Icma.az
close
up
RU
Dostluq və qardaşlıq prinsiplərinə söykənən əməkdaşlıq

Dostluq və qardaşlıq prinsiplərinə söykənən əməkdaşlıq

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində atılan addımların uğurlu nəticələri göz qabağındadır. Son zamanlar reallaşdırılan qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın dərinləşməsində əhəmiyyətli rol oynayır. Bu günlərdə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə rəsmi səfəri ölkə mətbuatında geniş müzakirə edilir. Səfər çərçivəsində iki ölkənin dostluğunu, qardaşlığını təsdiqləyən mühüm məqamlar geniş müzakirə olundu, perspektivlər açıqlandı.

Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının şahidinə çevrildi. Tarixi Zəfərimizdən sonra bu birliyin, dostluğun möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlı xarakter daşıyır. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin rəsmiləşdirilməsi məqsədilə Şuşa Bəyannaməsinin, iyul ayında isə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Bakıda toplaşaraq Bakı Bəyannaməsini imzalamaları əlaqələrin sonrakı inkişafının yol xəritəsi oldu. Üçtərəfli formatda davam edən əməkdaşlıq platforması genişlənərək bütün sahələri əhatə edir. İllərdən bəri Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirləri, habelə müdafiə nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur. Parlamentlər səviyyəsində platformanın yaranması təklifi Azərbaycana məxsus idi. Hədəf üç ölkənin parlamentləri arasında əməkdaşlığı və əlaqələri inkişaf etdirmək, gücləndirməkdir. Tərəflər bu Bəyannamə çərçivəsində beynəlxalq platformalarda birlikdə hərəkət etməyi nəzərdə tuturlar. Üç ölkə arasında iki və çoxtərəfli səviyyədə parlamentlərarası dialoq və əməkdaşlığın parlamentlərdəki daimi komitələr, dostluq qruplarının iştirakı ilə inkişaf etdirilməsi sənəddə nəzərdə tutulan əsas şərtlərdən biri idi.
Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin mətbuata birgə bəyanatlarına diqqət yetirdikdə bu mühüm məqam hər birimizi qürurlandırır ki, söylənilən fikirlərin mahiyyətində iki qardaş ölkənin münasibətlərinin qarşılıqlı etimada, hörmətə və səmimiyyətə əsaslanması dayanır. Səfəri qardaşlıq əlaqələrimizdə həlledici məqam kimi dəyərləndirən Pakistanın Baş naziri “Əziz qardaşım Prezident, möhtəşəm və qardaş ölkəmiz olan Azərbaycana bizi dəvət etdiyiniz üçün çox sağ olun. Ötən gecə Bakıya eniş etdikdən bəri burada keçirdiyimiz hər andan zövq almışıq. Səfərimiz nəinki çox rahat, eyni zamanda, çox məhsuldar və faydalıdır. Gözəl Bakı şəhərini yay mövsümündə seyr etmək zövq oxşayır, onun landşaftını, yaşıllığını nəzərdə tuturam. Nümayəndə heyətinizi İslamabada göndərdiyiniz üçün çox sağ olun. Onlar indi gözəl İslamabadı daha da abadlaşdırırlar. İslamabadın özünəməxsus təbii gözəlliyi var. O, dağın ətəyində yerləşir, komandanız çox gözəl şəhəri daha da gözəlləşdirərək abadlaşdırır. Çox sağ olun. Burada Bakı ağ qar örtüyünə bürünüb və bu da özlüyündə bizə əlavə rahatlıq verir” fikirlərinin davamı olaraq qeyd etdi ki, bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Məhəmməd Şahbaz Şərif bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Pakistanda bütün siyasi partiyalar bir neçə məsələdə yekdildirlər. Bu məsələlərdən biri də Pakistan və Azərbaycan arasındakı dostluqdur. Bu, Pakistandakı bütün təbəqələr tərəfindən dəstəklənir və bu da bizə böyük məmnunluq hissi verir.
Reallıq budur ki, Azərbaycan ilə Pakistan arasında mövcud olan strateji əməkdaşlıq uzun illərə söykənən dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Hər iki dövlət tarix boyu bir-birinə dəstək nümayiş etdirib, beynəlxalq aləmdə ortaq maraqlara əsaslanan siyasət yürüdür. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub ki, bu da iki ölkə arasında formalaşacaq sıx münasibətlərin başlanğıcı hesab edilir. Həmin dövrdən etibarən Bakı ilə İslamabad arasında strateji tərəfdaşlıq sürətlə inkişaf etməyə başladı, dövlətlərarası münasibətlər qarşılıqlı hörmət və etimad prinsipləri əsasında daha da möhkəmlənir. Ümumilikdə iki dost ölkə bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlıdır və bunu əməli fəaliyyətləri ilə təsdiqləyirlər.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri