Icma.az
close
up
RU
Hər kəs Tovuzdakı bu görüntülərdən danışır AÇIQLAMA

Hər kəs Tovuzdakı bu görüntülərdən danışır AÇIQLAMA

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Tovuz rayonunda yerləşən və yerli sakinlər arasında “pir” kimi tanınan ziyarətgahın görüntüləri sosial şəbəkələrdə yayılıb. Rayon kəndlərinin birində yerləşən bu ziyarətgahda insanlar ağacın ətrafına fırlanaraq dilək tuturlar. İnama görə, “dilək ağacı”nın başına dolanmaq və ürəkdən arzu tutmaq diləklərin qəbul olunmasına səbəb olur.
Bu barədə Milli Məclisin deputatı Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, dünya görüşü formalaşmamış insanlar bu cür məsələlərdən hansısa möcüzəvi dəyişiklik gözləyir:
“Talelərinin bir anda yaxşılığa doğru dəyişəcəyinə inanırlar. Onlar düşünürlər ki, hansısa kahinlik və ya oxşar inanclar vasitəsilə həyatları yaxşı istiqamətdə dəyişə bilər. Bunu müəyyən mənada qınamaq da olar. Çünki bu, birbaşa təhsil və mədəniyyətlə bağlı məsələdir. Əslində bu, cəmiyyət olaraq qarşılaşdığımız köklü problemlərdən biridir və tarixi xarakter daşıyır. Bu kimi yanaşmaların aradan qalxması yalnız təhsil, bilik, savadlanma və sağlam dünya görüşünün formalaşdırılması ilə mümkündür. İnsan nə qədər məlumatlı, düşünən və analitik yanaşmaya sahib olarsa, bu cür təsadüfi və əsassız inanclara bir o qədər az meyil edər. Əslində günümüz budur”.
Qeyd edək ki, sözügedən görüntülərin Xıdır Nəbi bayramı ilə əlaqəli olduğu deyilir. Xalq təqvimində qışın ən çətin dövrü sayılan Böyük Çillə ilə Kiçik Çillənin kəsişməsində qeyd olunan Xıdır Nəbi bayramı təbiətin oyanışına, bərəkətə və dirilişə olan inamı simvolizə edir. Qədim köklərə malik olan bu el bayramı fevral ayının ortalarına təsadüf edir və insanlar arasında torpağın nəfəs alması, soyuqların artıq geri çəkilməyə başlaması kimi qəbul olunur. Bayramın əsas atributu sayılan qovudun hazırlanması, ailə üzvlərinin bir araya gəlməsi və Xıdırın şəxsində darda qalanların köməyinə çatan qüvvəyə olan inam bu günün mahiyyətini təşkil edir. Hətta inanca görə, gecə Xıdır Nəbi gəlib qovuda toxunarsa, həmin ilin ruzi-bərəkətli keçəcəyi gözlənilir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Fevral 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri