Qari Lineker argentinalını futbol tarixinin ən güclü oyuçusu hesab edir
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə millisinin sabiq hücumçusu və tanınmış teleaparıcı Qari Lineker argentinalı hücumçu Lionel Messini futbol tarixinin ən yaxşı futbolçusu elan edib. Sport24.az xəbər verir ki, o, bu barədə "Goal" portalına açıqlama verib:
"Messi bütün zamanların ən güclü oyunçusudur. Onun tarixin ən yaxşısı olduğunu düşünürəm. Messi Kroyff, Zidan, Ronaldodan da yüksək səviyyədədir. O, həqiqətən də heyrətamizdir.
Zədələr olmasaydı, məncə, eyni kontekstdə braziliyalı Ronaldo haqqında da danışardıq. Amma təəssüf ki, brazliyalı zədələrdən əziyyət çəkdi. Bununla belə, o, inanılmaz işlər gördü və oynadığı dönəmdə azarkeşlərə sevinc bəxş etdi".
Qeyd edək ki, Messi "Qızıl top"un sayına görə rekordçudur. O, bu mükafatı səkkiz dəfə qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 31 İyul 2025 08:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















