Qatığın insan orqanizmi üçün faydaları və zərərləri nələrdir?
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Qatıq bir sıra faydalı xüsusiyyətlərə malikdir, lakin bəzi hallarda onun istifadəsinə əks göstəriş ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə "İzvestiya"ya qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov məlumat verib.
Mütəxəssisin fikrincə, qatığın əsas dəyəri onun tərkibində probiotiklərin - sağlam bağırsaq mikroflorasını saxlayan faydalı bakteriyaların olmasıdır:
"Bu, həzmi yaxşılaşdırmağa, qida maddələrinin daha yaxşı mənimsənilməsinə və immunitet sistemini gücləndirməyə kömək edir. Qatığın tərkibində çoxlu vitamin və minerallar, o cümlədən kalsium, B vitaminləri, xüsusilə B12 və riboflavin, həmçinin maqnezium, fosfor və K2 vitamini var".
Y.Belousov qeyd edib ki, qatığın antioksidant xüsusiyyətləri hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir və onun orta miqdarda müntəzəm qəbulu toxluq hissini yaxşılaşdırmaqla çəkiyə nəzarət etməyə kömək edir.
Bununla belə, həkim qatığın hər kəsə uyğun olmadığı barədə xəbərdarlıq edib: "Şiddətli laktoza dözümsüzlüyü və ya süd məhsulları allergiyası olan insanlar bundan çəkinməlidirlər. Əgər həzm probleminiz varsa, qatıq ehtiyatla pəhrizə daxil edilməli, yaşlı insanlar və zəifləmiş immunitet sistemi olanlar isə qəbuldan əvvəl həkimə müraciət etməlidirlər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 21 Aprel 2025 08:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















