Icma.az
close
up
RU
Menu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Beyaz bu tarixdə ekranlara dönür Video

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Qarışqa kimi işləməyə məcburuq

Qarışqa kimi işləməyə məcburuq

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkay Cəfərli Şuşa Dövlət Musiqli Dram Teatrının aktyorudur, "Məktub", "Kor rəssam", "Dalan", "Suğranın oğulları", "Son iclas", "Köhnə çamadanlar", "Spinozanın Tanrısı", "Qaranlıqlar çiçəyi", "Ata ocağı", "Səndən sonra", "İki ömür" kimi serial və filmlərdə rollar alıb.

Gənc aktyor Türkay Cəfərli ilə söhbəti təqdim edirik.

-Türkay bəy, necə oldu ki, bu sənətə gəldiniz?

- Aktyorluq uşaqlıq arzum olub. İçimdəki enerji o qədər qaynayırdı ki, onu haradasa üzə çıxarmaq lazım idi. Həmişə filmlərə baxandan sonra məndə məşhur olmaq istəyi yaranırdı, xüsusilə Xalq artisti Rasim Balayevin filmlərinə baxandan sonra. Sonra düşündüm ki, niyə də olmasın, mən seçilməliyəm, xüsusi insan olmalıyam. Tale elə gətirdi ki, az-çox tanınan aktyor ola bildim.

- Hazırda Şuşa Dövlət Musiqli Dram Teatrında fəaliyyət göstərirsiniz. Maraqlıdır, niyə məhz o teatr? Gənc aktyorlarımız daha çox Akademik Dram Teatrına, Gənc Tamaşaçılar Teatrına üz tuturlar.

- Açığı, seçim məndən asılı olmayıb. İlk teatr fəaliyyətim Yuğ Teatrında başlayıb. Məni Vidadi müəllim - Vidadi Həsənov dəvət etmişdi, onda hələ tələbə idim. Festivallarda iştirak etdik, mükafatlar aldıq. Daha sonra məni Şuşa Teatrının baş rejissoru dəvət elədi, baxdım ki, mənə də uyğundur və davam elədik. Düzdür, zövq ala bilməsək də, idarə edirik. Aktyorun arzusu nədir? Enerjisini dağıtmaq. Belə deyim, xəyalım hansısa teatrda işləmək olmayıb, mən o zövqü 20 yaşlarımda Yuğ Teatrında yaşamışam. Bu, mənə bəs edir. Hazırda "Oyun" İnklüziv Teatrında da müqavilə ilə fəaliyyət göstərirəm. Orada daha çox zövq alıram. Bizim teatrda uşaq tamaşaları çoxdur, bu da bir məqamdan sonra insanı sıxır. Mən seçim edəndə həmişə filmi seçmişəm. Çünki kamera heç vaxt aktyora xəyanət eləmir. Teatr da, təbii ki, aktyorun sevimli yeridir, amma mənim üçün məbəd deyil. Məbəd aktyorun özüdür. Aktyor özü məbəd olmasa, teatr da, film də olmaz. Kainatı gözəlləşdirən insanın özüdür, buna görə də məbəd insandır.

- Rejissorlarla münasibətləri necə tənzimləyirsiniz?

- Rejissor nə istədiyini bilirsə, aktyor da onu alıb səhnələşdirməlidir. Düşünürəm ki, əgər mən öz bildiyimi eləsəm, bütün filmlərdə, gördüyüm bütün işlərdə eyniləşərəm. Buna görə rejissorun beyni mütləq lazımdır, onunla söhbət eləmək, fikir mübadiləsi aparmaq lazımdır. Amma bizdə belə bir məsələ də var. Əgər bir aktyor mənfi rolda oynayırsa, bir çox rejissor ona ancaq mənfi rollar təklif edəcək. Çoxu özünə əziyyət vermək istəmir, qorxur, deyir beş manat pulumu qazanım, başqa heç nə lazım deyil. Amma elə deyil, rejissor aktyorun içində olan potensialı ortaya qoymağı bacarmalıdır.

- Hər bir halda aktyorun da eyni rolu oynamaqdan imtina etmək haqqı var.

- Təbii ki, var. Amma təəssüf ki, bizdə seçim imkanı çox  məhduddur. İki-üç prodakşndır, il ərzində çəkilən maksimum iki-üç serial var, hara kimi yox deyə bilərsən? Hər bir aktyor istəyər ki, yaxşı pul qazansın. Məsələn, mən istəyərəm ki, bir işdən istədiyim pulu götürüm, ilyarım, iki il efirə çıxmayım, dincəlim sadəcə. Amma bizim belə bir şansımız yoxdur. Biz qarışqa kimi işləməyə məcburuq. İşləmək lazımdır deyə bəzi aktyorları eyni rolda görəndə qınaya bilmirəm. Mən özüm də bu işin içindəyəm və görürəm ki, şərait o deyil.

- İmtina etdiyiniz ssenarilər olubmu?

- Hə, olub. Haradasa 7 il əvvəl 7 iş təklifi gəldi. Beşinə "yox" dedim, gəldim axırda hamısına "hə" cavabı verdim. O da peşman olduğum işlərdən bir idi. Təbii ki, bu yolla yaxşı təcrübə qazanırsan, insanların necə olduğunu bilirsən, onları daha yaxından tanıyırsan. Amma çox olub ki, ssenarini bəyənməmişəm və çəkilməmişəm. Onsuz da sən tələbatlı aktyorsansa, üstəlik, yaxşı rejissor varsa, səni dəvət edəcəklər. Bir-iki işi imtina etməklə heç nə itirməyəcəksən.

- Gələk "Spinozanın Tanrısı"na.

- Başıbəlalı "Spinoza".

- Hə, çoxlarının fikrincə, filmin uğursuzluğunun səbəbi poster və filmin adı ilə bağlıdır.

- Razıyam. Fikrimcə, posterdə də böyük problem var idi. Amma mən istəyərəm ki, bizim tamaşaçı kütləmiz düşünməyi bacarsın. Çünki bizdə bir yorğunluq sindromu var, beynimiz düşünməyi sevmir. Amma təbii ki, hər şeyi birdən-birə etmək lazım deyil. Filmin adına gəldikdə isə, nə xoş olardı ki, tamaşaçılarımız gedib filmin adı ilə maraqlanaydılar. Bildiyim qədərilə son dövrlərdə bu janrda, bu səpkidə film olmayıb. Bəlkə də, çoxdandır belə bir şey yox idi deyə bir az insanlara qəribə gəldi. Yəqin səviyyəsiz zarafatların və yaxud məişət söhbətlərinin, qayınana-gəlin münasibətlərinin içində olduğumuza görə o janrda filmi qəbul edə bilmədik. Amma baxanlar da təsdiq etdilər ki, həqiqətən də tamam başqa bir janrdır və çoxdandır ki, belə bir iş görülməyib. Hətta filmin başlama tərzi də fərqli idi. Ümidvaram ki, filmin dəyəri burada yox, digər yerlərdə bilinər. Bizdə belə bir qayda var axı, nəyisə başqası tərifləyəndə daha çox sevirlər. Özümüzü sevməyi bacarmırıq. Amma qıraq yerlərdə dəyərimiz bilinən kimi deyəcəklər, bizdə belə bir film var imiş. Şəxsən mən bu işdən zövq aldım. Ona görə ki, fərqli səpkidə bir film oldu. Mənə lazımdır ki, beş nəfər baxsın, amma bilənlər baxsın. O film kast filmi deyildi, art filmi idi. Ad məsələsinə gəldikdə isə, fikrimcə, adı yerində qalsa, yaxşıdır. Ümumi götürsək, film fərqli, insanların çoxdandır görmədiyi saf sevgi həsrətini göstərəcək bir film idi. Elə hisslər var ki, artıq onlar qocalıb. Yeni nəslin, texnologiyanın inkişafı bəzi hissləri öldürüb. Amma bu film və yaxud bu səpkidə olan başqa filmlər insanın içində gizli qalan duyğuları açmağa kömək edir. O cəhətdən filmdəki bütün personajlardan zövq aldım. Həyatımda yeganə işlərdəndir ki, ssenarini birnəfəsə oxudum. Artıq bir az təcrübə toplayandan sonra növbəti səhifədə nə ilə qarşılaşacağını təxmin edə bilirsən. Amma bu filmdə elə deyildi.

- Günahkar tamaşaçılardır?

- Yox, günahkar tamaşaçı deyil. Günahkar tamaşaçıya onu yedizdirən kütlədir. Çünki bizim əvvəlki filmlərimiz dünya səviyyəsində idi. Necə oldu ki, hər şey birdən-birə dəyişdi? Necə oldu ki, tənəzzülə uğradıq? Yaxşı filmlərimiz həmişə olub, indi də var. Amma o dövrdən bu dövrə insanların düşüncə tərzinin, zövqünün korlanmağının əsl səbəbi efirdə yayılan bəzi səviyyəsiz verilişlər, məişət mövzularıdır. Sanki artıq şəxsiyyət mövzusu yaddan çıxır. Zarafatları, əxlaqsız nüansları "belə olmalıdır" kimi qələmə verib ictimailəşdirmək filmlərimizə, gündəlik həyatımıza, hər şeyə təsir edir. Bir növ cahillik təbliğ olunur deyə biz bu vəziyyətdəyik. Kino bahalı və gözəl biznesdir. Kino xülyadır, sosial problemləri üzə çıxaran vasitə deyil. Amma çox təəssüf ki, bəzi şeyləri çatdırmaq olmur. Sanki düşüncə tərzimiz qaysaq bağlayıb. Buna səbəb də bəzi səviyyəsiz aparıcılar, onların təqdim etdikləri verilişlər, onlara pul ayıran sponsorlardır. Çünki biz dedi-qodunu, kiminsə mətbəxinə, evinə qarışmağı sevən toplumuq axı. Fikir verirsinizsə, bu gün bir çox gənclər daha asan yolla pul qazanmaq üçün blogerlik etmək istəyirlər. Amma inanın ki, mən və mənim kimi aktyorlar evə saat 5-də, 6-da gedib 18 saatlıq yorğunluğu çxaranda o qədər zövq alırıq ki. Yoxsa iki dəqiqə ərzində pul qazanmaq, beş-üç manatdan ötrü kiməsə ağız açmaq, hansı mənəviyyatdır? Nə bilim. Biz axı belə deyildik. Mən hər şeyə normal baxıram, amma hər şey qaydasında olanda daha gözəldir. Görməmişlik lazım deyil.

- Filmin təqdimatından sonra jurnalistlərdən biri sizin rolunuza tənqidi münasibət bildirdi, siz ona aqressiv cavab verdiniz. Deyəsən, tənqidlərə açıq deyilsiniz.

- Xeyr, aqressiv reaksiya vermədim. Açıq tənqidə həmişə hazıram. Hamımız səhv edə-edə öyrənirik. Amma mənasız müqayisə, mənasız uzlaşma olanda və buna reaksiya verəndə deyirlər ki, aqressivsən. Dediyim kimi, bütün doğru tənqidlərə açığam, amma təhqirə yox. O sarıdan bir az sərtəm, heç kim məni təhqir edə bilməz. O filmlə bağlı tənqidlərə də razı idim, hamı filmi bəyənmək məcburiyyətində deyil ki. Amma o müqayisə mənə çox cılız gəldi. Bəyənmə, amma tutarlı arqument gətir. Yoxsa hansısa mənasız bir dialoqla müqayisə aparmaq doğru deyil axı. Orada zəhmət çəkilib, orada tamam başqa ideya var. Bax buna görə idi. Yoxsa belə baxanda  mənim heç vecimə də olmadı.

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://525.az
archiveBu xəbər 12 May 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see283

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see254

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see221

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see208

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see168

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see164

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see161

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see152

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see147

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see145

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see145

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see135

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see134

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see129

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri