Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır İlham Əliyev
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azad edilmiş ərazilərin bərpasına göstərilən qardaş dəstəyi Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır.
"AzPolitika" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, Füzuli şəhərində Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edilib.
O bildirib ki, Qırğızıstan tərəfindən də azad edilmiş ərazilərdə məktəb tikilib.
“Biz bu yardımı yüksək qiymətləndiririk”, – Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətinin son illərdə əhəmiyyətli dərəcədə genişləndiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Oktyabr 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















