Icma.az
close
up
RU
Qareginin istefası labüddür, o, hökumət, dövlət üçün ciddi problemlər yaradır

Qareginin istefası labüddür, o, hökumət, dövlət üçün ciddi problemlər yaradır

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanda din xadimlərinin kütləvi həbsi hakimiyyət ilə kilsə arasında münaqişə yaratmayacaq. Çünki artıq din xadimlərinin siyasətə qarışmasını, hökumətə maneçilik yaratmasını əhali də qəbul etmir. Əsasən də kilsənin tamamilə Rusiya tərəfindən idarə olunduğunu qəbul edirlər və islahatlar aparılmasını gözləyirlər.

Bunu xalqcebhesi.az-a ilahiyyatçı Tural İrfan dünən Ermənistanda 12 din xadiminin həbsinə münasibətində deyib.

O, qeyd edib ki, həbs olunan keşişlərin əli ilə dövlət çevrilişinə hazırlıq və digər təxribatlar planlaşdırıldığı deyilir: "Şübhəsiz ki, dayanıqlı sülhə doğru gedən Ermənistan hakimiyyətinə indiki halda kilsənin bu addımı problem yaradır. Qareginin istefaya getməməsi də vəziyyəti daha da gərginləşdirir. Lakin ortaya qoyulan sübutlar, əhalinin və hökumətin basqısı sonda onu da istefaya məcbur edəcək.

Eçmiədzinə hücum ediləcəyini istisna edirəm. Düşünmürəm ki, hökumət belə bir addım atsın. Bu, ola bilsin Rusiya tərəfindən idarə olunan Ermənistan müxalifətinin təxribatları və şayiələridir. Lakin təziqlərin, təsirlərin, hətta aksiyaların olması mümkündür. Çünki Qareginin istefası labüddür və hazırda o hökumət, hətta dövlət üçün ciddi problemlər yaradır. Dövlət - din məsələlərini köklü şəkildə tənzimləməyə, kilsənin dövlətin işlərinə müdaxiləsinin qarşısını almağa yönəlmiş bu addımlar baş nazir Paşinyan üçün prioritet məsələdir. Müxalifətin və kilsənin isə məqsədi qarışıqlıq yaratmaq üçün ilk addımın hökumətdən gəlməsini gözləməkdir. Görünür ki, Qaregin dinc yolla təslim olmaq, postu təhvil vermək istəmiir".

İlahiyyatçlnın fikrincə, ölkənin qarışması da ilk növbədə hakimiyyətin ziyanınadır. Doğrudur, hazırda müxalifətin və kilsənin hökuməti devirmək üçün kifayət qədər gücü, dəstəyi yoxdur. Ancaq xarici təsirlərlə, düşünülmüş təxribatlarla qarışıqlıq yaradaraq stabilliyi pozub xalqı parçalaya bilərlər. Müxalif qüvvələr əsasən Qarabağdan köçən əhali ilə işləyir və kilsə ilə də Rusiyanın gizli dairələri koordinasiya edir:

"Buna rəğmən Paşinyan hökuməti də ehtiyyatlı davranır. Qərbin Paşinyana münasibəti normal olduğuna görə kilsə ilə bağlı hadisələrə qiymət verərkən obyektiv olacaqlarını güman etmək olar. Əgər məsələ Ermənistanda kilsə ilə dövlətin münasibətlərinin normallaşmasından gedirsə təbii ki, region ölkələrinin də anlayışla qarşılaması mümkündür. Lakin Qareginin istefası qəlizləşərsə, Ermənistanda din - dövlət münasibətlərinin gərginləşməsi regionda da narahatlıq yarada bilər".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri