Icma.az
close
up
RU
Qaş və kirpikləri tökülən hər kəs OXUSUN

Qaş və kirpikləri tökülən hər kəs OXUSUN

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qaş və kirpiklərin sıxlığı gözəlliyin ən əsas göstəricilərindəndir.

Big.az xəbər verir ki, bəzən qaş və kirpiklərin tökülməsi hallarına da rast gəlinir. Bu da insanda ciddi kompleks və narahatlıq hissi yaradır.

Qadınların daha çox üzləşdikləri problemlərdən biri də qaş və kirpiklərin tökülməsidir. Əlbəttə ki, qaş və kirpik tükləri də (saçlar kimi) tökülməli və yeniləri ilə əvəz olunmalıdır. Lakin əgər siz qaş və kirpiklərinizin tökülməsinin çox olduğunu, onların seyrəldiyini görsəniz, ilk növbədə həkimə müraciət etməlisiniz. Qaş və kirpiklərin tökülməsinin səbəbləri qalxanvari vəzinin xəstəlikləri, streslər, dəri xəstəlikləri və s. da ola bilər.

Qaş və kirpik tökülməsinin əsas səbəblərindən biri də onlara düzgün qulluq edilməməsi və ya heç bir qulluğun olmamasıdır. Əgər siz daimi olaraq gözlərinizin makiyajını silmədən yatırsınızsa, qaş və kirpiklərinizi tez-tez kimyəvi rəngləməyə məruz qoyursunuzsa, tez-tez kirpiklərinizi burur və uzadırsınızsa, bu onların keyfiyyətinin xeyli dərəcədə pisləşməsi və tökülməsi təhlükəsini yarada bilər.

Qaş tökülməsinə səbəb olan ciddi bir neçə ciddi səbəbi oxucuların diqqətinə çatdırırıq:

Trixotillomaniya

Bu, başda və bədənin başqa hissələrində tüklərin qoparılması və yeyilməsidir. Bu cür vəziyyət insan stress keçirəndə və ya psixi problemləri olanda müşahidə olunur. Trixotillomaniya yetkin və yaşlı insanlar arasında kişilərə nisbətən qadınlarda daha çox olur. İnsan bilərəkdən və ya bilməyərəkdən öz saçını, qaşını və ya kirpiyini yolur.

Blefarit

Göz qapaqları kənarlarının qızarması, qaşınması, onların qalınlaşması, qabıq verməsi, kirpiklərin tökülməsi ilə müşayiət edilərsə, bu, blefarit xəstəliyidir. Onun səbəbi isə göz qapaqları kənarlarında yerləşən vəzilərin iltihablaşmasıdır. Ümumi xəstəliklər, hipovitaminozlar, kariesli dişlərin və qurd xəstəliklərinin, həmçinin sanitar vəziyyətin pis olması və s. nəticəsində bu vəzilərdə iltihablaşma prosesinin yaranmasına səbəbdir. Blefaritin müalicəsi uzun müddət ərzində aparılır və çətin müalicə edilən xəstəliklərdən hesab edilir.

Alopesiya

Bu xəstəlik immun sistemin pozulması nəticəsində saçların tökülməsinə səbəb olur. Alopesiya xəstəliyi zamanı immunitet hüceyrələri saç və tük köklərinə hücum edər. Bunun da nəticəsində bədəndəki tüklər tökülməyə başlayar. Bu zaman qaş, saqqal, kirpik, ya da ancaq saçlar tökülə bilər.

Hipotireoz (qalxanvari vəzi xəstəliyi)

Bu xəstəlik zamanı saçlar və kirpiklər tökülməyə başlayır. Çox yatan, daim üşüyən, halsız olan, əli və üzü şişən bir adamda tiroit çatmazlığı ola bilər.

Kimyəvi müalicə

Kimyəvi müalicə zamanı saç follikulları bədəndə böyüyən bütün hücrələri hədəf aldığından xərçəng xəstəliyində, kirpiklər, saç və bütün bədəndəki tüklərin tökülməsi baş verir. Kimyəvi müalicədən sonra tüklər bütün bədəndə - o cümlədən, qaş, kirpik və saçlarda bərpa olunur.

Qaş və kirpiklərə qulluq

Sadaladığımız xəstəliklərdən başqa, ümumiyyətlə, saçlara olduğu kimi, qaş və kirpiklərə də daim qulluq etmək lazımdır. Kifayət qədər vitamin və mikroelementlərlə zəngin olan düzgün qidalanma kirpik və qaşların böyüməsi və möhkəmlənməsinə kömək edir.

Qida rasionunda tərkibində fol turşusu (ispanaq, soğan, kahı, qara ciyər, böyrək, ət), həmçinin sink (noxud, yumurta sarısı, araxis-yerfındığı, badam, qoz) olan məhsullar olmalıdır. Gündəlik qulluğu da yaddan çıxarmaq lazım deyil.

Heç bir halda gözətrafı sahələrdən makiyajı silmədən yatmaq olmaz. Bu kirpiklərə xeyli dərəcədə ziyan vuraraq onların tökülməsinə təkan vermək deməkdir. Axşam saatlarında gözətrafı sahələrdən makiyajın xaric edilməsi üçün ancaq xüsusi vasitələrdən istifadə etmək lazımdır. Axşamlar üzünüzü təmizləyərkən, eyni vasitə ilə qaşlarınızı da təmizləməyi unutmayın.

Təmizləndikdən sonra qaşlara və kirpiklərə vitaminləşdirilmiş qidalandırıcı balzam və ya yağlar (badam, ayıpəncəsi, gənəgərçək, çaytikanı, zeytun) sürtmək lazımdır. Kiçik yumşaq fırçanı hazırlanmış maskanın içərisinə saldıqdan sonra onu kirpiklərin üzərinə (gözə düşərək qıcıqlanma verməsinin qarşısını almaq məqsədi ilə bilavasitə kökləri olan nahiyədən deyil, təxminən orta hissəsindən başlayaraq) sürtmək lazımdır. Hazırda kirpiklərə qulluq vasitələrinin çox hissəsi kiçik fırçası ilə birlikdə şəffaf müalicə tuşu şəklində buraxılır. Onları da kirpiklərə tuş kimi sürtürlər. Qaşları da hər gün qabaqcadan gənəgərçək, ayıpəncəsi, badam yağında islatmaqla, kiçik firça ilə daramaq lazımdır.

Qaşların və kirpiklərin uzanmasını sürətləndirmək üçün bu tərkibdən istifadə etmək olar:

Vitamin A-nın yağlı məhlulundan 15 damcı + Vitamin E-nin yağlı məhlulundan 15 damcı + hərəsindən 1 çay qaşığı olmaqla badam və gənəgərçək yağı. Yaxşıca qarışdırdıqdan sonra bu maskanı qaşlara və kirpiklərə sürtmək lazımdır. Bu tərkibdən mütəmadi olaraq istifadə edildikdə qaş və kirpiklərin keyfiyyəti xeyli dərəcədə yaxşılaşmış olur.

Qaşların masaj edilməsi də xeyirli hesab edilir: kiçik çimdikləmələr, qaşlara barmaqlarla yüngülcə təzyiq edilməsi, vibrasiya (şəhadət və adsız barmaqlarla qaşların üzərinə yüngülcə döyəcləmək-red). Göstərilən bütün bu hərəkətlər qaşların xətti boyunca burun üstü nahiyənin ortasından gicgahlara doğru olmalıdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri