Icma.az
close
up
RU
Yatarkən pəncərəni açıq qoyan hər kəs oxusun

Yatarkən pəncərəni açıq qoyan hər kəs oxusun

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir çox insan daha rahat və dərin yuxu üçün yatarkən pəncərəni açıq qoyur. Bəs bu vərdiş həqiqətən nə dərəcədə doğrudur? Alimlərin apardığı araşdırmalar maraqlı nəticələr ortaya çıxarıb.

İdeal otaq temperaturu 17-19 dərəcə olmalıdır

Mütəxəssislərin fikrincə, sağlam və keyfiyyətli yuxu üçün ən uyğun otaq temperaturu 17-19°C aralığındadır. Temperaturun yüksək olması orqanizmdə melatonin hormonunun istehsalını azaldır və yuxu rejimini pozur. Təmiz və sərin hava isə həm daha tez yatmağa, həm də kəsintisiz yuxuya kömək edir.

Danimarka Tibb Universitetində aparılan təcrübədə 40 nəfərin yataq otaqları iki həftə ərzində izlənilib. İştirakçıların bir hissəsi pəncərə açıq, digərləri isə qapalı vəziyyətdə yatıb.

Pəncərə açıq yatanların 87%-i səhər özünü daha dinc və enerjili hiss edib.

Pəncərə qapalı yatanlarda isə bu göstərici 70% olub.

Hər vəziyyətdə pəncərə açıq yatmaq düzgün deyil

Açıq havanın faydası olsa da, bəzi hallarda pəncərəni açıq saxlamaq zərərli ola bilər.

Kənardan gələn nəmli hava, küçə səsi və yayda həşəratlar yuxunu poza bilər.

Soyuq aylarda isə açıq pəncərə boğaz ağrısı və sinüzit riskini artırır.

Allergiya və astma xəstələri üçün açıq pəncərə polen və toz səbəbindən vəziyyəti pisləşdirə bilər. Bu halda ən doğru üsul - yatmazdan əvvəl otağı yaxşıca havalandırıb sonra pəncərəni bağlamaqdır.

Əgər yay mövsümündə sakit və təmiz havalı bir yerdə yaşayırsınızsa, pəncərəni açıq qoymaq yuxu keyfiyyətinə müsbət təsir göstərə bilər. Lakin uşaqlar, yaşlılar və allergiyası olanlar üçün pəncərəni bağlı saxlamaq daha təhlükəsiz hesab olunur.

Ən sağlam üsul - yatmazdan əvvəl otağı havalandırmaq və ideal temperaturu saxlamaqdır.

İdeal yuxu üçün düzgün hava şəraiti və temperatur qədər, şəraitə uyğun vərdişlər də böyük rol oynayır.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:248
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Oktyabr 2025 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri