Icma.az
close
up
RU
Bir milyon dollarlıq qarışqa yükü tutulub

Bir milyon dollarlıq qarışqa yükü tutulub

Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.


Keniyada, dünyada indiyə qədər təsadüf edilməyən qeyri-adi bir qaçaqmalçılığın qarşısı alınıb. Bu, qarışqa yüküdür.
Reyting.az
"Reuters"-ə istinadla bildirir ki, Keniyaya səfər edən iki belçikalı gənc yüksək gəlir əldə etmək üçün unikal üsula əl atıblar. Onlar qaçaqmalçı kimi təxminən 10 000 dollar dəyərində olan 5000 "Messor Cephalotes" adlanan nadir növ “kombayn qarışqasını” qeyri-qanuni yolla ixrac etməyə cəhddə ittiham olunurlar.
Bildirilir ki, nadir həşəratlar, Belçika vətəndaşlarının istirahətdə olduğu Naivaşa şəhərindəki kirayə götürülmüş evdə aşkar edilib. Araşdırmalar nəticəsində məlum olub ki, ələ keçən şəxslər qarışqaları Avropanın və Asiyanın qara bazarlarında, eyni zamanda ayrı-ayrı adamlara satmaq üçün toplayırmış. İstintaqçılar müəyyən ediblər ki, bu cür nadir qarışqa növlərinə kolleksiyaçılar, formikarium həvəskarları arasında xüsusi tələbat var.
Məhkəmə zamanı müttəhimlər heç bir pis niyyətlərinin olmadığını və bu qarışqaları "əylənmək məqsədi ilə" yığdıqlarını deyiblər. Lakin keniyalı hakim səsləndirilən fikirlərin qeyri-inandırıcı olduğunu bildirib. Hakimin sözlərinə görə, nadir növ qarışqaların toplanmasında minlərlə şəxs iştirak edib.

Keniya məhkəməsi Belçika vətəndaşlarını 6,7 min avro cərimələyib. Məhkəmə daha sonra gənclərə xəbərdarlıq edib ki, cəriməni vaxtında ödəməsələr, Keniyada məhkum həyatı yaşayacaqlar.
Proses zamanı təqsirləndirilən şəxslər keniyalı hakimin qarşısında törətdikləri qanunsuz əməlləri etiraf ediblər.
Nadir növdən olan və Keniya sakinlərinin “kombayn” adlandırdıqları, lakin elm aləmində Biçerdöver kimi tanınan bu qarışqalar digər qarışqalardan seçilir. Bu qarışqaların fərqli qırmızı-qəhvəyi rəngi olur. Biçerdöver qarışqaları koloniyanın daxilində bəzək görünüşü və davranışlarına görə çox yüksək qiymətləndirilir.
Qaçaqmalçılıq yolu ilə xaricə daşınılması mümkün olmayan, yerli hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat nəticəsində elə Keniyanın öz ərazisində müsadirə edilən, nadir qarışqalar barədə ölkənin daha bir dövlət qurumu açıqlama yayıb.
Keniya Vəhşi Təbiət Xidməti bəyan edir ki, yükün küçə dəyəri 8,600 dollardan çox ola bilərdi. Dövlət qurumu nümayəndələri vurğulayıblar ki, baş verən bu hadisə yeni, narahatedici tendensiyaya işarə edir.
Qeyd olunur ki, brakonyerlərin təkcə iri heyvanlara deyil, daha kiçik və az görünən, lakin yerli ekosistem üçün az əhəmiyyət kəsb etməyən növlərə artan marağı təhlükəli həddə çatıb:
"Qarışqaların belə yollarla qeyri-qanuni ixracı ölkənin biomüxtəlifliyi üzərindəki suveren hüquqlarını pozur, həmçinin elmi araşdırmalara və ölkədəki yerli icmaların maraqlarına zərər verir".
Araşdırmaya görə, belçikalı gənclər nadir növ qarışqaları Avropaya çatdırsaydılar, İngiltərədəki pərakəndə satış qiymətləri sayəsində bir milyon dollar qazana bilərdilər.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://reyting.az
archiveBu xəbər 12 May 2025 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri