Icma.az
close
up
RU
Menu

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

Qastroenteroloq: Aktiv həyat tərzi və sağlam qidalanma meteorizminin qarşısını alan təsirli amillərdəndir

Qastroenteroloq: Aktiv həyat tərzi və sağlam qidalanma meteorizminin qarşısını alan təsirli amillərdəndir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 30 iyun, AZƏRTAC

Köp (meteorizm) insanın mədə bağırsaq sistemində artıq miqdarda qazların toplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxt karbohidratların düzgün getməyən parçalanması, daha az hallarda isə yağların, zülalların parçalanması və yoğun bağırsağın bakteriyalarının fəaliyyətinin nəticəsi olur. Tərkibi yaranma mexanizmindən asılı olaraq nitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və s. ola bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova deyib.

Onun sözlərinə görə, meteorizm gəyirmə, köp, şişkinlik və qazın çox xaric olması, bəzi hallarda isə qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə, iştahasızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərin olması və qəbizlik kimi şikayətlərlə özünü büruzə verir: “Normada insanın bağırsağında 200 millilitrədək qaz var və gündəlik 14-25 dəfə ümumi 600-700 millilitr həcmində qazın xaric olması norma variantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonra hərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davam edir. Xəstələrdə simptomlar qazın çox əmələ gəlməsi, bağırsağın hərəki funksiyasının dəyişməsi nəticəsində qazın tranzitinin pozulması kimi yollarla əmələ gəlir. İlk növbədə sorula bilməyən karbohidratlar yoğun bağırsağa çatdıqda bakteriyalar üçün qida rolunu oynayır. Bu proses isə çoxlu miqdarda qaz istehsalı ilə nəticələnir.

Nazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığı və selikli qişanın orqanik dəyişikliyi karbohidratların sorulmamasına gətirib çıxarır”.

Xəstələrin müalicəsindən danışan mütəxəssis bildirib ki, ilk növbədə hərtərəfli anamnez toplanılır. “Bu mərhələdə hər bir amil önəmlidir: nə vaxt başladığı, xəstənin başqa hansı şikayətlərinin olması, onun psixoloji durumu, yuxu və ayıqlıq zamanı simptomların olub-olmaması, hansı dərmanları qəbul etməsi və s. Əsas məsələ orqanik ciddi səbəbləri istisna etməkdir. Xəstənin dəri, oynaq və çəkisinə diqqət yetirilir. Eyni zamanda, laborator müayinələr aparılır. Ehtiyac olduqda, diaqnostika üçün rentgen, qastroskopiya, kolonoskopiya, mədə-bağırsaq manometriyası və ssintiqrafiya, nəfəs testləri tətbiq oluna bilər. Orqanik bir səbəb varsa, mütləq spesifik müalicə aparılır. Bəzən cərrahi müdaxilə belə ola bilər. Digər vəziyyətlərdə fərdi yanaşma tətbiq edilir, yəni, sağlam həyat tərzi, düzgün qidalanma və medikamentoz terapiya aparılır. Reabilitasiya üçün isə sanator-kurort müalicəsi da yaxşı effekt verir”, - deyə o diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see191

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see180

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see173

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see145

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see142

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see138

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see130

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see130

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see129

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see129

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see128

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see128

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see127

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see126

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see125

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see123

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see123

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see122

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri