Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

“Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkmən xalqının lideri ölkələrimiz arasında münasibətləri belə xarakterizə etdi

Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir... Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.

Qurbanqulu BERDİMƏHƏMMƏDOV,
Türkmənistan Xalq Məsləhətinin sədri

Bakı, 16 iyul 2025-ci il.

Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 16 iyul 2025-ci il.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşünü, aparılan müzakirələri, qarşılıqlı inam və etimada söykənən fikir mübadilələrini Türk dünyasının daha aydın sabahına və birlikdə nail olacağımız möhtəşəm tərəqqiyə doğru atılmış addım kimi qiymətləndiririk. Əslində Azərbaycanın coğrafi baxımdan yaxın qonşuları, xüsusən, türkdilli ölkələr və müsəlman dövlətləri ilə hərtərəfli əməkdaşlıqda maraqlı olması yeni məsələ deyil. Bu prinsip ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursumuzun mühüm tərkib hissələrindən biridir.

Müasir dünyanın ən uğurlu və sınaqlardan çıxmış siyasətçilərindən olan Prezident İlham Əliyevin türk dünyası ilə əməkdaşlığın genişləndirilməsi üçün atdığı addımlar isə artıq təkcə dost və qardaş ölkələrdə deyil, dünyanın hər yerində etiraf edilir, heyranlıqla qarşılanır. Cənab Prezidentin rəsmi Aşqabadın ali nümayəndələrindən olan Qurbanqulu Berdiməhəmmədovla görüşdə səsləndirdiyi fikirlər də dilə gətirdiyimiz arqumentlərin təsdiqi kimi səslənirdi.

Dövlət başçımız əmin olduğunu söylədi ki, bu səfər Türkmənistan – Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır.

Qonağın fikrincə isə Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir: “Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim... İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır”.

Bu arqumentləri fikir verdikcə ulu öndər Heydər Əliyevin 25 il bundan əvvəl söylədiyi proqnozların günün reallıqlarına çevrildiyini düşünür və məmnun oluruq. Ümummilli liderimiz 2000-ci il yanvarın 7-də Türkmənistanın ölkəmizə göndərdiyi səfir Murad Çarıyevin etimadnaməsini qəbul edərkən demişdi ki, müasir mərhələdə bizi Xəzər dənizinin sərvətlərindən birgə istifadə olunması sahəsində işin böyük perspektivi də birləşdirir: “Xüsusilə mühümdür ki, keçən ilin noyabrında İstanbulda biz – Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə Azərbaycandan və Gürcüstandan keçməklə Türkmənistandan Türkiyəyə Transxəzər qaz kəmərinin çəkilməsi haqqında saziş imzaladıq. Bu, böyük layihədir və biz onu birlikdə keçirməli olacağıq. Şübhəsiz ki, bu, bizim əməkdaşlığımızın gələcək inkişafı üçün daha böyük imkanlar yaradacaqdır”. Həmin “böyük imkanlar” isə artıq dünya ictimaiyyətinin gözü önündədir.

Dövlət başçımızın cənab Qurbanqulu Berdiməhəmmədov ilə görüşündə də siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərin olduğu vurğulandı və Prezident əmin olduğunu söylədi ki, gələcək əməkdaşlıqla bağlı aparılacaq fikir mübadiləsi uğurlarımızın növbəti stimulu olacaq.

Cənab Qurbanqulu Berdiməhəmmədov isə Türkmənistan – Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən olduqca dəqiq və orijinal fikir səsləndirdi : “Onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasındakı ikitərəfli əlaqələrin qarşılıqlı inam və etmada söykənməsinin təməlində bu iki xalqın eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malik olması dayanır. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Mütəxəssislərin fikrincə, Orta Asiya xalqları içərisində milli mənsubiyyəti baxımından azərbaycanlılara ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab olunur. Hər iki xalq türklərin oğuz boyundandır.

Bizi son əsrlərdə yaşadığımız tarix də bir-birimizə yaxınlaşdırır. Hər iki ölkə keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olmuşdur. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra isə bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Bildirilir ki, ölkələrimiz arasındakı diplomatik əlaqələr 1992-ci il iyun ayının 9-da qurulmuşdur. Mərhum Saparmurat Niyazovun hakimiyyəti dövründə Aşqabad –Bakı münasibətlərində bir qədər anlaşılmazlıq var idi. Xüsusən, Xəzərin hüquqi statusu və milli sektorların sərhədləri ilə bağlı Türkmənistanın nümayiş etdirdiyi mövqe Xəzər bölgəsi ölkələri arasında narahatçılığa səbəb olmuşdu. Ancaq 1993-cü ili dekabrın 23-24-də Aşqabadda keçirilən MDB ölkələri dövlət başçılarının Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevlə Türkmənistan Prezidenti Saparmurad Niyazov arasında keçirilmiş görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparılmış və əməkdaşlığın indiki səviyyəyə qaldırılması üçün ilkin addımlar atılmışdı.

Həmin addımların nəticəsi idi ki, Türkmənistan Prezidenti Saparmurat Niyazov 1996-cı il martın 18-19-da Azərbaycanda rəsmi səfərdə olmuş, iki ölkə arasında bir sıra sənədlər imzalanmışdı. Səfər çərçivəsində Azərbaycan Respublikası və Türkmənistan arasında dostluq və əməkdaslıq haqqında müqavilə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Türkmənistan Prezidenti Saparmurad Niyazovun Bakı Bəyannaməsi, təhsil sahəsində əməkdaslıq haqqında saziş, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Türkmənistan Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələr haqqında protokol, konsulluq konvensiyası, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi və Türkmənistan Milli Təhlükəsizlik Komitəsi arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında saziş, dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında saziş və digər sənədlər imzalanmışdır.

Rəsmi mənbələrdə qeyd edilir ki, 2008-ci il mayın 19-da Türkmənistanın yeni prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Prezidentlərin təkbətək görüşündə Azərbaycan – Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulanıb. Dövlət başçılarının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinə dair çıxış etdikləri birgə bəyanatlarda olduqca mühüm məqamlar var idi.

Azərbaycan Prezidenti öz bəyanatında demişdir: “...Bu gün müzakirə etdiyimiz mövzulardan biri də Xəzər problemi idi. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının Tehran sammitinin yekunlarını, eləcə də Xəzərdə əməkdaşlığın inkişaf etdirilməsinin gələcək yollarını razılıq hissi ilə qeyd etdik. Əminik ki, Türkmənistanın və Azərbaycanın bu istiqamətdə səmərəli qarşılıqlı fəaliyyəti həmin məsələnin hərtərəfli tənzimlənməsinə kömək edəcəkdir...”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov isə başqa məqamdan söz açırdı: “...İlk növbədə, bütün dünyada enerji dövlətləri statusuna malik olan hər iki ölkənin iqtisadiyyatı üçün baza əhəmiyyəti kəsb edən yanacaq-energetika sektorunda tərəfdaşlıqdan söhbət gedir. Möhtərəm İlham Heydər oğlu ilə bugünkü danışıqların gedişində biz bu mövzuya xüsusi diqqət yetirdik. Bizim ümumi fikrimiz belədir ki, məhz bu sahə gələcək dövlətlərarası tərəfdaşlığın strateji istiqamətinə çevriləcəkdir...”.

...Bu, həmin Qurbanqulu Berdiməhəmmədovdur ki, dünən Bakıda Azərbaycan paytaxtının ən nüfuzlu qonaqlarından biri kimi qarşılanırdı. Bu, həmin “dövlətlərarası tərəfdaşlığın strateji istiqaməti”dir ki, Bakı ilə Aşqabadın hər ikisinin maraqlarına yüksək səviyyədə cavab verir və tərəflərin hər ikisi gündən-günə yeni uğurlara imza atırlar.

...Tanrı Türkü qorusun! Türk dövlətlərinin söz və əməl birliyi daimi olsun!

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 İyul 2025 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see326

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see265

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see261

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see254

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see252

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see239

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see232

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see230

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see228

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see226

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see223

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see219

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see217

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see212

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see208

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see194

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see193

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see189

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see181

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri