Icma.az
close
up
RU
Qardaş Qazaxıstanla əlaqələr özünün pik səviyyəsinə yüksəlib

Qardaş Qazaxıstanla əlaqələr özünün pik səviyyəsinə yüksəlib

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Oktyabrın 20-21-də Qazaxıstanda dövlət səfərində olan Prezident İlham Əliyevin həmkarı Kasım-Jomart Tokayevlə keçirdiyi görüşlər və apardığı müzakirələr iki ölkə arasında həqiqi dostluq və qardaşlıq münasibətlərinin bariz nümunəsi kimi yadda qaldı.

Səfərin iki ölkə arasında Strateji tərəfdaşlıq və müttəfiqlik haqqında Müqavilənin 20-ci ildönümünə təsadüf etməsi isə rəmzi məna daşımaqla siyasi münasibətlərin yüksəksəviyyəli keyfiyyətini əks etdirdi. Ən mühüm məqam isə Prezident İlham Əliyevin birbaşa Kasım-Jomart Tokayev tərəfindən Astana Hava limanında böyük qonaqpərvərlik və yüksək ehtiramla qarşılanması və yola salınması idi. Bu siyasi jest və diplomatik davranış Azərbaycana və onun Liderinə olan dərin hörmətin və xüsusi etimadın göstəricisidir.
Oktyabrın 21-də Astanada Prezident İlham Əliyevin qazaxıstanlı həmkarı ilə təkbətək görüşü zamanı da bu münasibətin şahidi olduq. Qazaxıstan Prezidentinin Prezident İlham Əliyevə “Sizi Qazaxıstan Respublikasında rəsmi dövlət səfərində qəbul etmək mənim üçün böyük şərəf və məmnunluqdur. Bu, ölkələrimiz arasında strateji tərəfdaşlığın, müttəfiqlik qarşılıqlı fəaliyyətinin bundan sonra da möhkəmlənməsi nöqteyi-nəzərindən çox mühüm hadisədir” ifadəsi dövlətimizin başçısına verilən yüksək dəyərin təzahürü sayılır.
Qazaxıstan Prezidentinin Azərbaycanı İlham Əliyevin liderliyi sayəsində öz mövqelərini xeyli möhkəmləndirməsini və beynəlxalq arenada nüfuzunu artırmasını bildirməsi, habelə ölkəmizin regional güc kimi çox mühüm rol oynamasına önəm verməsi bir daha rəsmi Astananın əsl qardaş və müttəfiq olmasının təsdiqidir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Qazaxıstan Azərbaycan üçün yaxın və etibarlı tərəfdaş, mühüm ölkədir, ictimai-siyasi sabitliyin təmin olunduğu, iqtisadiyyatının gücləndiyi bu Mərkəzi Asiya ölkəsi ilə əməkdaşlıq xarici siyasi kursumuzda strateji prioritetlərdən biridir.
Ötən il təsis edilmiş Ali Dövlətlərarası Şuranın iclası iki dövlət arasında münasibətlərin çoxtərəfli istiqamətlərini müəyyən etmək və yeni çağırışlar fonunda zəruri hədəf prinsiplərinə nail olmaqda mühüm siyasi platformadır.
Oktyabrın 21-də Şuranın ikinci iclasında çıxış edən Kasım-Jomart Tokayevin bəyan etdiyi kimi, Şura qarşılıqlı etimada və dəstəyə əsaslanan Qazaxıstan-Azərbaycan münasibətlərinin xüsusi statusunu təsdiqləyir, tərəflər fəal siyasi dialoq qurmaqla, iqtisadi-ticari və mədəni-humanitar qarşılıqlı fəaliyyətin davamlı inkişafı üçün möhkəm müqavilə-hüquq bazasını yaradıb.
Ali Şura ikitərəfli əməkdaşlığın bütün istiqamətləri üzrə razılaşdırılmış qərarların işlənib hazırlanması üçün səmərəli platforma kimi çıxış edir. Tərəflər ikitərəfli əməkdaşlıq və beynəlxalq münasibətlər üzrə ortaq hərəkət edir, milli maraqlarımız bütün məsələlərdə üst-üstə düşür.
Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq platformalarda vahid mövqedən çıxış edirlər. Ölkəmizi beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə dəstəkləyən və həmrəyliyə səs verən rəsmi Astana keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına da daim dəstək verib.
Münaqişə başa çatdıqdan sonra bölgəyə ayaq açan ilk dövlətlərdən biri kimi Qazaxıstan Qarabağ bölgəsinin bərpasına ilk töhfələrini verib və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi dostluq ocağı kimi münasibətlərin hərarətini göstərir, yeni layihələrə çığır açır. Yeri gəlmişkən, avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşdə imzalanan Birgə Bəyannaməni alqışlayan Qazaxıstan tərəfi bölgədə Azərbaycanın liderliyi ilə yeni rifah və geniş əməkdaşlıq mühitinin formalaşmasına, yeni üfüqlərin açılacağına əmindir.
Ali Dövlətlərarası Şuranın iclasında çıxış edən Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan və Qazaxıstan uğurlu inkişaf modelinə malik dövlətlər kimi müasir realıqlar şəraitində yeni islahatlar kursu aparmaqla hərtərəfli dinamik inkişafları təmin etməkdədir. Azərbaycan ilə Ermənistan arasında sülh dövrünün başladığını vurğulayan dövlətimizin başçısı bu yeni mərhələdə bütün tərəflərin fayda qazanacağına əminliyini ifadə edib. Regional inkişafın nümunəvi simvoluna çevrilən Zəngəzur dəhlizinin inteqrasiya olunduğu qlobal nəqliyyat habı - Orta Dəhliz bu baxımdan Qazaxıstan üçün də xüsusi önəm daşıyır. Tərəflərin Şuranın iclası çərçivəsində apardığı diskussiyaların əsas istiqamətlərindən biri kimi Orta və Zəngəzur dəhlizlərinin perspektivlərinə yer ayırmaları, “Orta Dəhlizin inkişafı” birgə layihənin təqdimatına qatılması bir daha iki qardaş dövlətin qlobal nəqliyyat alyansında qətiyyətini və iradəsini əks etdirir.
Regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji əhəmiyyət daşıyan Orta Dəhliz-Zəngəzur quruculuğuna töhfələrini, dəhlizin rəqabətqabiliyyətliliyini artırmaq istiqamətində yeni təşəbbüslər üzərində çalışqanlığını təsdiqləyir.
Rəsmi Astana və Bakı iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üçün də yeni imkanlar üzərində fəal çalışır, yeni təsis olunmuş Birgə İnvestisiya Fondu vasitəsilə müştərək maliyyə və sərmayə yatırımlarını nəzərdən keçirir.
Şurada müzakirə olunan digər mövzular da əməkdaşlığın yeni gündəliyini müəyyənləşdirir. Habelə dövlət başçılarının iştirakı ilə imzalanan sənədlərinin mübadiləsi daha yeni imkanlar üçün fürsət bazasıdır.
Belə ki, Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev tərəfindən imzalanan “Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Kemeleviç Tokayevin Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatı”, “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə dair 1 saylı Qərarı” və “Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Azərbaycan Respublikasının və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirləri Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2 saylı Qərarı” dövlətlərarası ali niyyətlərin zirvəsi hesab edilə bilər. Eləcə də, Azərbaycan və Qazaxıstan arasında sənaye mülkiyyətinin mühafizəsi, energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş, Daxili işlər və Baş prokurorluq orqanları, səhiyyə, statistika, nəqliyyat, investisiya, sosial innovasiyalar və süni intellekt, rəqabətin qorunması və inkişafı sahələrində əməkdaşlıq sənədlərinin imzalanması iqtisadi əlaqələrin yeni möhkəm sütunlarını yaradır.
Prezidentlərin mətbuata bəyanatlarında verdikləri mesajlar da maraqlı nüanslarla yadda qaldı. Prezident Tokayevin iki dəfə İlham Əliyevə “Görkəmli Lider” kimi müraciət etməsi və onun Qazax torpağında olmasını böyük şərəf kimi qiymətləndirməsi Azərbaycanın dövlət başçının böyük siyasi nüfuzuna olan dərin ehtiramın əlaməti sayılır.
Qeyd olunduğu kimi, Azərbaycanın dünya arenasında nüfuzu və mövqeyinin güclənməsi, böyük sosial-iqtisadi inkişafa nail olması və vətəndaşların rifahının yüksəldilməsi məhz İlham Əliyevin unikal dövlət idarəçiliyi sayəsində mümkün olub.
Qazaxıstan Prezidenti regionda yeni uğurlara nail olmaqda əsas partnyoru kimi Azərbaycanın müstəsna roluna xüsusi dəyər verir, Türk dünyası və Mərkəzi Asiya ilə əlaqələrin möhkəmlənməsi və qarşılıqlı inteqrasiyalarda əlaqələndirici dövlət kimi Azərbaycanın səylərinə inanır. Məhz bu səbəbdən yaxın perspektivdə ikitərəfli əmtəə dövriyyəsini ikiqat artıraraq bir milyard dollara çatdırılması, energetika, emal sənayesi, inşaat sektoru, rəqəmsallaşma sahələrində böyük imkanların səfərbər edilərək praktiki səmtə yönəldilməsi hədəflənib. Eləcə də, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi mühüm strateji dəhlizində səmərəliliyin artırılması və yükdaşımaların həcmini 10 milyon tona çatdırılması planlaşdırılır, Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə nəqli üzrə tranzitin mövcud 1,5 milyon tondan daha yüksək göstəriciyə çatdırmaq nəzərdə tutulur. Xəzərin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi isə rəqəmsal habın ərsəyə gəlməsi deməkdir.
Prezident İlham Əliyevin də xatırlatdığı kimi, sülh sazişinin paraflanmasından sonra Qazaxıstan birincilər sırasında bu məsələyə öz münasibətini bildirib. Ali Dövlətlərarası Şuranın iclası çərçivəsində bu məsələyə bir daha toxunulub və həmin razılaşmanın Cənubi Qafqaza və daha geniş coğrafiyaya, o cümlədən nəqliyyat-logistika sahəsinin inkişafına müsbət təsirləri nəzərdən keçirilib.
Beləliklə, Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ilə Azərbaycan və Qazaxıstan arasında münasibətlərdə yeni zəngin mərhələnin sarsılmaz əsasları qoyuldu.

Ramid Namazov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri