Qatarlararası intervallar azaldılacaq KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı metropolitenində yeni tədris dövründə tətbiq ediləcək minimal intervallar hərəkətin təşkili baxımından mümkün texniki imkanların ən optimal həddi olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-dən bildirilib.
Məlumata əsasən, bununla bağlı bir sıra yeniliklərin tətbiq edilməsi gözlənilir:
“Qeyd edilənlərlə yanaşı qeyri-pik saatlarda ehtiyat qatarların xətlərə buraxılması, digər texniki mühəndis qurğuların işində və stansiyalarda müvafiq tənzimləmələr həyata keçiriləcək. Yeni tədris mövsümündə payız-qış qrafiki tətbiq ediləcək və bununla da pik saatlarda qatarlararası intervallar azaldılacaq. Yeniliklər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Xatırladaq ki, hazırda Bakı metrosunda yay rejimi tətbiq edilir. Yay rejimində səhərdən axşama qədər vahid interval, yəni 2 dəqiqədən çox interval tətbiq olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 11 Sentyabr 2025 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















