Icma.az
close
up
RU
Qarlı havada avtobuslara necə qulluq edilir?

Qarlı havada avtobuslara necə qulluq edilir?

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Ölkədə müşahidə olunan qarlı hava şəraiti ictimai nəqliyyatda ciddi çətinliklər yaradıb. Bakıda bir sıra avtobusların yolları keçə bilmədiyi, bəzi marşrut xətlərində gecikmələrin və ləğvlərin olduğu müşahidə edilib.

Xüsusilə hündür ərazilərə qalxan avtobusların yolda qalması sərnişinlər üçün problemlər yaradıb. Nəqliyyat mütəxəssisləri bu vəziyyətin əsas səbəblərindən birinin avtobusların qış təkərləri ilə təchiz olunmaması olduğunu bildirirlər.

Hazırda bir çox avtobuslarda standart yay təkərlərinin istifadəsi təhlükəsizlik baxımından suallar doğurur. Qarlı və buzlu hava şəraitində yol tutuşu zəifləyir, bu da sərnişinlər üçün risk yaradır. Ekspertlər qış aylarında avtobusların xüsusi təkərlərlə təmin olunmasının vacibliyini vurğulayır və aidiyyəti qurumlardan bu məsələyə diqqət yetirilməsini tələb edirlər.

Mütəxəssislər bildirirlər ki, avtobusların yalnız qış təkərləri ilə deyil, ümumilikdə texniki baxımdan da qış mövsümünə uyğun hazırlanması vacibdir. Xüsusilə mühərriklərin antifrizlə təmin edilməsi, əyləc sistemlərinin yoxlanılması və yanacaq filtrlərinin təmizlənməsi kimi prosedurlar avtobusların təhlükəsiz hərəkəti üçün önəmlidir.

Modern.az qarlı hava şəraiti ilə bağlı ölkənin nəqliyyat şirkətləri olan “Bakubus” MMC və “Xaliq Faqoğlu” MMC ilə əlaqə saxlayıb.

“Bakubus” MMC-dən bildirilib ki, qarlı və şaxtalı hava şəraitində “Bakubus” avtobuslarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə  bir sıra əlavə texniki tədbirlər həyata keçirilir:

“Belə ki, avtobuslarin hərəkəti üçün gözlənilən əlverişsiz hava şəraitindən əvvəl bütün avtobuslar təkrar texniki baxışdan keçirilir. Təkərlərin vəziyyəti, əyləc sistemi və digər vacib mexanizmlər yoxlanılır. Avtobusların təhlükəsiz hərəkəti üçün lazımi qabaqlayıcı tədbirlər görülür. Sürücülərə xüsusi təlimatlar verilir. Sərnişin sıxlığını azaltmaq və gözləmə müddətini minimuma endirmək üçün zərurət olduqda ehtiyat avtobuslar xəttə buraxılır. Hava şəraiti və yollardakı vəziyyət monitorinq mərkəzitərəfindən  operativ izlənilir və hərəkət qrafikində zərurət yaranarsa, dəyişikliklər edilir. Sərnişinlər bununla bağlı  vaxtında məlumatlandırılır.

Şaxtalı və qarlı hava şəraitində sərnişinlərimizdən avtobus dayanacaqlarında ehtiyatlı olmalarını və təhlükəsizliyə diqqət yetirmələrini xahiş edirik”.

"Xalid Faiqoğlu" MMC-dən verilən məlumata görə, şirkət qış mövsümünə daha əvvəldən – sentyabr-oktyabr aylarından hazırlaşıb:

“Hazırda istismarımızda olan marşrut xətləri üzrə əvvəlcədən təyin edilmiş bütün nəqliyyat vasitələri sərnişinlərə xidmət göstərir. Təəssüf ki, yolların buz bağlaması, bəzi ərazilərdə çətin yol şəraitinin olması müşahidə edilir, bu da işimizi müəyyən qədər çətinləşdirir.

Avtobuslarda texniki işlərə gəlincə, bununla bağlı olaraq ilk olaraq bütün avtobuslarımızın istilik və havalandırma sistemləri daha əvvəldən yoxlanılıb və saz vəziyyətə gətirilib. Çünki nəqliyyat vasitəsinin salonunda isitmə və havalandırma ilə bağlı problem olarsa sürücünün onu idarəetməsi çox çətinləşir və mümkünsüz olur. Bununla yanaşı bütün nəqliyyat vasitələrimizdə keyfiyyətli antifrizlərdən istifadə edilir. Antifiriz mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan mayedir və bunun sayəsində nəqliyyat vasitələrimizdə hər hansı donma halı yoxdur. Həmçinin nəqliyyat vasitələrinin şinləri də daim nəzarətdə saxlanılır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri