Icma.az
close
up
RU
Qarda xəsarət alanlara ilk bunu edin Həkimdən tövsiyə

Qarda xəsarət alanlara ilk bunu edin Həkimdən tövsiyə

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər ölkədə müşahidə olunan qarlı və şaxtalı hava şəraiti bir sıra çətinliklərə səbəb olub. Yolların buz bağlaması və sürüşkən hala gəlməsi nəticəsində müxtəlif qəza və xəsarət halları qeydə alınıb. 23 fevral tarixindən etibarən ümumilikdə 111 nəfər hava şəraiti ilə bağlı müxtəlif dərəcəli xəsarətlər alıb.

Bəs bu cür havalar səbəbilə xəsarət alanlara ilkin tibbi yardım necə göstərilməlidir?

Tibb üzrə ekspert, professor Adil Qeybulla Metbuat.az-a açıqlamasında bildirib ki, ilk yardım həkimə qədərki yardım və həkim yardımı olmaqla iki yerə bölünür:

“Həkimə qədərki yardım hadisə yerində zərərçəkmiş şəxsə göstərilən ilkin yardımdır və əsas məqsəd onun həyatını təhlükəli vəziyyətdən çıxarmaq və qorumaqdır. Məsələn, yanğın zamanı insanın alovlu mühitdən çıxarılması, günvurma və istilikvurma hallarında zərərçəkmişin günəş və istidən uzaqlaşdırılaraq sərin yerə aparılması, suda boğulan şəxsin sudan çıxarılması və ona ilkin müdaxilənin edilməsi həkimə qədərki yardıma aiddir. Bundan əlavə, qanaxması olan xəstənin qanaxmasının dayandırılması, sınığı olan əzanın hərəkətsizləşdirilməsi kimi tədbirlər də bu kateqoriyaya daxildir”.

A.Qeybulla qeyd edib ki, həkim yardımı xüsusi protokollara əsasən xəstəxana şəraitində göstərilir:

“Bu yardımlar alınan travmaya uyğun şəkildə həyata keçirilir. Məsələn, daxili orqanların zədələnməsi, sümük sınıqları, kəllə-beyin travmaları kimi hallarda müvafiq tibbi tədbirlər görülür. Travmanın növündən asılı olaraq xəstəxana daxilində tətbiq edilən müdaxilələr fərqli olur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Fevral 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri