Icma.az
close
up
RU
Qatilə görə məşhurlaşan yazıçı Murad Köhnəqala

Qatilə görə məşhurlaşan yazıçı Murad Köhnəqala

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Məşhur amerikalı yazıçı Cerom David Selincer haqqında Murad Köhnəqalanın "Qatilə görə məşhurlaşan yazıçı" yazısını təqdim edir.

O ədəbiyyat tarixində, əsasən, “Çovdarlıqda uçurumdan qoruyan” romanı ilə qalıb. Maraqlıdır ki, yazıçının bu kitabı qətl törədən bir gəncin çantasında tapıldıqdan sonra əsər ABŞ-də və Avropa ölkələrində sürətlə məşhurlaşır.

Lakin Selinceri inanılmaz dərəcədə populyarlaşdıran təkcə bu roman deyildi. Yazıçı şöhrətin zirvəsini fəth edəndə qəfil təkliyə qapılır və inzivaya çəkilərək ömrünün 49 ilini zahid həyatı yaşayır. Maraqlıdır, böyük yazıçı insanlara qarışmaqdan, sosial həyatdan nə üçün imtina etmişdi? O, hansı həqiqətlərə gedib çıxmış, böyük imtinaların öhdəsindən necə gəlmişdi? Bu suallara cavab tapmaq üçün, qısaca da olsa, yazıçının həyat tarixcəsinə və bədii yaradıcılığına nəzər salmaq lazımdır.

Yarımçıq təhsil, uğursuz sevgi

Cerom David Selincer 1919-cu ilin ilk günündə, 1 yanvarda dünyaya gəlib. Nyu-Yorkda tacir ailəsində böyüyən Ceromun valideynləri yerli amerikalılar deyildi. Atası yəhudi, anası isə şotland-irland əsilli idi. Məktəbdə oxuyarkən yəhudi mənşəli “David” adına görə sinif yoldaşları onu lağ obyektinə çevirmişdilər. O zamanlar ABŞ-da antisemitizm çox ciddi dəbdə olduğundan problemdən qaçmaq üçün Cerom öz müəllimlərinə ona ikinci adı ilə müraciət etməyi ciddi şəkildə qadağan etdi. Yeri gəlmişkən, gələcəyin yazıçısı şagird kimi çox zəif oxuyurdu. Bütün bunlara baxmayaraq o, məktəbin dram klubunun tamaşalarındakı parlaq çıxışları ilə müəllimlərini və mənsub olduğu kollektivi valeh etmişdi.

Ceromun atası oğlunun ədəbi istedada malik olduğunu heç ağlına belə gətirməzdi. Oğlunu ərzaq ticarətində görmək istəyən atası ət və pendir istehsalının incəliklərini öyrənmək üçün Ceromu Polşaya göndərməkdə israr edirdi. Axır ki, gənc Selencer 1938-ci ildə, gələcək ailə biznesini, yəni, kolbasa və pendir ticarətini davam etdirmək üçün Polşaya yollanır.
Kollec təhsilini tam başa vurmayan Selincer universitet təhsilini də axıra qədər bitirə bilmir. Ancaq yazıçılığa meyl edən Selincer nüfuzlu Kolumbiya Universitetində qısa hekayələr kursuna gedir. Yazıçıya sonralar populyarlıq qazandıran da məhz, qısa hekayə janrında yazdığı ədəbi nümunələr olur. Onun çap etdirdiyi kiçik, dramatik hekayələri amerikalı oxucuların xoşuna gəlir.
Lakin Cerom bir yerdə duruş gətirmir. O, təhsil aldığı digər ali məktəblər kimi, Kolumbiya Universitetini də yarımçıq tərk edir.

20-ci əsrin 40-cı illərinin əvvəllərində gənc yazıçının həyatında ilk dəfə ciddi sevgi münasibəti yaranır. Tale Selinceri amerikalı dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Eugene O'Neillin Una adlı qızı ilə qarşılaşdırır. Lakin onların bu sevgi macərası uğursuz sonluqla nəticələndi. Selincerlə məhəbbət yaşayan Una bir il sonra yenicə parlamağa başlayan aktyor Çarli Çaplinlə tanış olur və onunla ailə qurur.

Heminqueylə cəbhə yoldaşlığı

Una ilə ayrıldıqdan sonra Selincer ABŞ ordusuna qatılır. Elə həmin dövrlərdə o, əl çantasında gələcəkdə yazacağı romanın qeydlərini gəzdirirdi. Rabitə məktəbini çavuş rütbəsi ilə bitirən yazıçı 1942-ci ildə müharibədə, ön cəbhədə vuruşur. Selincer Normandiyada keçirilən məşhur desant əməliyyatında da iştirak edib. Az sonra çavuş Selincer kəşfiyyat əməliyyatlarında xüsusi bacarıq göstərir. Yazıçı eyni zamanda hərbi əsirlərin saxlanması, dindirilməsi kimi qəddar proseslərdə də iştirak edir.

1945-ci ildə müharibə başa çatdıqdan sonra əsəb pozğunluğu ilə xəstəxanaya yerləşdirilən çavuş Selincer bir vaxtlar həbs düşərgəsində dindirdiyi məhbusların bir neçəsini orada görür və dərin sarsıntı keçirir.
Selincer cəbhədə yazıçı Ernest Heminqueylə tanış olur.
“Əlvida silah!” romanının müəllifi Selincerin gələcək romanının qaralamasını yüksək qiymətləndirir və peşəkar yazıçı kimi ona bəzi məsləhətlər verir.
İkinci Dünya Müharibəsindən sonra Selincer qısa müddətə ABŞ-da əks-kəşfiyyat zabiti kimi çalışıb. Daha sonra bir müddət Almaniyada yaşayan yazıçı keçmiş Üçüncü Reyxin denazifikasiyasında iştirak etmiş, mətbuatda çalışmışdı. Nasist Silviya Uelteri həbs etdirən, sonra isə tələsik onunla evlənən Selincer müasirlərini təəccübləndirərək şübhəyə salmışdı. Odur ki, bu evlilik uzun sürmür, kənardan çox qəribə görünən cütlük, nəhayət, bir ildən sonra ayrılır.

ABŞ-a qayıdan Selincer uzun fasilədən sonra hekayə və romanlarını qəzetlərdə dərc etdirməyə başlayır.

Selincer yaradıcılığının zirvəsi 1951-ci ildə çap olunmuş “Çovdarlıqda uçurumdan qoruyan” romanı olur. Məhz bu kitab üzərində müəllif düz on il işləmişdi. Əsərin qaralama variantını müharibədə cəbhə yoldaşı olan Ernest Heminquey oxumuş və qeyd etdiyimiz kimi, ona öz məsləhətlərini vermişdi.

Gözlənilməz şöhrət və tənhalıq

“Çovdarlıqda uçurumdan qoruyan” romanının baş qəhrəmanı Holden Kolfild gənc üsyançı, dünyanın formalaşmış normaları ilə razılaşmayan yeni nəslin simvoluna çevrilmiş nihilistdir. Yazıçı personajın düşüncələri vasitəsilə bir çox yeniyetmələrin psixoloji durumunu, arzularını, tipik xarakter xüsusiyyətlərini əks etdirə bilmişdi.
Roman gözlənilməz dərəcədə şöhrət qazandıqdan sonra yazıçı özünü olduqca qeyri-adi aparır. Davamlı olaraq kitablar yazıb çap etdirmək, ziyalılar cəmiyyətinə qoşulmaq əvəzinə, təkbaşına həyat tərzi keçirməyə başlayır.

Əsər populyarlıq qazandıqca, Selincer gizlənməyə çalışır. Publika onu görməyə can atır, jurnalistlər ondan müsahibə ala bilmirlər. Yazıçı əməlli-bşalı inzivaya çəkilir, onu heç kim, heç yerdə tapa bilmir.
“Çovdarlıqda uçurumdan qoruyan”dan sonra Cerom bir neçə əsər də nəşr etdirir. Lakin həmin əsərlərin heç biri bu roman qədər populyarlıq qazana bilmir. Selincer isə tənhalıqdan əl çəkmir, üzə çıxmaqdan imtina edir. O, Nyu-Hempşir ştatının Korniş şəhərində hündür divarlarla çəpərlənmiş bir evdə yaşayaraq insanlardan gizlənməyini davam edir. Yazıçının burada hinduizmi, buddizmi, qədim tibb elmini dərindən öyrəndiyi, yoqa ilə məşğul olduğu bildirilir. Tənhalığı həyat tərzinə çevirmiş yazıçı bu yolla öz mənəvi dünyasını zənginləşdirərək tənhalıqdan xilas olmağa çalışırmış.

“Çovdarlıqda uçurumdan qoruyan” romanı 60-cı illərdən 80-ci illərə qədər ABŞ kitabxanalarında qadağan edilmişdi. Söz-söhbət gəzirdi ki, əsərin qəhrəmanı Holden Kolfild öz davranışları ilə gənc nəslə pis nümunə göstərir.
1980-ci ildə Selincerin romanından ilhamlanan Mark Çapman “Bitlz” qrupunun solisti Con Lennonu qətlə yetirdikdən sonra bu narahatlıq daha da artdı. Həmin qətl hadisəsi barəsində yayılan şaiyələrdə, qatilin çantasından “Çovdarlıqda uçurumdan qoruyan” romanının tapılması haqda da danışılırdı. Qəzetlər, tv-lər bu barədə reportajlar yaymağa, tanınmış şəxslər bu kitabın gənclərə mənfi təsiri barədə danışmağa başladılar. Roman barədə başladılan antireklam, tamamilə əksinə olaraq, əsərin reklam olunmasına xidmət etdi. Məhz, bu hadisədən sonra romanın satışı rekord həddə çatdı.

Kitabla bağlı qalmaqallar onu həmişə gündəmdə saxlayırdı. Bəziləri ABŞ-da gənclər arasında intihara meyilliliyin artmasını da bu romanla əlaqələndirirdilər. Şərhçilərə görə əsər sərhədsiz azadlığın gətirdiyi məsuliyyətsizliyi, qeyri-ciddiliyi, ictimai qaydaların mənasızlığını, bir sözlə tüfeyli həyat tərzini təbliğ edir.

Selincer isə ömrünün axırına qədər öz tənhalığına xəyanət etmədi. Yazıçı 2010-cu il yanvarın 27-də öz malikanəsində tək-tənha dünyadan köçdü.

Hamamda qətl - O, anasının meyitini niyə saxlayırdı? Məşhur serialın ikinci mövsümü çəkiləcək Tarkanın anası vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 May 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri