəyyən nahiyə qaşınır və həmin nahiyədə suluqlar əmələ gəlməyə başlayır, sonda isə yara əmələ gəlməyə başlayır. Bu yara ağrılı da, ağrısız da ola bilər. Bu xəstəlik Sibirdə daha çox yayıldığına görə bəzi mənbələrdə bu xəstəliyin adı Sibir yarası kimi də qeyd edilib. Bu xəstəliyin dəri forması düzgün müalicə əsasında çox tez sağala bilir. Bu xəstəliyin ən ağır forması məhz ağciyər formasıdır. Bu formada infeksiya göstəriciləri əsasən qrip göstəricisi kimi özünü göstərir. Belə ki, xəstədə öskürək, temperatur müşahidə edilir, ancaq xəstəlik bir az daha inkişaf etdikdə isə nəfəs darlığı, yüksək temperatur, öskürək, qan qaytarma kimi əlamətlər özünü göstərir. Qarayaranın bu forması düzgün olmayan müalicə əsasında 80% ölüm riski mövcuddur. Çünki bu xəstəliyin ən yüksək mərhələsində artıq qaraciyərdə qanaxmalar baş verir. Bu isə çox zaman ölümlə nəticələnir. Bu səbəbdən də bu infeksiya üçün düzgün müalicə labüddür. Digər forması isə bağırsaq formasıdır. Belə ki, bu formada sporlar torpağa dürşür və qalır(hətta torpaqda 50 ildən çox qalır) məhz bu səbəbdən də Qarayara torpaqda aşkar edildikdə mütləq şəkildə torpaq dezinfeksiya olunmalıdır. Əgər sporlar bağırsağa keçərsə, bu zaman  ishal,xüsusən də qanlı ishal, güclü qarın ağrıları, hətta bağırsaqda deşilmə verə bilər, bu zaman da  cərrahi müdaxiləyə ehtiyac duyula bilər. Yekun olaraq da bunu qeyd edə bilərəm ki,bu tədbirlərdə əsas məqsəd yoluxma ocağının tam nəzarətə götürülməsi, torpağın və ətraf mühitin zərərsizləşdirilməsi, heyvanların mütəmadi peyvəndlənməsi və ərazidə uzunmüddətli baytarlıq-sanitar nəzarətin təmin edilməsidir.”
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Avqust 2026 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri