Icma.az
close
up
RU
Qaşınmanın səbəbi bu imiş Alimlər araşdırıb tapdı

Qaşınmanın səbəbi bu imiş Alimlər araşdırıb tapdı

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qaşıntı insanı anidən narahat edən və refleks şəkilində reaksiya verməsinə səbəb ola hissdir. Bir anlıq rahatlama hissi versə də, bəzən bu vəziyyət dərimizin təhrik olunmasına səbəb olur. Ancaq alimlərin son araşdırmaları göstərir ki, qaşınmaq sadəcə narahatlıq deyil, vücudun mühüm mexanizminin hissəsi ola bilər.

Milli.Az xəbər verir ki, Pittsburg Universitetində aparılan araşdırmalara görə qaşınmaq sadəcə cildi mexaniki olaraq rahatladan hərəkət deyil. Bu proses zamanı cilddə yüngül ağrı hissi yaranır və beyin qaşıntı hissini azaltmaq üçün seroton hormonu ifraz edir. Bunun nəticəsində bədəndə qısa müdətli rahatlama yaranır, ancaq proses bununla bitmir.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə qaşıma hərəkətinin immun sisteminə təsir etdiyini müşahidə ediblər. Qaşınmalarına icazə verilən siçanların cildində daha çox ağ qan hüceyrəsi toplanmış və iltihablanma artmış. Ancaq maraqlı fakt budur ki, qaşınan siçanlarda Staphylococcus aureus bakteriyasının sayı azalmışdır. Bu bakteriya infeksiyalara səbəb ola bilən təhlükəli mikroorqanizmdir.

Araşdırmalar göstərir ki, qaşınma hərəkəti zamanı cilddə P maddəsi (Substance P) ifraz olunur və mast hüceyrələri aktivləşir. Mast hüceyrələri histamin ifraz edərək iltihab prosesini gücəndirməklə yanaşı, orqanizmin patogenlərə qarşı müdafiəsini aktivləşdirir. Bu fakt, qaşınmanın sadəcə refleks deyil, bədənin xarici amillərə qarşı reaksiya mexanizmi olduğunu göstərir.

Ancaq alimlər qaşınma refleksinin həddən artıq olmasının cildin qoruyucu baryerini zədələyə biləcəyini vurğulayırlar. Xroniki qaşıntı ekzemadan sədəf xəstəliyinə qədər bir çox dəri problemlərini tətikləyə bilər. Buna görə, qaşınmaq bəzən faydalı olsa da, çoxaldıqca cildin müqavimətini azalda bilər.

Qaşınmanın bədən üçün tamamilə faydalı, yoxsa zərərli olduğunu dəqiq müəyyən etmək hələ mümkün deyil. Qısa müdətdə bədənin müdafiə sistemini aktivləşdirsə də, uzun müdətdə zərərləri qaçınılmaz ola bilər. Bununla yanaşı, alimlər bu araşdırmanın allergik və iltihabi dəri xəstəlikləri üçün yeni müalicə metodlarının inkişafına kömək edə biləcəyini bildirirlər.

Beləliklə, qaşınmaq sadəcə gündəlik və adəti refleks deyil, bədənimizin mürəkkəb mexanizmlərindən biri ola bilər. Növbəti dəfə qaşıntı hiss edərkən, bunun sadəcə narahatlıq deyil, eyni zamanda bədənimizin görüdüyü funksiya olduğunu unutmayaq.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 27 Mart 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri