Icma.az
close
up
RU
Qardaşlıq və etibarlı əməkdaşlıq ANALİTİK

Qardaşlıq və etibarlı əməkdaşlıq ANALİTİK

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycan ilə Türkmənistanı ənənəvi dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri birləşdirir. İkitərəfli münasibətlərimiz ortaq soy-kök və milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan qardaş xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkmən xalqına ünvanladığı təbrik məktubundandır.

Bu gün və perspektivlər

Azərbaycan və Türkmənistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Tarixi, mədəni və etnik yaxınlıq, ortaq türk kökləri, eləcə də Xəzər hövzəsində yerləşmələri iki ölkə arasında əməkdaşlığın möhkəm təməlini formalaşdırır. Müstəqillik dövründə tərəflər siyasi dialoqu, iqtisadi əlaqələri və regional əməkdaşlığı ardıcıl şəkildə inkişaf etdirmiş, xüsusilə son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər regionun geosiyasi və geoiqtisadi mənzərəsində mühüm rol oynamağa başlamışdır.

Hazırda Azərbaycan və Türkmənistan arasında münasibətlər qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçıları və yüksək səviyyəli rəsmilər arasında intensiv təmaslar siyasi dialoqun davamlı xarakter aldığını göstərir. 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Bəyannamə iki ölkə arasında əməkdaşlığın hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirmişdir.

İqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların təşviqi və biznes əlaqələrinin genişləndirilməsi iqtisadi əməkdaşlığın inkişafına təkan verir. 2025-ci ildə keçirilən Birgə Hökumətlərarası Komissiyanın iclasında ticarət, sənaye, kənd təsərrüfatı, enerji və nəqliyyat sahələrində yeni əməkdaşlıq imkanları müzakirə edilmişdir. Enerji sektoru xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi Azərbaycan–Türkmənistan əməkdaşlığının ən uğurlu nümunələrindən hesab olunur. Bu layihə iki ölkə arasında enerji sahəsində qarşılıqlı etimadın möhkəmlənməsinə və regional enerji təhlükəsizliyinin güclənməsinə xidmət edir.

Nəqliyyat və logistika sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Azərbaycanın Şərq-Qərb və Orta Dəhliz layihələrində oynadığı rol Türkmənistan üçün Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Bakı–Türkmənbaşı marşrutu üzrə yükdaşımaların artması, həmçinin Lapis-Lazuli və Aşqabad Sazişi çərçivəsində əməkdaşlıq regional tranzit potensialını artırır.

Humanitar və mədəni əlaqələr də münasibətlərin vacib istiqamətlərindən biridir. Mədəniyyət günləri, elmi konfranslar, təhsil və mədəniyyət sahəsində həyata keçirilən layihələr xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan–Türkmənistan münasibətlərinin gələcək perspektivləri kifayət qədər genişdir. İlk növbədə enerji əməkdaşlığının daha da dərinləşdirilməsi gözlənilir. Türkmənistanın zəngin təbii qaz ehtiyatları ilə Azərbaycanın enerji infrastrukturu və beynəlxalq enerji layihələrindəki təcrübəsinin birləşdirilməsi hər iki ölkə üçün yeni imkanlar yarada bilər. Xəzər regionunun enerji resurslarının dünya bazarlarına çıxarılmasında tərəflərin əməkdaşlığı strateji əhəmiyyət daşıyır. Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin inkişafı gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olacaqdır. Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa marşrutunda Azərbaycanın və Türkmənistanın tranzit mövqeyi onların beynəlxalq ticarətdə rolunu daha da artıracaqdır. Bu baxımdan liman infrastrukturu, dəmir yolu və dəniz daşımaları sahəsində birgə layihələrin həyata keçirilməsi böyük perspektivlər vəd edir.

Bundan əlavə, rəqəmsal iqtisadiyyat, yaşıl enerji, sənaye kooperasiyası və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün də geniş potensial mövcuddur. Hər iki ölkənin regional təşkilatlar çərçivəsində, xüsusilə türk dövlətləri arasında əməkdaşlığın inkişafına verdiyi önəm yeni təşəbbüslərin həyata keçirilməsinə şərait yaradır.

Nəticə etibarilə, Azərbaycan və Türkmənistan arasında münasibətlər hazırda yüksələn xətt üzrə inkişaf edir və strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, enerji əməkdaşlığı, nəqliyyat-logistika layihələri, ticarət əlaqələri və humanitar sahədə əməkdaşlıq iki ölkənin yaxınlaşmasını daha da sürətləndirir. Mövcud potensial və qarşılıqlı siyasi iradə nəzərə alındıqda, Azərbaycan–Türkmənistan münasibətlərinin gələcəkdə daha da genişlənəcəyi, regionda sabitliyin və iqtisadi inkişafın möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Mehriban qonşuluq və əməkdaşlıq

Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələri daha da güclənir, bir çox sahələrdə uğurla əməkdaşlıq mövcuddur və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. İkitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul vermək prioritet məsələlər sırasındadır. Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edib: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

Azərbaycanla Türkmənistan möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazırdırlar. İki ölkə bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.

Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

Ortaq maraqlar - Transxəzər

Avropa İttifaqının 2027-ci ilin sonuna qədər Rusiya qazının idxalını tamamilə dayandırmaq niyyəti ilə əlaqədar olaraq, Brüssel Rusiya qazı üçün əvəzləyici tapmağa imkan verəcək bir neçə potensial mənbənin adını çəkir, o cümlədən Azərbaycan və dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik Türkmənistan. Azərbaycan öz qazını Avropaya çatdırmaqda Türkmənistan üçün “qapı” olmağa hazırdır. Türkmənistan yataqlarını Rusiyadan yan keçməklə Azərbaycan, Türkiyə və Avropa İttifaqı ilə birləşdirəcək Transxəzər qaz kəməri layihəsi də diqqət mərkəzində olub. Qaz layihələri ilə yanaşı, Orta Asiya, Cənubi Qafqaz və Türkiyədən keçən Avropa İttifaqı ilə Çin arasında strateji nəqliyyat marşrutu olan Orta Dəhliz adlandırılan layihəyə maraq artır. Əlverişli coğrafi mövqeyi və zəngin təbii sərvətləri ilə Türkmənistan regionun inkişaf etməkdə olan logistika və enerji arxitekturasında ən mühüm mövqe tutmağa çalışır.

Xəzər region burada öz təsirini gücləndirmək planlarından əl çəkməyən Qərbin diqqət mərkəzindədir. 2025-ci il may ayının sonunda ABŞ dövlət katibi Marko Rubio Türkmənistan qazını Avropa bazarına çatdırmaq üçün Türkmənistanı Azərbaycanla birləşdirməli olan transxəzər qaz kəmərinin tikintisi layihəsinə ABŞ administrasiyasının dəstəyini bir daha bəyan edib. Vaşinqton Xəzəryanı dövlətlərin Qərb ölkələrinin maraqları sferasında iştirakını artırmalı olan yeni boru kəməri layihələrini irəli sürüb. Əsas səylər region ölkələrinin yaxın onilliklərdə hasil etməli olduqları Xəzərin karbohidrogen ehtiyatlarının gələcək axınının Rusiya ərazisindən keçməməsinə yönəlib. Bu səbəbdən potensial neft və qaz ehtiyatlarına malik, lakin əsas satış bazarlarından uzaqda yerləşən Qazaxıstan, Azərbaycan və Türkmənistan ABŞ-ın diqqət mərkəzində qalmaqda davam edir.

Amerika tərəfi karbohidrogen ehtiyatlarının axın marşrutlarına və bununla yanaşı, regionda qüvvələr balansına əhəmiyyətli təsir göstərəcək boru kəmərləri çəkməyi planlaşdırırdı. Bu kontekstdə Qazaxıstan nefti və Türkmənistan qazının Azərbaycan üzərindən dünya bazarına çıxması üçün perspektivli marşrut kimi qiymətləndirilən transxəzər boru kəmərləri layihələri Vaşinqtonda xüsusi maraq doğurub. Təsadüfi deyil ki, 1990-cı illərdə energetika sahəsində genişlənən Azərbaycan-Qazaxıstan əməkdaşlığı ABŞ tərəfindən də dəstək alıb.

Son onilliklər ərzində ABŞ-ın transxəzər boru kəmərləri məsələsində siyasəti dəyişməyib. Üstəlik, Rusiya ilə Qərbin qarşıdurması şəraitində siyasi və iqtisadi təzyiqlərə məruz qalan Xəzəryanı dövlətlərə Vaşinqton təzyiqləri artırıb. ABŞ-ın Xəzərdə sanksiyalar altında siyasəti və xüsusi hərbi əməliyyatı davam etdirməsi uzunmüddətli problemlərin həllinə yönəlib. Bunu Amerika administrasiyasının “Xəzər beşliyinin” regional birliyinə xələl gətirmək cəhdləri, Xəzəryanı dövlətlərin müəyyən məsələlərlə bağlı birtərəfli addımlarına təşəbbüs göstərməsi də təsdiq edir. Vaşinqton hələ də Xəzəryanı dövlətlərlə siyasi qarşılıqlı əlaqələrin genişləndirilməsində, karbohidrogen ehtiyatlarının çatdırılması ilə bağlı yeni nəqliyyat marşrutlarının formalaşdırılmasında maraqlıdır.

Azərbaycan və Türkmənistan arasında mövcud olan münasibətlər tarixi, mədəni və etnik bağlılıqlara əsaslanaraq strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu kontekstdə Türkmənistan Xalq Məclisinin sədri, hörmətli Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana gözlənilən səfəri xüsusi əhəmiyyət kəsb edir. Sözügedən səfər, təkcə iqtisadi və əməkdaşlıq məsələlərinin deyil, eyni zamanda mədəni, humanitar, elmi və intellektual istiqamətlərin də müzakirə olunduğu çoxtərəfli bir dialoq platforması kimi qiymətləndirilə bilər. Nəticə etibarilə, bu səfər Azərbaycan–Türkmənistan münasibətlərində yeni mərhələnin davamı kimi xarakterizə oluna bilər.

V.VƏLİLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 İyun 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri