Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

İran rejimi legitimliyini itirir ŞƏRH

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

İsrailə yeni qırıcılar verildi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

Müğənni Ofeliya Şabanova: “Azərbaycan musiqisi komadadır, ayılacağına inanmıram” KONKRET

Müğənni Ofeliya Şabanova: “Azərbaycan musiqisi komadadır, ayılacağına inanmıram” KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

23 ildir müğənni olaraq fəaliyyət göstərən Ofeliya Şabanova ifa etməyə rayon klublarında, özfəaliyyətdən deyil, el məclislərindən 12 yaşında başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə müğənni Oxu.Az-a müsahibəsində qeyd edib

Ofeliya Şabanova Azərbaycanda ilk dəfə 15 yaşında solokonsert verən ifaçı olduğunu söyləyib:

“Balakən rayonunda icra başçının təşəbbüsü ilə solokonsertim olmuşdu. Bu yaxınlarda da 6 bölgə solokonsertim oldu.

Aparıcılarımız bizim sənətimiz haqqında maraqlanmırlar. Çatanda deyirlər ki, saçını neçəyə düzəltmisən, kostyumunun qiyməti nədir? Bizə belə suallar verilir. Bizə savadlı adamlar, oxumuş insanlar, ziyalılar baxırlar. Elə bilirsiniz ki, hər müğənniyə ziyalı baxır? Yox! Mən şadam ki, ziyalılar mənə baxıb qiymət verirlər.

Növbəti solokonsertimiz olacaq. Bu barədə isə öncədən danışmayacağam. Çünki öncədən danışmaq mənə düşmür”.

– Ofeliya xanım, bəs siz bu sahədə çalışmaq üçün təhsil almısınızmı?

– Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Fərdi ustadlarım çox olub. Hər zaman deyirəm ki, yeriyən akademiya, muğam bilicisi, tarzən Mehman Mikayılov, Gülyaz Məmmədiva, Xalq artistimiz Samir Cəfərov, Ruzə İbişova və s. bəzi ustadlarımın adı hazırda yadıma düşməyə bilər. Onlardan da fərdi təhsil almışam.

– Ofeliya xanım, müğənni olmaq üçün kimdən ilhamlanıb?

– Mənə “müğənni olmaq” ifadəsi heç vaxt çatmır. Çünki sən müğənni olaraq doğulmalısan. Allah sənə o neməti, istedadı verməlidir. Bir də görürsən gətirirlər ki, mənim uşağımı müğənni elə. Bu söz məni həmişə güldürür. Bu sözü heç vaxt qəbul etmirəm.

– Son günlərdə çıxışlarınızda “bayağı mahnı yoxdur, bayağı ifa tərzi var” deyə fikirlər səsləndirirsiniz. Niyə mahnılarımız bayağı adlandırılır?

– Bu yaxınlarda bizim gözəl sənətkarımız Teymur Əmrahın – hətta sənətkar deməyəcəm, çünki o sənətkar deyil, ustaddır – fikirlərini eşitdim: “Müğənnilər yolu düzgün tutmurlar. Azərbaycanda bayağı mahnı yoxdur, bayağı yol var”.

Baxıran ki, xanımın, kişinin gözəl səsi var, amma tutduğu yola heyfin gəlir. Axı sən Azərbaycanın gözəl bəstəkar mahnılarını ifa edə bilərsən. Əsl Azərbaycan musiqisi, muğamlarını ifa edə bilərsən. Onları da qınamıram. Onların qazancı toylardandır. Mən toya getməsəm də olar, həyat yoldaşımın qazancı yetəri qədər bəs edir.

Baxırsan başsız qadındır, nə etməlidir? Övladını dolandırmalıdır. Amma arada bir əsl sənəti, musiqini ifa etsinlər.

Bayağı mahnıları efirə gətirmək olmaz. Bir çox ölkələr bizə baxıb Azərbaycan muğamlarına həsəd aparırlar.

Bizim “Zəngulə”dən dünyanın heç yerində yoxdur, lakin düzgün dəyərləndirə bilmirik. Bunun günahının kimdə olduğunu bilmirəm.

– Sizin fikrinizcə, Azərbaycan musiqi sənəti qənaətbəxşdir?

– Azərbaycan musiqisi hazırda komadadır. Əsl Azərbaycan musiqisi komadadır, inanmıram ki, ayılar.

Bir də görürsən, efirdə elə ifaçını tərifləyirlər ki, baxırsan bu “A, B” nədir bilmir, musiqidən xəbəri yoxdur. Azərbaycan bəstəkarlarını tanımır. Amma onu görüm-baxım edib deyə tərif edirlər.

Xalq artistini elə təqdim edirlər ki, bayağı ifaçının yanında sönür. Aparıcılar, siz bəlkə də bizim musiqimizi komadan ayılda bilərsiniz. Bizə bir çox ölkələrdən baxırlar. Niyə bizim musiqilərə baxıb gülməlidirlər? Hansı bayağı mahnıya baxırsan, orada özbək ritmi var, amma onlar bizim bəstəkar mahnılarımızdan ötrü ölürlər. Köhnə mahnılarımızı gətirib yeni ifa yaradırlar.

– Nə vaxtsa, müğənni olmaqdan əl çəkməyi düşünürsünüzmü?

– Heç vaxt heç vaxt demirəm. Əgər yoldaşım, deyərsə, kifayətdir. Mən saxlayaram sənəti.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyun 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see311

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see230

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see203

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see200

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see191

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see186

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see182

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see178

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see176

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see176

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see166

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see165

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see155

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see147

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri