Qardaş ölkənin bu şəhərində təşviş yaradan mənzərə: Hər kəs bu görüntülərdən danışır FOTOLAR
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Silivri və Avcılar rayonlarında dənizin nəzərəçarpacaq dərəcədə geri çəkilməsi sakinlərdə narahatlıq yaradıb.
Ölkə.az xəbər verir ki, Silivridə dəniz səviyyəsi təxminən 200 metr, Avcılarda isə 15 metr geri çəkilib.
Silivri sahilində dənizin çəkilməsi nəticəsində qum adacıqları yaranıb.
Dənizin geri çəkilməsi balıqçılara da çətinlik yaradıb. Bəzi balıqçı gəmiləri sahildən uzaqda lövbər salmaq məcburiyyətində qalıb.
Emirhan Yıldız adlı sakin durumla bağlı bildirib:
“Silivrililər buranı yaxşı tanıyır. Bu ərazi hər il dənizin çəkildiyi yerlərdəndir. Bəzi insanlar bunu zəlzələ ilə əlaqələndirir, amma biz bunun belə olduğunu düşünmürük. Çünki bu hadisə hər il baş verir. Əlbəttə, alimlər daha yaxşı bilər, lakin bizim bildiyimizə görə, burada hər il belə olur. Təxminən 200–250 metr geri çəkilmə var”.
Avcılar rayonunun Ambarlı məhəlləsində də dənizin təxminən 15 metr geri çəkildiyi müşahidə olunub. Yay aylarında çimərlik kimi istifadə edilən ərazidə dənizin çəkilməsi nəticəsində qumlu sahə xeyli genişlənib.
Rayon sakinləri Avcılar sahilində daha əvvəl də oxşar hallar yaşandığını bildiriblər.(musavat)





Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 25 Yanvar 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















