Icma.az
close
up
RU
Qatil 12 il sonra siqaret kötüyü sayəsində tapıldı

Qatil 12 il sonra siqaret kötüyü sayəsində tapıldı

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Rusiyada 12 il əvvəl törədilən qətlin üstü siqaret kötüyü sayəsində açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hüquq-mühafizə orqanları Çita vilayəti sakininin 12 il əvvəl törədilmiş qətldə əli olmaqda şübhəli bilirlər. Şübhəli şəxs hazırda başqa bir cinayətə görə cəza çəkir.

Qeyd olunur ki, 2014-cü ilin noyabrında Stansionno-Oyaşinski qəsəbəsi yaxınlığındakı meşə massivində avtomobil və yaxınlıqda sürücünün zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs tanışı ilə birlikdə Novosibirskdən Çitaya getmək istəyib və fərdi taksi xidmətindən istifadə edib. Sərnişinlər yolda 51 yaşlı sürücüyə bir neçə dəfə bıçaq zərbəsi endirib, daha sonra meyiti gizlədiblər.

2026-cı ildə İrkutsk vilayətindəki islah müəssisəsində cəza çəkən məhkumlardan birinə genom ekspertizası aparılıb. Nəticələr onun genomunun 2014-cü ildə cinayət yerindən götürülən nümunə ilə uyğunluq təşkil etdiyini göstərib.

Bundan sonra cinayət işi üzrə istintaq yenidən bərpa olunub və şübhəli şəxs istintaq hərəkətlərinin aparılması üçün Novosibirskə gətirilib.

Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsindən bildirilib ki, taksi sürücüsünün ehtimal olunan qatilini cinayət yerində qalmış bioloji izlər sayəsində müəyyən etmək mümkün olub.

Hadisə yerində tapılan siqaret kötüyü üzərindəki bioloji nümunələr istintaqa mühüm ipucu verib.

Qeyd olunur ki, hadisədə iştirak etdiyi ehtimal edilən ikinci şəxsin yerinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 İyun 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri