Qarpızın bilinməyən ZƏRƏRLƏRİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Böyrək xəstəliklərindən və şəkərli diabetdən əziyyət çəkən şəxslər qarpızı normadan artıq istehlak etməməlidirlər.
Redaktor.az xəbər verir ki, bunu "RIA Novosti"yə Primorsk diyarı Səhiyyə Nazirliyinin baş ştatdankənar dietoloqu, tibb elmləri namizədi Olqa Yamilova bildirib.
Onun sözlərinə görə, qarpız sidikqovucu təsirə malik olduğundan böyrək xəstəlikləri və ödemə meyilliliyi olan insanlarda ifrazat sisteminə əlavə yük yarada bilər. Bu isə sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Dietoloq qeyd edib ki, sidik daşı xəstəliyindən əziyyət çəkən şəxslərdə qarpızın həddindən artıq qəbulu daşların hərəkətə gəlməsinə və ağrılı fəsadlara yol aça bilər.
Mütəxəssis əlavə edib ki, qarpız tərkibində asan mənimsənilən təbii şəkərlər daşıyır və yüksək qlisemik indeksə malikdir. Buna görə də şəkərli diabet xəstələri onu ehtiyatla qəbul etməlidirlər. Həkimlə məsləhətləşdikdən və qanda qlükoza səviyyəsinə nəzarət etməklə gündəlik 150-200 qram qarpız yemək məqbul hesab olunur.
Olqa Yamilova həmçinin bildirib ki, sağlam yetkin insan üçün gündəlik təhlükəsiz qarpız norması 800 qramdan çox olmamalıdır. Bir dəfəyə isə təxminən 200-300 qram, yəni 1-2 dilim qarpız yemək tövsiyə edilir.
NURİYYƏ
Baxış sayı:145
Bu xəbər 06 İyul 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















