Qarpız bu şəxslər üçün zərərlidir
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Həddindən artıq qarpız istehlakı xüsusilə böyrək xəstəliyindən əziyyət çəkənlər və şəkərli diabeti olan şəxslər üçün ciddi təhlükə yarada bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri diyetoloq Olqa Yamilova deyib.
Mütəxəssis qeyd edib ki, qarpız güclü sidikqovucu təsirə malik olduğu üçün böyrək xəstəliyi və bədəndə şişkinliyə (ödemə) meylliliyi olan şəxslərin ifrazat sisteminə həddindən artıq yük salır. Bundan əlavə, böyrəyində daş olan şəxslərdə qarpız istehlakı daşların hərəkətə gəlməsinə və kəskin sancılara səbəb ola bilər.
O. Yamilova vurğulayıb ki, qarpız asanlıqla həzm olunan sadə şəkərlərin mənbəyidir. Onun qlisemik indeksi yüksək olduğu üçün qanda şəkərin kəskin artmasına yol açır:
“Bu baxımdan, diabet xəstələri qarpız yeyərkən son dərəcə ehtiyatlı olmalıdırlar. Onlar üçün icazə verilən gündəlik porsiya miqdarı maksimum 150-200 qramdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 07 İyul 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















