Qardaşı arvadını başqa kişi ilə tutan şəxsin cəzası azaldıldı
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz azadlıqdan məhrum etmədə və özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Qəzənfər Qulamovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayətləri qismən təmin edilib, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun 6 il müddətə azadlıqdan məhrum etmə cəzası 5 il 2 aya endirilib.
İttihama görə, 1987-ci il təvəllüdlü Qəzənfər Qulamova Latviyada yaşayan qardaşı zəng edərək, arvadı ilə əlaqə yarada bilmədiyini və yaşadıqları mənzilin giriş qapısının üzərində olan kameranın söndürüldüyünü deyib. Buna görə Qəzənfərdən evlərinə gedib, ailəsini yoxlamağı xahiş edib. Qəzənfər ora gedərək qapını açdıqda, evdə qardaşı arvadı ilə cinsi əlaqədə olan Cavid Əsgərovu (adı, soyadı şərtidir) görüb. Gördüyü dəhşətli mənzərədən sonra o, qapını bağlayaraq qardaşı arvadı Aygün Fərəcovanı (adı, soyadı şərtidir) və Cavid Əsgərovu otaqdan çıxmağa qoymayıb. Daha sonra qardaşı arvadının doğmalarını (valideyn və qardaşları) çağırıb. Onlar gələnə qədər isə 1 saat 45 dəqiqə dayanmadan Aygün Fərəcovanı döyüb. Bundan başqa, qardaşı arvadının paltarlarını soyunduraraq öz telefonu ilə çılpaq vəziyyətdə onun şəkillərini çəkib.
Qızın valideynləri gəldikdən sonra Cavid Əsgərov qarışıqlıqdan istifadə edərək özünü 13-cü mərtəbədən atıb.
Kamal Məmmədov


