Icma.az
close
up
RU
Bu ixtisası seçənlər işsiz qala bilər Ekspertdən XƏBƏRDARLIQ

Bu ixtisası seçənlər işsiz qala bilər Ekspertdən XƏBƏRDARLIQ

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Hazırkı tədris planlarında hələ də əmək bazarında tələbatı olmayan və texnologiya ilə əvəz olunmuş ixtisaslar geniş şəkildə mövcuddur. 2023-cü ilin qəbul planlarına əsasən, arxivçilik, kitabxanaçılıq, təsviri incəsənət müəllimliyi, biblioqrafiya, musiqi nəzəriyyəsi, şərqşünaslıq və əxlaq fənni müəllimliyi kimi ixtisaslara dövlət sifarişi ilə qəbul aparılıb. Halbuki bu sahələrin əksəriyyətində məzunların iş tapmaq ehtimalı ya çox aşağıdır, ya da bu vəzifələr artıq avtomatlaşdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il hesabatında qeyd olunur ki, ali təhsilli işsizlərin 48 %-i ixtisası üzrə iş tapa bilməyib və onların əksəriyyəti məhz yuxarıda sadalanan sahələrdə təhsil alıblar. Bu faktlar təhsil proqramlarının əmək bazarından tam şəkildə qopduğunu göstərir”.
Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, Azərbaycanda isə hələ də “rus dili və ədəbiyyatı müəllimliyi”, “tərcümə (ərəb dili)”, “bədən tərbiyəsi və idman”, “turizm işinin təşkili” kimi sahələrə yüzlərlə gənc qəbul edilir, lakin bu sahələrin əmək bazarındakı qarşılığı yoxdur:
“Dünya təcrübəsində isə bu yanaşma tam fərqlidir. Almaniyada 2018-ci ildən başlayaraq “Beruf 2030” proqramı əsasında gələcəkdə ləğv olunacaq və ya transformasiyaya uğrayacaq ixtisaslar barədə illik hesabat hazırlanır. Sinqapurda “SkillsFuture” adlı dövlət təşəbbüsü çərçivəsində gənclərə 10 illik perspektivdə yüksək gəlir gətirəcək ixtisaslar barədə xüsusi platforma təqdim olunur və bu ixtisaslar tədris sistemində prioritet elan edilir. Finlandiyada ali məktəblərin qəbul planları illik yox, 3 illik əmək bazarı proqnozları əsasında müəyyən edilir. Bu ölkələrdə artıq “süni intellekt etikası”, “bioinformatika”, “rəqəmsal hüquq”, “ağıllı kənd təsərrüfatı mühəndisliyi”, “metavers platforma dizaynı”, “karbon menecmenti” kimi ixtisaslar mövcuddur və ali məktəblərdə geniş şəkildə tədris olunur”.
Ekspert bildirib ki, əgər ixtisas əmək bazarında yoxdursa, o ali təhsildə də olmamalıdır. Əks halda, təhsil sistemi yalnız formal diplomların “istehsal sexinə” çevriləcək və bu da cəmiyyətin intellektual və iqtisadi potensialını ciddi şəkildə zəiflədəcək.  
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə təxminən 5 ilə bəzi ixtisasların ləğv olunacağını deyib.
Cavidan Mirzəzadə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see600

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see423

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see301

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see287

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see273

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see263

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see260

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see236

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see213

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see206

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see205

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see200

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see191

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see188

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see184

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see179

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see168

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see167

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri