Icma.az
close
up
RU
Kolleclərin plan yerləri boş qala bilər Ekspertdən XƏBƏRDARLIQ

Kolleclərin plan yerləri boş qala bilər Ekspertdən XƏBƏRDARLIQ

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə xanım Abbaszadə tərəfindən mətbuat çıxışında ifadə etdiyi 150 ballıq ixtisasların sayının çoxalması ilə bağlı ciddi etirazlar ediblər. Əslində, burada haqlılıq payları da var. Haqlılıq payları nədən ibarətdir? DİM bu qərarı aldığı təqdirdə, əlbəttə ki, bəzi məsələləri düşünməlidir. Əgər biz uşaqların kolleclərə qəbul olunmasını istəyiriksə və kollecdən sonra subbakalavr kimi universitetə qəbul olmalarını düşünürüksə, bəzi ixtisaslarda xüsusilə də bu məsələyə diqqət göstərilməlidir. Ya ümumiyyətlə həmin ixtisasların 150 ballıqlara salınması deyil, ya bütün ixtisasları bu formada edəcəyik, 150 bal keçid balı qoyacağıq, deyəcəyik hər kəs bu ixtisaslara müraciət edə bilər və yaxud da ki, bunu regionlar üçün edəcəyik. Məsələn, Bakı universitetlərində deyil, regionlar üçün olunsa, daha yaxşı olar. Regionlara axın çoxalmış olar".

Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev qeyd etdi.

"Məsələn, kompüter mühəndisliyi və yaxud informasiya texnologiyaları ixtisaslarında keçidi 150 bala endirsəniz, subbakalavrların qəbullarını məhdudlaşdırmış olacaqsınız. Çünki qayda belədir: abituriyentlər qəbul olunurlar, ondan sonra subbakalavrların boş qalan yeri varsa, ora müraciət həyata keçirilir və qəbul planlaşdırılır. Əgər boş yer yoxdursa, subbakalavr qəbul ola bilmir. Yəni indi bu adı çəkilən ixtisaslar birbaşa 150 ballıq ixtisasların içərisinə daxil olunarsa, yəni blok imtahanında 100 balı keçə bilməyənlər həmin ixtisaslara seçim edərsə, avtomatik orada qalan boş yerləri onlar doldurmuş olacaqlar və subbakalavrlara yer qalmayacaq.

İkinci qrupda da eyni vəziyyətdir. Ona görə də illərlə iqtisadiyyat, maliyyə ixtisaslarından kolleclərə qəbul olunub subbakalavr kimi universitetlərə müraciət etmək həvəsi olanların artıq həvəsləri qursaqlarında qaldı. Yəni onların artıq həmin ixtisaslarda qəbul olunma ehtimalları, imkanları məhdudlaşdı. Qəbul ola bilməyəcəklər deyil, əlbəttə ki, ola bilərlər. Amma bu reallıqdır ki, məhdudlaşdı".

Həmsöhbətimiz düşünür ki, DİM son zamanlarda verdiyi qərarlarda həm ictimaiyyətin nəbzini tutmalı, həm ictimai, həm də təhsil mütəxəssisləri ilə görüş həyata keçirməlidir:

"Yəni qərar verildiyi təqdirdə, sadəcə özbaşına veriləcək bir qərar olmamalıdır. Ən azından təhsil ictimaiyyəti, təhsil mütəxəssisləri, təhsil ekspertləri, təhsildə irəli gələn qurumlarla müəyyən görüşlər həyata keçirilməli, ona görə qərar verilməlidir.

Bu gün kollecdə artıq universitetə subbakalavr kimi qəbul məhdudlaşdığı təqdirdə, sabah kollecə heç kim seçim etməyəcək və verilən plan yerləri boş qalacaq. Bu da, əlbəttə ki, arzuolunan deyil".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Avqust 2026 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see464

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see392

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see351

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see304

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see301

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see293

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see270

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see263

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see256

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see250

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see246

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see238

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see229

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see222

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see217

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see205

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see205

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see198

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri