Icma.az
close
up
RU
Qatar bileti niyə bahadır: Qiyməti Dəmir Yolları özü qoyur

Qatar bileti niyə bahadır: Qiyməti Dəmir Yolları özü qoyur

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın regionlarına dəmir yolu ilə səyahət avtobusla müqayisədə daha baha başa gəlir. 

Məsələn, Bakı-Gəncə marşrutu üzrə qatar bileti standart sinifdə 20 manat, biznes sinifdə isə 33 manat təşkil edir. Halbuki, eyni məsafəni avtobusla 10 manat 40 qəpiyə getmək mümkündür.

Bununla yanaşı, qatar biletlərinin qiyməti yalnız oturacaq haqqını əhatə edir və sərnişinlərə əlavə olaraq nə yemək, nə də başqa xidmətlər təqdim olunur. 

Bəs beynəlxalq standartlara görə qiymətlər necə tənzimlənir? Azərbaycandakı dəmir yolu biletlərinin qiymətləri Avropa standartları ilə müqayisədə baha sayılırmı?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan  Respublikaçı Alternativ Partiyasının (REAL) sədri, iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Avropa ölkələrində dəmir yolu biletləri avtobuslarla müqayisədə daha bahadır. 

Onun sözlərinə görə, bunun səbəbi onların yalnız ölkədaxili deyil, həm də ölkələrarası nəqliyyat vasitəsi kimi istifadə olunmasıdır:

“Azərbaycanda isə dəmir yolu qiymətlərini tənzimləyən orqan birbaşa Dəmir Yolları İdarəsinin özüdür. Məncə, bu yanaşmada dəyişiklik edilməlidir. Çünki dəmir yolları təbii inhisarçı olduğuna görə ola bilər ki, onlara bir nəzarətedici qurum yaradılsa, ictmai nəzarət olsa və yaxud parlament nəzarəti tətbiq olunsa, qiymətləri tənzimləmək daha rahat olardı. Bu halda həm qiymətləri tənzimləmək, həm də çevik qiymət siyasəti həyata keçirmək mümkün olar. Təəssüf ki, hazırda belə imkanlar mövcud deyil və qiymətləri bilavasitə dəmir yolu idarəsi özü diqtə edir”.

Eksperti qeyd edib ki, obyektiv olaraq dünyanın hər yerində dəmir yolları avtobuslardan daha baha sayılır:

“Ümumiyyətlə, dünyanın bir çox ölkəsində dəmir yolları avtobuslardan daha baha hesab olunur. Bu, onların daha komfortlu olması və Avropada bir neçə ölkəni birləşdirən mühüm nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsi ilə bağlıdır. Həmçinin, orada tez-tez müxtəlif endirimlər tətbiq edilir. 

Bir də baxırsan ki, çox qısamüddətli endirimlər elan olunur ki, bir şəhərdən bir başqa şəhərə. Məsələn, mənim şəxsi təcrübəmdə belə bir hal olub. Mən Praqadan Budapeştə endirimli bilet almışdım və bu bileti cəmi 11 dollara əldə etmişdim. Hazırkı məzənnə ilə bu, təxminən 20 manata bərabərdir. Yəni bir ölkədən digərinə 20 manata getmişəm. Yəni bu qədər sərfəli qiymətə səyahət etmək mümkün olmuşdu”.

Natiq Cəfərli vurğulayıb ki, ən vacib məsələ bu sahəyə nəzarət edəcək ayrıca qurumların yaradılmasına ehtiyacın olmasıdır:

“Bu nümunə göstərir ki, müxtəlif yanaşmalar mümkündür. Amma ən vacib məsələ qiymət siyasətinə nəzarət mexanizminin tətbiq edilməsidir. Mənim fikrimcə, bu işdə parlamentin rolu daha məqsədəuyğun olar. Çünki parlamentdə deputatlar seçicilərin qarşısında məsuliyyət daşıyırlar və belə məsələlərə daha həssas yanaşmağa borcludurlar”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri