Icma.az
close
up
RU
Vaginal qaşınmanın səbəbləri

Vaginal qaşınmanın səbəbləri

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vaginal qaşınma qadınlar arasında tez-tez ras gəlinən şikayətdir. Bir çox qadınlar bundan utanaraq həkimə müraciət etmir və bu problemi ev şəraitində "həll etməyə" çalışır.

Təbii ki, belə "müalicələr" effekt vermir və vəziyyət daha da ağırlaşır.

Qadınlarda vaginal qaşınmanın səbəbləri müxtəlif ola bilər:

1. Göbələk xəstəliyi (kandidoz)

Bu ən yayılmış səbəbdir. Kandidozun digər simptomları arasında: ağ ifrazatlarn artması, göynəmə. Cinsi əlaqədən sonra qaşınma və göynəmə daha da artır.

Nəzərinizə çatdıraq ki, bu simptomun əmələ gəlməsi şəkərli diabetin inkişafına da işarə edə bilər.

2. Trixomoniaz

Bu cinsi yolu ilə keçən infeksiyadır. Digər simptomlar: vaginada quruluq, yandırma hissi, ifrazatların köpüklü, sarı və ya yaşıl rəngdə, pis iyli olması.

Saglamolun.az xəbər verir ki, kişilərdə trixomoniaz bir çox hallarda özünü heç bir simptomla büruzə vermir. Lakin qadında trixomoniaz aşkar olunubsa, kişi də müalicə almalıdır.

3. Hormonal fonun dəyişilməsi

Klimaks zamanı qadınlarda estrogenlərin səviyyəsi kəskin düşür ki, bu da vaginada seliyin ifrazının azalmasına səbəb olur. Seliyin azalması nəticəsində vaginada quruluq, yandırma və qaşınma hissi yaranır. Xüsusilə bu simptomlar cinsi əlaqədən sonra meydana çıxır.

4. Uşaqlıq yolunun disbakteriozu

Uşaqlıq yolunda çoxlu sayda müxtəlif mikroorqanizmlər yaşayır. Onların bir hissəsi (laktobakteriyalar, Dederleyn çöpləri) faydalıdır, digərləri yox. Faydalı mikroorqanizmlərin çox olması burada ziyanlı mikrobların artmasının qarşısını alır. Bu nisbət pozulduqda (yəni faydalı bakteriyalar azaldıqda) ziyanlı bakteriyalar artmağa başlayır ki, bu da uşaqlıq yolunda disbakteriozun inkişafına gətirib çıxardır.

Disbakteriozun digər simptomları arasında: vaginada quruluq, çoxlu sarıtıl ifrazatlar, ifrazatların "balıq iyi".

5. Allergiya

İntim gigiyena zamanı istifadə olunan gellər, digər vasitələr allergiyaya səbəb ola bilər. Bu zaman qaşınma allergiyanın simptomu kimi meydana çıxır.

Nadir hallarda olsa da qadınlarda spermaya qarşı da allergiya ola bilər.

Həmçinin qadında prezervativə qarşı allergiya ola bilər.

Beləliklə, gördüyünüz kimi vaginal qaşınmanın səbəbləri çoxdur və səbəbdən asılı olaraq yalnız həkim lazım olan müalicə təyin edə bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri