Icma.az
close
up
RU
Sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir Qastroenteroloq

Sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir Qastroenteroloq

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bayramdan sonra sağlam qidalanmaya başlamaq üçün məqsəd bədənin balansını bərpa etmək, həzm sistemini rahatlaşdırmaq və lazımsız toksinlərin orqanizmdən çıxarılmasını dəstəkləməkdir. Bu keçid prosesini effektiv və davamlı etmək üçün bir neçə mühüm prinsipi nəzərə almaq lazımdır”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov səsləndirib.

Onun sözlərinə görə ilk növbədə, bayram günlərində həddindən artıq yağlı, şəkərli və duzlu qidaların qəbulu nəticəsində bədən su itirə bilər və həzm sistemi yüklənə bilər:

“Buna görə də, sağlam qidalanmaya başlamaq üçün su balansını bərpa etmək vacibdir. Gündə 8-10 stəkan su içmək toksinlərin bədəndən çıxarılmasını sürətləndirir, metabolizmanı aktivləşdirir və hüceyrələrin normal işləməsi üçün zəruri olan mühit yaradır. Həzm sistemini yormamaq üçün yeməkləri az miqdarda və tez-tez qəbul etmək məsləhət görülür. Gündə 3-4 kiçik porsiyalı yemək qəbulu həzm sisteminin yükünü azaldır və qan şəkərinin sabit qalmasına kömək edir. Yeməklərdə təbii, işlənməmiş qidalara üstünlük vermək vacibdir. Məsələn, təzə meyvə və tərəvəzlər, tam taxıllar, yağsız protein mənbələri (toyuq əti, balıq, paxlalılar) və sağlam yağlar (zeytun yağı, avokado, qoz-fındıq) qidalanmanın əsasını təşkil etməlidir”.

Mütəxəssis-ekspert qeyd edib ki, bayram sonrası ilk günlərdə xüsusilə həzm sistemini yükləməmək üçün ağır yeməklərdən, qızartmalardan və işlənmiş qidalardan uzaq durmaq lazımdır:
“Bunun əvəzinə, buxarda bişirilmiş tərəvəzlər, yüngül şorbalar və qaynadılmış yeməklər seçilməlidir. Bu cür qidalar həzm sisteminə istirahət imkanı verir və mədə-bağırsaq traktının normal fəaliyyətini bərpa edir. Bayram günlərində tez-tez yüksək şəkər tərkibli qidaların qəbulu olur. Bu da insulin səviyyələrində dalğalanmalara səbəb ola bilər. Şəkərli qidalardan uzaq durmaq və təbii şəkər mənbələrinə, məsələn, meyvələrə üstünlük vermək bu dalğalanmaları azaltmağa kömək edər. Bununla yanaşı, yüksək lif tərkibli qidaların qəbulu bağırsaq hərəkətliliyini yaxşılaşdırır və həzmi dəstəkləyir. Liflə zəngin qidalar arasında tam taxıllı çörək, yulaf, chia toxumu, kətan toxumu, tərəvəzlər və paxlalılar yer alır”.

E.Məmmədov qeyd edib ki, emosional sağlamlıq və stresin idarəolunması də sağlam qidalanmaya keçid prosesində mühüm əhəmiyyət kəsb edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Yanvar 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri